MÖMİNLƏRİN CƏSARƏTİ

GİRİŞ

Bütün ömrünü məsuliyyət daşımadan yaşamağa alışmış bir insan düşünək. Elə bir insan ki, sadəcə öz qidalanması, gələcəyi, evi, maşını, sahib olduğu malları ilə maraqlanır… Bu insanı ətrafında baş verən hadisələr, dünyanın hər tərəfində davam edən zülm, haqsızlıq, aclıq, axıdılan qanlar, yaşanan əzablar maraqlandırmır. Yer üzünün qarışıqlıq, xaos, nizamsızlıq, təxribat və hər cür haqsızlıqlarla dolu olması onu heç narahat etmir. Haqsız yerə öldürülən insanların, yemək üçün bir tikə çörək belə tapa bilməyən uşaqların varlığına əhəmiyyət vermir. “Mənə toxunmayan ilan min yaşasın” kimi yalnış dünyagörüşünə malikdir, yalnız özünü düşünür və özü üçün yaşayır.

Cəmiyyətdə bu cür insanlarla tez-tez rastlaşmaq mümkündür. Belə yaşadıqları təqdirdə dərddən, qəmdən uzaq, rahat olacaqlarını düşünən insanların sayı çoxdur. Halbuki başqa insanlara zülm edilən, haqsızlıq olunan, əzab verilən mühitdə insanın sadəcə özünü düşünməsi, öz dərdinə çarə axtarması vicdana sığmayan davranışdır.

Bu halda insanın öhdəsinə düşən böyük məsuliyyətlər vardır. Hami ac qalan, haqsız yerə yurdlarından sürgün edilən, öldürülən, qətl edilən insanları bu vəziyyətlərindən qurtara biləcək güclü imana sahib ola bilər. Dünyanı bu vəziyyətdən xilas etməyə çalışmaq, ağıl və vicdan sahibi hər insanın vəzifəsidir.

Siz bu sətirləri oxuyarkən “görəsən, mən nə edə bilərəm?”-deyə düşünə, yaxud “mənim edəcəklərimlə nə dəyişəcək ki?”-deyə bilərsiniz. Lakin hamının belə dediyini düşünün…

Bu halda yer üzündə pisliklərə qarşı yaxşılıq edən bir nəfər belə qalmazdı. Halbuki hər dövrdə yaxşılığı qoruyub saxlayan insanlar olub. Bu insanlar qorxmadan fəaliyyaət göstərmiş, yer üzündə ədaləti hakim etməyə və qorumağa çalışmışlar. Bu insanların əsas xüsusiyyətləri Allahdan qorxmaları, vicdanlarının səsinə qulaq asmaları, çox cəsur və səxavətli olmaları, məsuliyyət daşımaqdan qorxmamalarıdır.

Dünyanın hər tərəfinə yayılan zülm və haqsızlıqların əvəzinə yaxşılığı, gözəlliyi və ədaləti gətirmək üçün lazım olan ən əhəmiyyətli xüsus doğru olan yolda cəsur davranmaqdır. Bəlkə də “insanlara yaxşılığı tövsiyə etmək üçün niyə cəsur olmaq lazımdır?”-deyə düşünə bilərsiniz. Halbuki pisliyin yer üzündən silinməsini istəyən insanların ən çox ehtiyacları olan xüsusiyyətlərdən biri cəsarətdir.

Cəsarət və qərarlılığın yaxşılığı əmr edib pislikdən çəkindirməkdə nə qədər əhəmiyyətli olduğunu anlamaq üçün peyğəmbərlərin və ömrünü Allaha həsr etmiş müsəlmanların pisliyə qarşı mübarizələrini xatırlamaq lazımdır.

Bu mövzunu düşünmək, əsrlərlə yaxşılığı müdafiə edənlərə kimlərinsə mane olduğunu görmək mövzunun vacibliyini anlamaq cəhətdən əhəmiyyətli olacaq.

Şübhəsiz, hər dövrdə dünyaya yaxşılığın, gözəl əxlaqın, sülhün və rahatlığın hakim olması üçün çalışan insanlarla yanaşı, insanları haqsız yerə öldürən, yurdlarından çıxaran, yer üzündə əxlaqi degenerasiyanı yaymağa, zəif olanı əzməyə, beləliklə, özünü ucaltmağa çalışan çox sayda insan yaşamışdır.

Müsəlmanların hədəfi gözəl əxlaqı insanlar arasında yaymaq olduğu halda, bu insanların hədəfi pisliyi bütün dünyaya yaymaq olmuşdur, buna görə də bütün yaxşı fəaliyyətlərə mane olmaq istəmələrinə heyrətlənməməliyik. Tarix boyu yaşananlar da həmişə bunu göstərmişdir. Gözəl əxlaqı tövsiyə edən peyğəmbərlər və onları izləyən möminlər hər dövrdə təzyiqlərə məruz qalmışlar. Qarşı tərəf çirkin və əsli olmayan böhtanlarla, müxtəlif üsullarla onları yollarından saxlamaq istəmişdir.

Ancaq yer üzündə yaxşılığın, rahatlığın, gözəl əxlaqın hakim olmasını istəməyənlərin bilmədiyi və heç cür dərk etmədiyi ilahi sirr təcəlli etmişdir: Müsəlmanlar hər zaman, “... Bizim əsgərlərimiz labüd olaraq zəfər çalacaqlar!” (Saffat surəsi, 173) ayəsində bildirildiyi kimi inanmayanlara qalib gəlmişlər. Bu, Allahın vədidir. Allah Öz yolunda cəsarət və qərarlılıqla mübarizə aparanları bu dünyada inkarçılara qarşı qalib etmiş, axirətdə də səmimi cəhdlərinin qarşılığında cənnəti nəsib edəcəkdir.

Allaha güvənərək Onun əmr etdiyi gözəl əxlaqı yaşamaq və yaşatmaq üçün cəhd edən hamı Allahın sonsuz nemətləri ilə mükafatlanmağı ümid edə bilər. Kim peyğəmbərlərin və səmimi möminlərin göstərdikləri cəsarəti və qərarlılığı göstərər, doğru yolda yorulmadan irəliləyərsə, cənnət əhli olmağı ümid edə bilər. Allah bu mövzu ilə əlaqədar olaraq bir ayədə belə buyurur:

“Həqiqətən də, iman gətirənlər, hicrət edənlər və Allah yolunda cihad edənlər, Allahın mərhəmətinə ümid edirlər. Allah Bağışlayandır, Rəhmlidir.” (Bəqərə surəsi, 218)

Bu kitabda gözəl əxlaqın bir hissəsi olan “cəsarət” mövzusundan bəhs olunacaq. Cəsarətin Quranda verilən həqiqi mənası açıqlanacaq, eyni zamanda cəmiyyətdə qəbul edilən cəsarət anlayışının yalnış cəhətləri incələnəcək. Həqiqi Qurani cəsarətlə, xalq arasında qəbul edilən və yaşanan cəsarət anlayışı müqayisə ediləcək. Bundan başqa şeytanın insanları sövq etməyə çalışdığı çirkin cəsarət haqqında danışılacaq və nəhayət Quranda adı keçən peyğəmbərlərin və saleh möminlərin cəsarətindən nümunələr veriləcək.
(harun yahya MöminlƏrin cƏsarƏti)