Cinlərin və şeytanların Hz.Süleymanın əmrinə verilməsi



"...Cinlərin bir qismi Rəbbinin izni ilə onun yanında işləyirdi. Onlardan hər kəs əmrimizdən çıxırdısa, ona cəhənnəm odunun əzabından daddırardıq" ("Səba" surəsi, 12).

Allahın Hz.Süleymana bəxş etdiyi digər bir nemət də bir sıra şeytan və cinləri ona xidmətçi verməsidir. Hz.Süleyman əmrinə verilən cin və şeytanlara ordusunda, sənət işlərində və inşaat fəaliyyətində müxtəlif işlər verərək onlardan faydalanmışdı.
"Biz küləyi ona ram etdik. Külək onun əmri ilə istədiyi yerə rahatca gedirdi. Şeytanlardan olan hər bir bənnanı və qəvvası da ona tabe etdirdik" ("Sad" surəsi, 36-37).

Şeytanların Hz.Süleymanın əmrinə verilməsi ona Allah tərəfindən çox böyük bir lütfdür. Çünki şeytan yer üzünün bir çox elminə və dünyada baş verən hadisələrin gizli və ya açıq bilgilərinə sahib bir varlıqdır. Belə bir elmə sahib olan varlığı öz əmrində saxlamaq Hz.Süleymanın həm digər ölkələrlə əlaqə saxlamasını, həm də öz ölkəsini idarə etmək işini asanlaşdırmış ola bilər.



"Biz şeytanlardan qəvvaslıq edənləri və başqa işlər görənləri də onun ixtiyarına verdik. Biz onların üstündə göz olurduq" ("Ənbiya" surəsi, 82).

Hz.Süleyman bu dalğıc şeytanları çox müxtəlif işlərlə vəzifələndirmiş ola bilər. Şeytanlar kəşfiyyat və ya hərbi xarakterli vəzifələr ala bildikləri kimi elmi vəzifələri də yerinə yetirmiş ola bilərlər. Məsələn, Hz.Süleyman onlardan dəniz altındakı zənginliklərin aşkarlanaraq bu xəzinələrin insanların xidmətinə verilməsi üçün lazımi araşdırmaların aparılması kimi işlərdə istifadə etmiş ola bilər.

Bu ayədən belə qərara gəlmək olar ki, sadəcə torpağın üstünün deyil, dənizin altının da işlənməsinin əhəmiyyəti anlaşılır. Ancaq dənizin altındakı qızıl, neft kimi qiymətli faydalı qazıntıların çıxarılıb işlənməsi, onların insanlara faydalı və yararlı olacaq hala gətirilməsi üçün yüksək bir texnologiya lazımdır. Keçmişdə şeytanlar Hz.Süleymana bu texniki dəstəyi və insan gücünü təmin etmiş ola bilərlər.

Axır zamanda isə dəniz altındakı zənginliklərin üzə çıxarılması Allahın insanların xidmətinə verdiyi müasir texniki alətlərin, vasitələrin və dənizaltı cihazların sayəsində daha da asanlaşmaqdadır. Ayədə bu istiqamətdə bir işarənin olması ehtimal edilir.

"Biz Davuda və Süleymana elm verdik. Onlar dedilər: "Bizi Öz mömin bəndələrinin çoxundan üstün tutan Allaha həmd olsun!"" ("Nəml" surəsi, 15).



Bu gün dənizin altındakı yataqlar neft axtarışlarının mühüm bir hissəsini təşkil edir. Platformalar vasitəsilə açılan quyular üçün yüzlərlə metr dərinliyə enirlər.


Qeyd etmək lazımdır ki, ayədə əlavə olaraq dəniz altında olan inci, mərcan kimi bəzək əşyalarının və digər nemətlərin qiymətləndirilməsinə də diqqət çəkilmiş ola bilər (Şübhəsiz ki, doğrusunu Allah bilir).

Əvvəlki səhifədəki ayənin sonunda Allah "Biz onların üstündə göz olurduq" ("Ənbiya" surəsi, 82) şəklində bildirir. Bu ayə ilə Hz.Süleymanın əmrində olub dənizin dərinliklərində vəzifəsini yerinə yetirən dalğıc şeytanların göylərin və yerin Rəbbi olan Allahın nəzarəti altında olduğu bir daha xatırladılır. Allah şeytanların Hz.Süleymana üsyan etməsinə heç bir şəkildə imkan verməyəcək bir gücü də Özündən bir rəhmət olaraq peyğəmbərinə bəxş etmişdir.

"Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?! Səni şaşqın vəziyyətdə tapıb yol göstərmədimi?! Səni yoxsul ikən tapıb dövlətli etmədimi?!" ("Duha" surəsi, 6-8).



"Təzə ət (balıq əti) yeməyiniz, taxdığınız bəzək şeylərini çıxartmağınız üçün dənizi də sizə ram edən Odur. Nemətindən ruzi axtarmağınız üçün sən gəmilərin onu yara-yara üzüb getdiyini görürsən. Bəlkə, şükr edəsiniz!" ("Nəhl" surəsi, 14).


"Onun üçün nə istəsə - uca qəsrlər, heykəllər, böyük hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən iri qazanlar düzəldirdilər..." ("Səba" surəsi, 13).

Sənət əsərlərinin Hz.Süleymanın təlimatı və rəhbərliyi ilə cin və şeytanlar tərəfindən yaradıldığı yuxarıdakı ayədən anlaşılır. Hz.Süleymanın şəxsən öz tərifləri ilə çox möhtəşəm sənət əsərləri yaratması onun çox güclü bir estetik və sənət anlayışına malik olduğuna diqqət çəkir.



"Və (həmişə) Rəbbinin sənə olan nemətiindən söhbət aç!" ("Duha" surəsi, 11).
(harun yahya Həzrəti Süleyman)