MÖMİNLƏRİN ŞÖVQÜ HANSI RƏFTARINDAN AYDIN OLUR?

Kitabın əvvəlindən bura kimi möminlərin şövq anlayışlarının nə qədər möhkəm təməllərə dayandığına və buna görə şeytanın şövq qırmaq yönündəki bütün səylərinin nəticəsiz qaldığına toxunduq. Bu hissədə isə möminlərin şövqlərinin hansı rəftarından müəyyən olduğunu bildirəcəyik.

Bu mövzuda əvvəlcə bunu deyə bilərik ki, qəlbində imanın həyəcanını yaşayan bir insanın üstünlüyü və fərqliliyi onun həyatının hər anında göstərdiyi hər davranışdan, söylədiyi hər sözdən aydın olur. Bu, elə bir diqqəti cəlb edən rəftar gözəlliyi meydana gətirər ki, eyni şövqü qəlblərində yaşayan digər möminlər bu rəftarın imandan və Allaha olan bağlılıqdan qaynaqlanan bir şövq və həyəcan olduğunun dərhal fərqində olarlar.

İnanmayanlara gəlincə, onlar da bu kəslərdəki şövqü, qərarlılığı və mənəvi gücü görərlər. Ancaq onlar həqiqi imanı tanımadıqları, Allaha könüldən bağlanmanın nə demək olduğunu, imanın necə yaşandığını bilmədikləri üçün bu əzmin və coşğunun qaynağını qavraya bilməzlər. Ancaq hər nə qədər buna ad qoya bilməsələr də, yenə də bu insanlarda digərlərində rast gəlmədikləri qorxmazlıq və igidlik xarakterinin olduğunu dərhal anlayarlar.

Bununla yanaşı, şövqün insanın hansı rəftarlarından aydınlaşdığı mövzusu möminlər üçün böyük əhəmiyyət daşıyır. Çünki insanların bir-birlərinin imanlarının dərinliyi və Allaha olan yaxınlıqları haqqında qəti bir fikir yürüdə bilmələri mümkün deyil. Bu mövzunun bilgisi Allah qatında gizlidir.

Kimin səmimi bir imana sahib olduğunu, kimin isə qəlbində xəstəlik olduğunu bilən tək güc Allahdır. Ancaq Allah bu mövzuda möminlərə yol göstərici kimi bir ölçü vermişdir. Bu ölçü möminlərin Allahı razı etmə və Onun dinini yaşama mövzusunda göstərdikləri "şövq və həyəcan"dır. Bu şəkildə möminlər həqiqətən inanan və həyatını həqiqətən Allaha həsr edənləri asanlıqla təşxis edə bilərlər. Eyni şəkildə möminlərlə təzadlıq təşkil edən şövqsüzlükləri ilə diqqəti cəlb edən insanların zəifliyi də dərhal görünər və onları imani yöndən təqviyyə edərlər.

Növbəti səhifələrdə möminlərin bu imani coşğularının hansı rəftarlarından aydınlaşdığına toxunacağıq. Bu mövzunu əhəmiyyətlə vurğulamaqdakı məqsəd isə kitabın əvvəlində də ifadə etdiyimiz kimi, bütün möminlərin çata bildikləri son həddə qədər şövqlərini artıra bilmək və geridə qalanları və ya ağır tərpənənləri təşviq edib onların da təqva sahibi ola bilmələrinə vəsilə olmaqdır.
(harun yahya Quranda şövq vƏ hƏyƏcan)