Allah ağılla bilinir

NƏticƏ

Şübhəsiz, yer üzərində bir insan yaradılmış olmasından və Yaradıcısını tanımasından daha mühüm bir hadisə bilməz. Bu kitab boyu çalışıb çatdırmaq istədiyimiz məqsəd də hər insan üçün həyatda çox əhəmiyyəti olan bu məsələni bildirməkdən ibarətdir.

Ancaq bu yerdə bunu bildirməkdə fayda görürük: bir insanın kainatın və özünün yaradılmış olduğunu qavraya bilməsi üçün əslində çox biliyə ehtiyacı yoxdur. Kiçik bir uşaq da, yetkin bir insan da öz vicdanı və ağlı ölçüsündə yaradıldığını qavraya bilər. Bu mövzu Quranda keçən və Hz. İbrahimin dediyi gözəl bir nümunədə göstərilməkdədir.

Hz. İbrahim Allaha iman etməyən, bütlərə inanan bir qövm içində yaşayırdı. Özünə Allahın varlığı ilə əlaqədar heç bir məlumat öyrədilmədiyi halda, ağlı və vicdanı ilə yaradıldığını, üstəlik göyləri və yeri yaradan Allah tərəfindən var edildiyini bilirdi: ''Gecə qaranlığı İbrahimi bürüdükdə o, bir ulduz görüb ''Bu, mənim Rəbbimdir!'' dedi. Ulduz batdıqda isə ''Mən batanları sevmirəm''söylədi.

Doğan ayı görüb ''Bu, mənim Rəbbimdir!'' dedi. Ay batdıqda isə ''Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım'' söylədi.

Doğan Günəşi görüb ''Bu, mənim Rəbbimdir, bu, daha böyükdür!'' dedi. Günəş batdıqda isə dedi: ''Ey camaatım, mən həqiqətən sizin Allaha şərik qoşduqlarınızdan uzağam. Mən həqiqətən batildən haqqa tapınaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən şərik qoşanlardan deyiləm!'' (''Ənam'', 6/76-79).

Hz. İbrahimin timsalında da gördüyümüz kimi, ağlı və vicdanı olan ''zülm və təkəbbür üzündən inkar etməyən'' hər insan kainatın yaradılmış olduğunu, üstəlik də çox böyük quruluş və harmoniya ilə yaradılmış olduğunu qavraya biləcək bir anlayışa sahibdir.

Əlbəttə, qarşımızdakı neçə belə dəlilə baxmayaraq, Allahın varlığını inkar edən insanların vəziyyəti ağıl və vicdan sahibi olan insanlar üçün olduqca heyrətləndiricidir. Necə ki, Quranda Allahın yaratma gücünə inanmayanlarla əlaqədar bildirilmişdir: ''Əgər təəccüblənirsənsə, təəccüblüsü onların ''Biz torpaq olduqdan sonra yenidənmi yaradılacağıq?'' söyləmələridir. Onlar Rəbbini inkar edənlərdir. Boyunlarında zəncir olanlar da onlardır, onlar cəhənnəmlikdirlər, özü də orada əbədi qalacaqlar'' (''Rəd'', 13/5).

Bu kitabda bildirilənlər sizin üçün bütün yaşamınızdakı ən əhəmiyyətli məsələlərdir. Bəlkə bu məsələləri indiyə qədər bu cür əhəmiyyətli görməmiş, hətta heç düşünməmişsiniz. Ancaq əmin olun, sizi yaratmış olan Allahı tanımaq digər hər işdən çox mühüm və təxirəsalınmazdır.

Onun sizə verdiklərini bir düşünün: həyatınızı davam etdirə bilməyiniz üçün xüsusi yaradılmış, bütün təfərrüatları ilə incə planlanmış bir dünyada yaşayırsınız. Dünyaya gəlmək üçün və bu quruluşu təmin etmək üçün heç bir əlavəniz olmadı. Sadəcə olaraq bir gün gözünüzü açdınız və özünüzü saysız nemət içərisində gördünüz... Bütün bunların səbəbi Onun belə bir yaradılış qurmasıdır. Bir ayədə belə deyilir: ''Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, bəlkə şükr edəsiniz!'' (''Nəhl'', 16/78).

Ayədə bildirlidiyi kimi, sahib olduğunuz hər şeyi sizə verən və yaşadığınız bütün kainatı yaradan Allahdan başqası deyildir. Elə isə, gəlin, sizi Yaradana təslim olun və verdiyi bütün nemətlərin qarşılığında Ona şükr edin, beləcə, özünüzçün sonsuz bir qazanc təmin edin. Əgər əksini etsəniz, nankorluğunuza görə Allahın əmri ilə dəhşətli əzabın içinə atmılmış olacaqsınız...

Əmin olun ki, O vardır və sizə çox yaxındır...

Hər etdiyinizi görür və bilir, hər sözünüzü eşidir...

Əmin olun, siz də daxil olmaqla, bütün insanlar çox yaxında Ona hesab verəcəkdir...
(harun yahya Allah ağılla bilinir)