Möminlər arasında şövqlə yarışıb xeyirlərdə önə keçənlər vardır

Hər insanın imanı, Allaha olan yaxınlığı və bağlılığı bir deyil. Allah möminlərin bu mövzuda öz aralarında müxtəlif dərəcələrdə olduqlarını bildirmişdir. Aralarında "yarışıb önə keçənlər" olduğu kimi, "orta bir yol tutanlar" və ya "qəlblərində xəstəlik olanlar" da vardır:

Sonra Kitabı bəndələrimizdən seçdiklərimizə miras verdik. Onlardan kimisi özünə zülm edər, kimisi mötədil olar, kimisi də Allahın izni ilə yaxşı işlərdə irəli keçər. Bu böyük lütfdür! (Fatir surəsi, 32)

Yarışıb önə keçənlərə bu gücü verən, əlbəttə ki, Allaha olan bağlılıqları və hörmət dolu qorxularıdır. Daxilən səmimi imanları onlara Allahın rizasını qazanmaq yolunda yarışıb önə keçəcək qədər güclü bir şövq qazandırır. Quranda Allah yolunda malları və canları ilə səy göstərib önə keçən bu kəslərin Allah qatında dərəcə baxımından da üstün edildiyi bildirilmişdir:

Zərər çəkmədən əyləşən möminlərlə Allah yolunda öz malları və canları ilə cihad edən kimsələr bir olmazlar. Allah malları və canları ilə vuruşanları əyləşənlərdən dərəcə etibarilə üstün tutdu. Allah bunların hamısına vəd etmişdir. Allah mücahidlərə oturanlardan daha böyük mükafatlarla imtiyaz vermişdir. (Nisa surəsi, 95-96)

"Orta yolu tutanlar" isə Allahın rizasını qazanmaq üçün canla-başla səy göstərmək olduğu halda orta bir yolu izləməyi seçən kəslərdir. Bu kəslərin axirətdəki durumu, əlbəttə, yarışıb önə keçənlərlə eyni olmayacaq.

Allah ayrıca, "Aranızda elələri də vardır ki, ağır tərpənər " (Nisa surəsi, 72) ayəsi ilə mömin birliyi içində şövq baxımından geri qalan üçüncü bir qrup insana diqqət çəkir. Yuxarıda “Fatir” surəsindəki ayədə bildirildiyi kimi, bu insanlar öz nəfslərinə zülm edirlər. Qurana görə bu adamların axirətdə alacaqları qarşılıq da fərqli olacaq. Yarışıb önə keçənlər Allah qatında "böyük dərəcələrlə" qarşılıq görərkən şövqsüz və ağır tərpənənlər tövbə edib bu durumlarını düzəltməsələr, etdiklərinin "boşa getdiyini" görəcəklər.
(harun yahya Quranda şövq vƏ hƏyƏcan)