DUA VƏ EDİLMƏSİ

Allah bir ayəsində, duanın əhəmiyyətini belə ifadə edər:

De ki: 'Sizin duanız olmasaydı Rəbbim sizə dəyər verərdimi?'... (Furqan Surəsi, 77)

Həqiqətən də dua, bir mömini inkar edənlərdən ayıran, Allah Qatında "qiymətli" edən təməl ibadətlərdən və imanın ən açıq göstəricilərindən biridir.

İnsanların çoxu, bütün kainatın bir maddələr cəmi olduğunu və bu maddələrin də, heç bir ilahi idarə olmadan bir-birlərinə təsir edərək hərəkət etdiklərini sanar. Həqiqətdə var olan hər şeyin Allahın iradəsinə boyun əymiş olduğunun, hər şeyin ancaq Allahın "Ol" əmri ilə olduğunun fərqində deyildirlər. Bu səbəblə də, bütün həyatları, bu maddələr dünyasında mübarizə, səy və məşğuliyyət içində çalışmaqla keçər.

Ancaq iman edən bir insan kainatın sirrini bilməkdədir. Bu səbəblə, istədiyi bir şeyə çatmanın əsl yolunun, o şeyləri nəzarət edəndən istəmək olduğunu da anlar. Bilər ki, Allah, hər şeyi Öz iradəsinə boyun əydirmişdir, hər şeyə hakimdir və Özündən kömək istəyən qullarına da şəfqətlidir. Allah bir ayəsində qullarına belə səslənər:

(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər. (Bəqərə Surəsi, 186)

Ancaq bilinməlidir ki, "razılıq", duada istənən hər şeyin verilməsi demək deyil. Çünki insan cahildir və ayədə ifadə edildiyi şəkliylə "... xeyirə dua etdiyi kimi, şərə də dua etməkdədir" (İsra Surəsi, 11). Bu səbəblə Allah, hər duaya razılıq edər, amma bəzən istənəni verər, bəzən də o istənən şey həqiqətdə bir "şər"dir; verməz.

Duanın nə olduğunun isə yenə Qurana baxaraq təyin olunması lazımdır. Allah duanı yalnız Özünə xas edilmiş, qorxu və ümidlə, yalvara yalvara, için-için ediləcək bir ibadət olaraq təsvir etməkdədir. Bu xüsusiyyətlərə sahib olmayan, Allahın əzəmətini təqdir edə bilməyən bir dua, həqiqi bir dua olmayacaq. Dua ancaq, ixlaslı, candan, səmimi bir şəkildə, çox istəyərək, yalvararaq, Allahdan qorxaraq və qarşılığını görmənin ümidi içində olaraq edildiyində həqiqi mənada dua olar.

Duada müəyyən bir konsentrasiya və Allahla çox içdən bir bağ qurmaq lazımdır. Necə ki Qurandakı, "Rəbbinizə yalvara yalvara və için-için dua edin..." (Əraf Surəsi, 55) və "ONA qorxaraq və ümid edərək dua edin. Doğrusu Allahın rəhməti yaxşılıq edənlərə çox yaxındır" (Əraf Surəsi, 56) ayələri, duanın edilişini ən açıq şəkildə təsvir edər. Bir başqa ayədə isə Allahın adları ilə dua edilməsinə belə diqqət çəkilməkdədir:

Adların ən gözəli Allahındır. Elə isə Ona bunlarla dua edin... (Əraf Surəsi, 180)

Dua anı, insanın öz acizliyini və Allahın sonsuz qüdrətini ən diqqətə çarpan bir şəkildə hiss etdiyi andır. Allah bütün kainatı nəzarət edən, gücü hər şeyə çatan, gizlinin gizlisini bilən, hər şeydən xəbərdar olandır. İnsanın duasını eşidən və ona razılıq edəcək olan da sonsuz şəfqətli Rəbbimizdir. Duadan qaçmaq isə, Allahın bu böyük rəhmətindən üz çevirmək, qürurlanmaq mənasını verər. Necə ki Allah, Quranda belə buyurar:

... Mənə dua edin, sizə razılıq edim. Doğrusu Mənə ibadət etməkdən böyüklənənlər; cəhənnəmə boyun bükmüş kəslər olaraq girəcəklər. (Mömin Surəsi, 60)

Dua mömin üçün həm ibadət, həm qüvvətli bir silah, həm də böyük bir nemətdir. Yalnız "istəmək" kimi həqiqətən asan bir hərəkətlə, maddi, mənəvi hər şeyi əldə edə bilmənin açarıdır.
(harun yahya Quran Əxlaqı)