QİYAMƏT

Allah Quranda qiyamət günündən bəhs edərkən ''...Carçının onları olduqca pis, dəhşətli bir şeyə çağıracağı günü gözlə'' (''Qəmər'', 54/6) ifadəsini işlədir. Yəni o gün yaşanacaq dəhşət nə eşidilmiş, nə görünmüş bir dəhşətdir.

O gününün gəliş vaxtını yalnız Allah bilir. İnsanın o günə aid olan məlumatları Quranda bildirildiyi qədər məhduddur. Qiyamət heç kimsənin xəbəri yoxkən birdən-birə gəlir və insanları yoxlayır. O vaxt insanlar işdə olarkən, evdə yatarkən, telefonla danışarkən, kitab oxuyarkən, gülərkən, ağlayarkən və ya uşağını məktəbə apararkən anidən yaxalana bilər. Üstəlik, bu anilik heç bir insanın həyatı boyunca əsla qarşılaşmadığı və dəhşətli qorxu yayan bir hadisədir.

Qiyamətin başlanğıcı Sura çalınması ilə olur. Bu səs dünyanın hər yerindən eşidildiyində, Allahın onlara verdiyi müd*dəti Onun rizası üçün sərf etməyənlər böyük qorxuya qapılacaqlar.

Allah quranda o gün yaşanacaq qorxuverici hadisələri bu şəkildə təsvir edir: ''Xeyr, onların əsl əzab vaxtı qiyamət günüdür. Qiyamət gününün əzabı daha dəhşətli, daha acıdır!''. (''Qəmər'', 54/46).

Ayənin ifadəsinə görə, ''Sura çalınarkən böyük bir sarsıntı və qulaqları partladacaq gurultu yaranır. Hər yeri saran bu sarsıntının şiddətilə dağlar titrəməyə başlayır və altındakı torpaqla birlikdəki sürüşür'' (''Zəlzələ'', 99/1-8). ''Dağlar kiçilir və bir qum yığını halına gəlir'' (''Vaqia'', 56/5). İnsanlar o ana qədər qiymət verdikləri şeylərin nə dərəcədə əhəmiyyətsiz olduğunu o an çox yaxşı başa düşərlər. Bütün həyatları boyu tamah saldıqları maddi dəyərlər bir anda yox olur.

''O böyük bəla (qiyamət) gələndə, o gün insan nələr etdiyini yadına salacaqdır. Cəhənnəm də hər görənə görünəcəkdir''. (''Naziat'', 79/34-36). ''O gün daş, torpaq və qayalardan meydana gələn dağlar belə rəngarəng yun parçalar kimi ətrafa sovrulur'' (''Qaria'', 101/5). İnsan bu gücün təbiətin gücü olmadığını artıq dərk edir. Çünki o gün təbiət yerlə bir olacaqdır. O gün yaşanan hər hadisəyə müdhiş bir qorxu və dəhşət hakimdir. İnsan, heyvan, təbiət hamısı bu qorxu altında əzilir. İnsanlar dənizlərin daşmağa başladığını (''İnfitar'', 82/3) və daşan dənizlərin yandığını görəcəklər (''Təkvir'', 81/6). Göylər də yer üzü ilə birlikdə sarsılmağa, o zamana qədər heç görünməmiş və yaşanmamış bir şəkildə sıyrılıb üzülməyə başlar. O gün insanların mavi görməyə adət etdiyi göy hərzamankı görünüşündən çıxıb ərimiş bir metal görünüşü alar (''Məarac'', 70/8). Qiyamət günü göy üzündə ətrafa aydınlıq verən hər şeyin qaralmağa başladığı görünür. Günəş sönür (''Təkvir'', 81/1), Ay yarılır (''Qəmər'', 54/1), Günəşlə Ay yan-yana gətirilib birləşdirilir (''Qiyamət'', 75/9).

O günün dəhşət dolu qorxusundan hamilə qadınlar uşaq salacaqlar. Kiçik uşaqların saçları qorxudan ağaracaq (''Muzzəm*mil'', 73/17). Uşaqlar analarından, qadınlar ərlərindən və ailələr bir-birilərindən qaçacaqlar. Allah Quranda bunun səbəbini belə açıqlayır: ''Nəhayət, qulaqları kar edən o dəhşətli səs gələndə, insan qaçacaq öz qardaşından, anasından, atasından, zövcəsindən və oğullarından, o gün onların hər birinin istənilən qədər işi olacaqdır'' (''Əbəsə'', 80/33-37).
(harun yahya Allah ağılla bilinir)