GÜCÜNÜN ÇATDIĞI QƏDƏR ALLAHdan QORXMAQ

İnsan nə qədər Allahdan qorxsa, ONun Qatında o cür üstün olar. Allah qorxusunda bir sərhəd yoxdur, hər insan bunu Allahdan diləyərək artıra bilər. Bu mövzuda Quranda rəsullar nümunə olaraq verilmişdir. Bu sayədə möminlər özlərini onlarla müqayisə edib, Allah qorxularını daha da artıra biləcəklərini anlaya bilərlər.

Allah möminlərdən ola biləcək ən yüksək dərəcədə Özündən qorxmalarını istəməkdədir. Ayələrdə, bu mövzuda bu hökm verilər:

Allahdan (Allahın əzabından) bacardığınız qədər qorxun. (Sizə verilə öyüd-nəsihətə) qulaq asın; (Allaha və Peyğəmbərinə) itaət edin və (mal-dövlətinizdən Allah yolunda) xərcləyin. Bu sizin özünüz üçün xeyirli olar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə qovuşanlardır! (Teğabün Surəsi, 16)

Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!. (Al-İmran Surəsi, 102)
(harun yahya Quran Əxlaqı)