ŞÖVQ NƏDİR?

Şövq və həyəcan əslində hər kəsin çox yaxından tanıdığı və çox vaxt yaşadığı duyğulardır. Ancaq burada şövq anlayışını mövzu kimi götürməkdəki əsl məqsəd cəmiyyətin daxilində yaşanan şövq anlayışı ilə Quran əxlaqının insana qazandırdığı şövq arasındakı nəzərə çarpan fərqlilikləri ortaya qoymaqdır.

Ümumi mənası ilə xatırlatsaq, şövq insanın hər hansı bir mövzuya qarşı daxilən ciddi bir maraq və istək duyması və bu məqsədinə çata bilmək üçün səmimi səy göstərməsidir. Böyük-kiçik hər insanın həyatında şövqlə sarıldığı bir çox mövzu vardır. Bəzən maddi mövzularda yaşanan bu şövq bəzən də bir çox dünyəvi maraqlarda özünü göstərir... Bəzi insanlar zəngin ola bilmək, mövqe və məqam və karyera sahibi ola bilmək üçün çalışarkən bəziləri də insanlar arasında üstün mövqe əldə etmək, hörmət, etibar və tərif qazana bilmək üçün əmək sərf edərlər. Məsələn, bir şagirdin universitet imtahanından keçmək üçün göstərdiyi oxumaq əzmi, çox istədiyi yeni bir işə başlayan bir insanın işində göstərdiyi şövq və ya yaxşı qazanc gətirəcəyinə inanılan ticarət üçün göstərilən şövq və səy hər kəsə məlumdur. Ancaq bütün bu nümunələrdə qəti olaraq diqqəti cəlb edən ortaq bir nöqtə vardır ki, o da şövqün insana hər dəfəkindən çox fərqli və güclü bir xarakter qazandırmasıdır.

Bir insan şövqlə çatmağa çalışdığı bir məqsəd üçün ümumi halından çox fərqli və əzm dolu bir davranış sərgiləyə bilər. Normal şərtlərdə bu hədəfinə çatmaq üçün gözə ala bilməyəcəyi risklərə atıla bilər və yenə heç bir şeydə göstərə bilməyəcəyi qədər fədakar bir rəftarı, bu mövzuda heç düşünmədən göstərə bilər. Belə ki, sonda ağıl və qabiliyyətlərindən və bütün güclərindən ən yaxşı şəkildə istifadə edib maddi və mənəvi mənada ciddi bir güc əldə edə bilər.

Ancaq bir çox insanın şövqü qalıcı deyil. Bunun səbəbi isə heç şübhəsiz ki, bu insanların şövqlərinin möhkəm bir təmələ söykənməməsidir. Hər nə olursa olsun, şövqlərinə dəstək olan, onlara hər an güc verən qəti bir məqsədə sahib deyildirlər.

Həyatlarının sonuna qədər qəlblərində yaşadıqları şövqü əsla itirməyən yeganə insanlar isə möminlərdir. Çünki möminlərin şövqlərinin qaynağı Allaha olan imanları və Allahın rizasını, rəhmətini və cənnətini qazanmağı qarşılarına məqsəd qoymalarıdır.

Növbəti hissələrdə ətraflı şəkildə toxunacağımız bu mövzuya keçməzdən əvvəl, möminlərin şövq anlayışlarındakı bu fərqliliyin daha yaxşı aydın ola bilməsi baxımından Quran əxlaqının bilinmədiyi və tətbiq olunmadığı cahiliyyə cəmiyyətlərində hakim olan şövq anlayışını təsvir etməkdə fayda vardır.

CAHİLİYYƏ CƏMİYYƏTİNİN ŞÖVQ ANLAYIŞI

Cahiliyyə cəmiyyətini kimlər meydana gətirir?

Cahillik anlayışı, ümumiyyətlə, insanlar arasında bilgisizlik, mədəniyyətsizlik hesab edilir. Ancaq bizim bu kitab boyu yer verəcəyimiz cahiliyyə insanları özlərini yaradan Allahın sonsuz qüdrət və sifətləri, insanlar üçün endirilən Qurani-kərim və din haqqında məlumatı olmayan kəslərdir. Bu kəslər Quranda bildirilən həqiqətlərə görə deyil, çevrələrindən öyrəndikləri və yanlışlıqla dolu olan bilgilərə görə yaşayarlar. Allah Quranda bu səhv düşüncəni mənimsəmiş cahiliyyə insanlarını "ataları qorxudulmamış və qafil olan" (Yasin surəsi, 6) insanlar olaraq bildirmişdir.

Qurandan, dünya həyatının keçici və sonlu olduğundan və ölümdən sonra başlayan cənnət və ya cəhənnəm həyatından qafil olan cahiliyyə insanlarının həyatları da bu bilgisizlikləri ilə düz mütənasibdir. Dolayısı ilə sevindikləri, şövqləndikləri, həyəcan duyduqları mövzular da yenə səhv və batil düşüncələrin üzərinə qurulmuşdur.
(harun yahya Quranda şövq vƏ hƏyƏcan)