Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Hz.İbrahim mülayim xasiyyətli bir bəndədir

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jul 2011
    Mesajlar
    1.499

    Hz.İbrahim mülayim xasiyyətli bir bəndədir

    Hz.İbrahim mülayim xasiyyətli bir bəndədir

    Mərhəmət sahibi, mülayim xasiyyətli, şəfqətli, sevgi dolu və bağışlayıcı olmaq Allahın Quran ayələrində təriflədiyi mömin xüsusiyyətlərindəndir. Rəbbimiz ayələrində Hz.İbrahimin də yumşaq xasiyyətli olduğunu xəbər verir:



    "...Həqiqətən, İbrahim yalvarıb-yaxaran və həlim xasiyyətli bir zat idi" ("Tövbə" surəsi, 114).
    "Həqiqətən, İbrahim həlim xasiyyətli, yalvarıb-yaxaran və özünü tamamilə təslim etmiş bir zat idi" ("Hud" surəsi, 75).

    İman edənlər Rəbbimizə duyduqları güclü sevginin bir əlaməti olaraq Allahın razı olacağı kimi bir qul olmaq və ayələrdə bildirilən gözəl əxlaqa sahib olmaq üçün çox ciddi cəhdlər göstərirlər. Jumşaq xasiyyətli, mərhəmətli və şəfqətli olmaq Peyğəmbər əfəndimizin (s.ə.v.) hədislərində çox tez-tez üstündə dayandığı əxlaq əlamətlərdir. Bu hədislərdən bəziləri bu şəkildədir:



    "Rifq (yumşaqlıq, mülayimlik) bir şeyə girdimi, onu mütləq təzyin edər, bir şeydən də çıxardıldımı, onu mütləq qüsurlu qılar".16


    "Qəlbinin yumşalmasını sevirsənmi? Jetimə mərhəmət et, onun başını sığalla və ona yediyindən yedir. Qəlbin yumşalar".17

    "Mərhəmət edin, mərhəmət olunasınız. Əfv edin, əfv olunasınız...".18

    "Allah rəfiqdir (mərhəmətli və şəfqətli), rifqi sevər və rifqə müqabil verdiyini başqa heç bir şeylə verməz".19
    Allah Quranda digər peyğəmbərlərin də bu üstün cəhətlərə sahib olmasını xəbər verir. Məsələn, Mədyən xalqına elçi kimi göndərilən Hz.Şüeyb üçün qövmünün "...Sən doğrudan da, həlim xasiyyətlisən, çox ağıllısan!" ("Hud" surəsi, 87) dediyi bildirilir.
    (harun yahya Hz.İbrahim və hz.lut)



    16- Kütüb-i Sitte, Prof. Dr. İbrahim Canan, cilt 7, s. 292
    17- Ramuz El-Ehadis, Musannif Ahmed Ziyaüddin Gümüşhanevi, Mütercim: Abdülaziz Bekkine, cilt 1, 11-9
    18- Ramuz El-Ehadis, Musannif Ahmed Ziyaüddin Gümüşhanevi, Mütercim: Abdülaziz Bekkine, 1. cilt, 70-10
    19- Kütüb-i Sitte, Prof. Dr. İbrahim Canan, 7. cilt, s. 293

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.