Kamil iman sahibinin ölümə baxış prizması



Hər bir kəs ölümü dadacaqdır. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. (Ali-İmran surəsi, 185)

Quranda "Hər kəs ölümü dadacaqdır. Sonra da Bizə qaytarılacaqsınız" (Ənkəbut surəsi, 57) ayəsində də xəbər verildiyi kimi, dünyadakı hər insan özü üçün təqdir edilmiş bir günün təyin olunmuş bir saatında şübhəsiz ki, ölümlə qarşılaşacaq. Belə ki, bu günə qədər heç bir insanın gücü, malı, mülkü, sərvəti, şöhrəti, mövqeyi, etibarı, qüvvəti və gözəlliyi ölümü özündən uzaqlaşdırmağa yetməmişdir. Ölüm Allahın bir qanunudur: gəlmiş-keçmiş bütün insanlar bu qəti və qarşısıalınmaz həqiqətlə qarşılaşmışlar.

"Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə..." (Nisa surəsi, 78) ayəsilə xatırladıldığı kimi, heç kim ölümdən qaçmağı bacara bilməmişdir və bacara bilməyəcək.

Bu həqiqət kamil iman sahiblərinin dərin bir anlayışla qavradıqları bir mövzudur. Ölümün qətiliyini və yaxınlığını dərk etmələrilə birlikdə ölümdən sonrakı sonsuz həyata hazırlıq görmələrinin vacibliyini də anlayırlar. Allahın əmr etdiyi əxlaqa tam olaraq çata bilmədən və Allahın razılığını qazana bilmədən ölməkdən qorxar, bu səbəblə də böyük bir səmimiyyət və səylə Allahın dininə sarılırlar. Hər an öləcəkmiş kimi Allaha yaxınlaşmaqda və Onun razılığını qazanmağa çalışırlar. Quranda kamil iman sahiblərinin belə dua etdiklərindən bəhs edilir:

... Ey Rəbbimiz! Bizə çoxlu səbr ver və bizi müsəlman olaraq öldür. (Əraf surəsi, 126)

... Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim Himayədarımsan. Mənim canımı müsəlman kimi al və məni əməlisalehlərə qovuşdur. (Yusuf surəsi, 101)

Kamil iman sahibləri ölümü Allahın bir əmri olduğu üçün son dərəcə təslimiyyətlə qarşılayırlar. Hətta ölümü Rəbbimizin müjdələdiyi cənnətə qovuşmaq üçün bir qapı olaraq görürlər. Amma bir tərəfdən də cəhənnəm əzabından çəkinmələri lazım olduğunu bilir, var gücləri ilə xeyrlərdə yarışaraq Allahın razılığını qazanmaq üçün məşğul olurlar. Quranda inanan insanların axirətə qədər "ümid və qorxu" içərisində olacaqları bildirilmişdir. Nəticə olaraq kamil iman sahibləri iman etdikləri üçün cənnəti ümid edərkən, bir tərəfdən də özlərini yetərli görmədikləri üçün cəhənnəmdən qorxurlar. Quranda kamil iman sahibi olan möminlərin "pis hesab"dan qorxuları, göstərdikləri gözəl rəftarlar və çatdıqları xeyrli nəticə belə bildirilmişdir:


O kəslər ki, Allaha verdikləri sözü yerinə yetirir və əhdi pozmurlar.

O kəslər ki, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri qovuşdurur (qohumluq və qardaşlıq əlaqələrini möhkəmlədir), Rəbbindən qorxur və pis haqq-hesabdan çəkinirlər.

O kəslər ki, Rəbbinin Üzünü diləyərək səbr edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir və pisliyi yaxşılıqla dəf edirlər. Onlar üçün Axirət yurdu –
əməlisaleh ataları, zövcə**ləri və övladları ilə birlikdə daxil olacaqları Ədn bağları hazırlanmışdır. Mələklər bütün qapılardan onların yanına daxil olub( deyəcəklər):

“Səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!” (Rəd surəsi, 20-24)
(məqalə harun yahya)