ALLAHI ÇOX ZİKR ETMƏK

İndiyə qədər toxunduğumuz bütün mömin xüsusiyyətləri və təməl imani mövzular, insanın özünü Allaha həsr etməsini, Allah üçün yaşayıb, Allah üçün mübarizə etməsini tələb etməkdədir.

Allaha həsr olunmuş bir həyat isə, əlbəttə Allahla yaxın bir dialoq qurulmadan mümkün olmaz. Bu dialoqun yolu isə, "zikr" yəni Allahı xatırlamadır. Mömin, "Ey iman edənlər, Allahı çox zikr edin" (Əhzab Surəsi, 41) hökmü gərəyi, gündəlik həyatının hər mərhələsində zikr və dua halında olmalı, verilən nemətlərə qarşı için-için şükür etməli, səhvləri səbəbindən bağışlanma diləməli, edəcəyi işlər üçün kömək istəməli və tez-tez Allahı təsbeh edib ucaltmalıdır. Mömini, Hz. İbrahim kimi "Allahla dost" edəcək olan ibadət, bu zikrdir. Bir ayədə, zikrin necə edilməsi lazım olduğu belə bildirilər:

Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma! (Əraf Surəsi, 205)

Quranda, “(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək (Allahın cəlalını və əzəmətini həmişə, hər yerdə yada salmaq), şübhəsiz ki, (savab etibarilə bütün başqa ibadətlərdən) daha böyükdür. Allah nə etdiklərinizi (bütün yaxşı və pis əməllərinizi) bilir!” (Ənkəbut Surəsi, 45) buyurulmaqdadır. İbadətlər Allah xatırlanaraq və Allahın razılığı düşünülərək edilməzsə qarşılıqsız bir əməl halına gələ bilərlər. Bu səbəblə Quranda, peyğəmbərlərin xüsusiyyətləri izah edilərkən, Allahı zikr etmələrinə sıxlıqla diqqət çəkilər. Sad Surəsi 30-cu ayədə, "Biz Davuda Süleymanı hədiyyə etdik. O, nə gözəl qul idi. Çünki o, (daim Allaha) yönəlib-dönən biriydi" buyurulmaqdadır.
(harun yahya Quran Əxlaqı)