Cahiliyyə cəmiyyətinin şövqü keçici həvəslərdən ibarətdir…

Cahiliyyə cəmiyyətinin şövq anlayışında diqqəti cəlb edən önəmli bir nöqtə də yaşadıqları bu həyəcanın tamamilə keçici həvəslərə söykənməsidir. Bir şeyə qarşı daxilən ani bir maraq və həyəcan duyub yenə bunu bir anda səbəbsiz yerə itirə bilərlər.

Cahiliyyə cəmiyyətlərində hər insanın həyatında böyük bir şövqlə başladığı, ancaq qısa zaman sonra bezməklə və çətinlik görməklə yarımçıq buraxdığı saysız-hesabsız işlər vardır. Məsələn, bir musiqi aləti çalmaq üçün böyük istək duyan insanların bir çoxu qısa müddət sonra bu mövzudakı şövqlərini itirərlər və təhsillərini tamamlamadan buraxarlar. Yaxud yoxsullara kömək etmək üçün şövqlənən və dərhal işə başlayan bir insanın qısa müddət sonra həvəsi yox ola bilər və bu işdən sıxıldığını düşünməyə başlayaraq kömək işindən imtina edə bilər. Çünki bu insanlar həyatları üçün yüksək və şərəfli ideallar seçməzlər.

Yoxsullara kömək etmək, yaxşılıq etmək, özünü təkmilləşdirmək kimi mövzular bu insanlar üçün yalnız gəlib keçici bir həvəsdən ibarətdir. Bütün günü yaşamaq, ehtiyaclarını qarşılaya bilmək, cəmiyyətin gözündə yaxşı yer qazanacaq qədər səy göstərmək bu insanlara yetər. Bunu əldə etdiklərini anladıqları nöqtənin irəlisində heç bir şey onlara müvəffəq olmaq üçün lazımi bir mövzu olmaz. Dolayısı ilə, ehtiyac və mənfəətləri xaricindəki işlərə bəzən qısa müddətli maraq duyarlar, ancaq bunları özlərinə ideal seçmədikləri üçün dərhal sıxılar və monotonlaşarlar.

Halbuki bir insan etdiyi işin həqiqətən fayda və gözəllik gətirən bir şey olduğuna inansa, bu mövzudakı şövqü və coşğusu sonadək davam edər. Ancaq dünya və axirətlə əlaqədar gerçəklərə arxa çevirib yaşayanların arxasınca getdikləri işlərin heç biri daimi bir şövq duymağa dəyəcək qədər əhəmiyyətli deyil. Bu səbəblə də, hər şeydə çox zəif və tez itirə biləcəkləri bir şövqləri vardır. Ən kiçik bir çətinlik, müvəffəqiyyətsizlik və ya tənqiddə belə bir anda bezib yorula bilər və həvəsdən düşüb ideallarından imtina edə bilərlər. Yaxud da asanlıqla ümidsizliyə qapıla bilər və "Bu qədər əmək sərf etdim, heç bir nəticə ala bilmədim" kimi sözlərlə kədərlənib bütün şövqlərini itirə bilərlər.

Məsələn, uzun illər boyu memar ola bilmənin həyəcanı ilə yaşayan bir adam layihə şəkillərində qarşılaşdığı çətinliklər səbəbi ilə hələ bu əməlini reallaşdıra bilmədən bir anda bu mövzudakı bütün şövqünü itirə bilər. Yaxud da şəkil çəkməyə həvəsli olan bir adam bir neçə sınaqdan sonra bu işin təxmin etdiyindən daha çətin olduğunu görüb, şəkilə olan bütün marağını itirə bilər.

Ən çox rast gəlinən nümunələrdən biri isə kömək və ya təsanüd birliklərinə qoşulmaqda görünür. Ümumiyyətlə, qəzetlərdə və ya dost çevrəsində belə birliklərdə könüllü olaraq çalışan insanlarla əlaqədar hər dinləyicinin xoşuna gələn şeylərdən bəhs olunar. Həftə sonları bu insanların necə birlikdə rahat paltarlar geyinib bir məktəbi rəngləməyə getdikləri, bunu edərkən həm vicdani bir rahatlıq tapdıqları, həm də necə əyləndikləri bunları dinləyən insanlara çox cazibədar gələ bilər. Ancaq bunu yalnız ətrafında yardım birliyində işin gətirəcəyi "prestij" üçün edənlər bir neçə dəfəsindən sonra bütün maraqlarını itirərlər.

Maraqlarını və şövqlərini yenidən canlandırmağın tək yolu isə cəmiyyətdə bu işlərin təkrar eşitdirilməsi və bunu edən insanların təriflənmələridir. Əks halda, bir neçə dəfədən sonra, həftə sonu erkən qalxmaq belə bəzi insanlara çox çətin gələr və dərhal bu tərz işlərdən imtina edərlər.

Halbuki, yaxşılıq və kömək etməyi Allahın rizasına çatmaq üçün bir vəsilə kimi görən möminlər bu mövzuda heç vaxt şövqlərini itirməzlər. Çətinliklərlə qarşılaşmaq bu ideallarından onları çevirməz. Əksinə, çətinliklərə baxmayaraq etdikləri işlərin Allah qatında böyük rizaya vəsilə olacağını düşünərək sevinər və daha da şövqlənərlər.
(harun yahya Quranda şövq vƏ hƏyƏcan)