YANIMIZDAKI ÖLÜM

Cahiliyyə cəmiyyəti, adından da aydın olduğu kimi, son dərəcə məlumatsız, ağılsız və şüursuz bir cəmiyyətdir. Bu cəmiyyətin üzvləri, həyatlarını qəti həqiqətlərə, ağla və məntiqə yönəltməzlər. Əksinə boş və batil inanclar, həqiqi xarici zənnlər, xahişlər və nəticədə aldanışlarla yaşayarlar. Bu aldanışların biri də, ölüm haqqındakı düşüncələridir. Ölümün, mümkün olduğunca ağıldan uzaq tutulması, düşünülməməsi lazım olduğu qənaətindədirlər.

Belə etməklə, yəni ölümü göz ardı etməklə etmək istədikləri şey isə, öz ağılların tərəfindən ölümdən xilas olmaqdır. Ölümü düşünməyincə, ölümdən uzaqlaşdıqlarını sanarlar. Əlbəttə ki bu məntiq, bir təhlükədən xilas olmaq üçün başını quma basdıran dəvəquşununkından daha fərqli bir məntiq deyil. Halbuki bir təhlükəni görməzlikdən gəlmək, o təhlükəni yox etməz. Əksinə o təhlükəyə hazırlıqsız tutulmaq və dolayısilə daha böyük zərər görmək mənasını verər.

Mömin, hər mövzuda olduğu kimi, bu mövzuda da cahiliyyə cəmiyyətinin məntiqindən tamamilə uzaqdır. Onlar kimi açıq və qəti bir həqiqəti yox sayaraq xəyali bir dünyada yaşamaz. Əksinə, həqiqət olduğu, indiyə qədər dünyada yaşamış olan istisnasız bütün insanların şahidliyi ilə qəti olaraq isbat edilmiş olan ölümü, ciddi bir şəkildə düşünər. İnkarçılara isə Allahın Quranda bildirdiyi bir əmri uyğun olaraq belə səslənər:

(Ya Peyğəmbər!) De: “(Qorxub) qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız. O da sizə (dünyada) nələr etdiyinizi (bir-bir) xəbər verəcəkdir!." (Cümə Surəsi, 8)

Ölüm unudulması, düşünülməməsi lazım olan bir "müsibət" deyil, əksinə insana həyatın həqiqi mənasını öyrədən və dolayısilə üzərində sıx şəkildə düşünülməsi lazım olan böyük bir dərsdir. Mömin bu böyük hadisə üzərində ağıllı və səmimi bir şəkildə düşünər. Allahın insanı bir müddət yaşatdıqdan sonra niyə bu dünyadan ayırdığını, niyə bütün canlıları ölümlü etdiyini düşünər. Qurana görə, yaradılmış olan hər varlıq qısacası hər şey ölümlüdür. Bu, onların aciz və zəif bir "qul" olduqlarını göstərər. Həyatın sahibi Allahdır; yaradılmışlar, ancaq Allahın diləməsi ilə həyat taparlar və yenə Allahın diləməsi ilə həyatlarını itirərlər. Allah ayələrində belə hökm etməkdədir:

(Yer) üzündə olan hər kəs fanidir (ölümə məhkumdur). Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir. (Rəhman Surəsi, 26-27)

Hər kəs öləcək və ən əhəmiyyətlisi, nə vaxt harada öləcəyini kimsə bilə bilməz. Heç kimin bir dəqiqə sonra həyatda qalacağına dair bir zəmanəti yoxdur. Bu səbəblə, mömin sanki hər an öləcəkmiş kimi davranmalıdır. Ölümü tez-tez düşünmək möminin ixlasını qorumasını və həmişə şüurlu hərəkət etməsini təmin edər, Allah qorxusunu artırar, nəfsini tərbiyə etməsinə köməkçi olar.

Quranda, hər insanın bir gün öləcəyinə belə diqqət çəkilər:

(Ya Rəsulum!) Səndən əvvəl də (dünyada) heç bir bəşərə əbədiyyət (ölməzlik) vermədik. Belə olduğu təqdirdə, sən ölsən, onlar dirimi qalacaqlar?! Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. (Dözüb-dözməyəcəyinizi, şükür edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə (xəstəlik, yoxsulluq, ehtiyac və sağlamlıq, var-dövlət və cah-cəlalla) imtahana çəkərik. Və siz (qiyamət günü əməllərinizin əvəzini almaq üçün) ancaq Bizim hüzurumuza qaytarılacaqsınız!. (Ənbiya Surəsi, 34-35)
(harun yahya Quran Əxlaqı)