HƏR AN DAVAM EDƏN İMTAHAN

Başda da ifadə etdiyimiz kimi, dünya üzərində reallaşan və insanın da şahid olduğu heç bir hadisə, məqsədsiz və boşuna reallaşmaz. Allah hər şeyi bir hikmətə görə yaradar. Bunu qavramaq isə, insanın şüuruna bağlıdır. İmanı, bu səbəbdən də ağlı və bəsirəti artan insan, getdikcə hadisələrdəki hikmətləri daha yaxşı qavrayar.

Bu hikmətlərin ən əhəmiyyətlilərindən biri isə, insanın sınanılmasıdır. Allah, qarşısına çıxardığı xüsusi yaradılmış vəziyyətlərlə, insanın səmimiyyətini və imanını sınayar. Ona bəzən nemət verər, şükür edib etmədiyini ortaya çıxarar. Bəzən də çətinlik verər, təvəkküllü və sədaqətli davranıb davranmadığını ortaya çıxarmaq üçün. Bir ayədə belə deyilməkdədir:

Hər nəfs ölümü dadıcıdır. Biz sizi, şərlə də, xeyirlə də sınayırıq və siz Bizə çeviriləcəksiniz. (Ənbiya Surəsi, 35)

İmtahanın fərqli fərqli növləri olacaq. Bu vəziyyət bir başqa ayədə belə açıqlanar:

And olsun, Biz sizi bir az qorxu, aclıq və bir parça mallardan, canlardan və məhsullardan azaltmaqla sınayacağıq. Səbir göstərənləri müjdələ. (Bəqərə Surəsi, 155)

Əslində insanın bütün həyatı, imtahan sirrinə uyğun olaraq hazırlanmaqdadır. Əvvəlcə bədəni, imtahan üçündür. Quranda "Şübhəsiz Biz insanı, kompleks olan bir damla sudan yaratdıq. Bundan ötəri onu eşidən və görən etdik" (İnsan Surəsi, 2) hökmü verilər. Bu səbəbdən insanın eşitdiyi və gördüyü hər şey, həqiqətdə özü üçün bir imtahan səbəbidir. Qarşılaşdığı hər hadisədə qarşısında iki variant vardır; ya Quranın hökmünə ya da öz nəfsinin ehtiraslarına görə hərəkət etmək. Allah, müxtəlif çətinliklər meydana gətirərək möminin səbrini və dözümlülüyünü də sınayar. Bunların ən əhəmiyyətlilərindən biri, inkarçılar tərəfindən möminlərə edilən təzyiqlərdir. Sözlü hücumlar, lağ etmələr, fiziki təzyiqlər, hətta işgəncələr və öldürmə təşəbbüslərini ehtiva edən bütün bu fəaliyyətlər, ancaq möminləri sınamaq üçündür. Bir ayədə belə buyurulmaqdadır:

And olsun, mallarınızla və canlarınızla sınanılacaqsınız və sizdən əvvəl özlərinə kitab verilənlərdən və şirk qoşmaqda olanlardan əlbəttə çox əziyyət verici (sözlər) eşidəcəksiniz. Əgər səbr edər və çəkinsəniz (bu) əmrlərə olan əzmdəndir. (Al-İmran Surəsi, 186)

İmtahandakı ən əhəmiyyətli nöqtə, qarşılaşılan vəziyyətin Allahın yaratdığı xüsusi bir sınaq olduğunun qavranmasıdır. Əgər insanın qavrayışı məhdud olar da, qarşılaşdığı vəziyyətin bir imtahan olduğunu anlamazsa, son dərəcə səthi bir dünyagörüşünə sahib olar. Quranda, özlərinə qoyulan şənbə qadağanını aşan Yəhudilərin qarşılaşdığı bu cür bir vəziyyət belə izah edilər:

(Ey Peyğəmbərim!) Onlardan (yəhudilərdən) dəniz kənarında yerləşən qəsəbə haqqında xəbər al. O zaman onlar şənbə günü (balıq ovlamaqla Allahın əmrini pozub) həddi aşırdılar. O vaxt şənbə günü (işləmək, ov etmək qadağan edildiyi, ibadətlə məşğul olmaq buyurulduğu üçün üçün) balıqlar (hər tərəfdən suyun üzərində görünüb) dəstə-dəstə onlara tərəf axışır, şənbədən başqa günlərdə isə gəlmirdi. İtaətdən çıxdıqları (günah işlədikləri) üçün Biz onları belə imtahana çəkirdik. (Əraf Surəsi, 163)

İmtahan, ağılla aydın olar və ağılla aşılar. Bu səbəblə mömin, həyatının hər anında bir imtahan dünyasında yaşadığını bir an olsun belə unutmamaq və Allahın hikmətlərini görə bilmək üçün dua etməli, diqqətli və ehtiyatlı davranmalıdır. Unudulmamalıdır ki, cənnət kimi böyük bir mükafat, yalnız "iman etdik" deməklə qazanılmaz. Allah bu həqiqəti də ayələrində belə xəbər vermişdir:

İnsanlar (möminlər) yalnız: “İman gətirdik!” – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? (Xeyir, iman gətirmək şəhadət kəlməsini təkcə dillə demək deyildir. Biz onları yeri gəldikcə malları, övladları və canları ilə sınayacağıq ki, hansının həqiqi, hansının yalançı mömin olduğunu ayırd edib bilək!) Biz onlardan əvvəlkiləri (keçmiş ümmətləri) də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da (həqiqi iman sahiblərini də), yalançıları da çox gözəl tanıyar!. (Ənkəbut Surəsi, 2-3)

Bir başqa ayədə isə, belə deyilir:

Yoxsa Allah içərinizdən cihad edənləri (düşmənlə vuruşanları) və (əziyyətə) səbr edənləri bilib (bəlliləşdirib bir-birindən) ayırd etməmişdən qabaq Cənnətə girəcəyinizimi güman edirsiniz? (Al-İmran Surəsi, 142)
(harun yahya Quran Əxlaqı)