Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Qızıl əs dövründəki ədalət və xoşməramlılıq

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jul 2011
    Mesajlar
    1.499

    Qızıl əs dövründəki ədalət və xoşməramlılıq

    "Qızıl əsr" dövründəki ədalət və xoşməramlılıq

    Hz.Süleyman xoşməramlı bir hakimiyyətə malikdir və onun demokratik yollarla hərəkət etməsi diqqəti çəkməkdədir. Eyni vəziyyəti "Qızıl əsr" üçün də söyləyə bilərik.

    İslam əxlaqının bütün dünyaya hakim olduğu "Qızıl əsr" dövründə də xoşməramlı və sülh dolu bir dünya bərqərar olacaqdır. İnsanlara şəfqət, qayğı və mərhəmət göstəriləcək, bütün dindən olan insanlar xoşbəxt və təhlükəsiz yaşayacaqdır. Dünya zənginlikləri insanlar arasında bərabər bölünəcək, yer üzündə kasıblıq və yoxsulluq aradan götürüləcək. Bu mövzu ilə bağlı bəzi hədislər belədir:

    "Zülm və yalanla dolu olan dünya o, gəldikdən sonra ədalətlə daşacaqdır" (Əl-Qavlul müxtəsər fi əlamət-il Mehdiyy-il müntəzər. səh.20).


    Hicri 1280 tarixli cəli sülüs xətt. "Hikmətlərin ən böyüyü Allah qorxusudur" yazılıb.

    Sağ tərəfdə Seyid Abdullah tərəfindən nəsh xətti ilə yazılmış "Ənam" surəsinin ilk ayələri.

    "Hz.Mehdi o qədər mərhəmətli olacaqdır ki, dövründə nə bir insan yuxusundan oyandırılacaq, nə də burnu qanayacaqdır" (Əl-Qavlul müxtəsər fi əlamət-il Mehdiyy-il müntəzər, səh.44).

    "O (Mehdi), ərzə sahib olur və ondan əvvəlki təzyiq və zülmlə olan ərzi ədalətlə əvəz edir. Sizdən ona kim çatarsa, qar üstündə sürünəcək olsa belə ona qoşulsun, çünki o, Mehdidir" (Kitab-ül bürhan fi əlamət-il Mehdiyy-il axır zaman, səh.14).

    "...Onun dövründə yaxşı insanların yaxşılığı artacaq, pislərə qarşı belə yaxşılıq edilər" (Kitab-ül bürhan fi əlamət-il Mehdiyy-il axır zaman, səh.17).

    "Bütün ölkələr ona qapılarını açacaqlar... Yer üzündə təhlükəsizlik və sükut hakim olacaq" (Qiyamət əlamətləri, səh.164)

    "Biz ona belə buyurduq: "Qorxma, üstün gələcək mütləq sənsən!" ("Taha" surəsi, 68).



    "Onlara dünyada da, axirətdə də müjdə vardır. Allahın sözləri heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur!" ("Yunus" surəsi, 64).
    (harun yahya Həzrəti Süleyman)

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.