Kamil iman sahibi nə cür Allah qorxusuna malikdir?



- Yalnız Allahdan qorxar və yalnız Ondan çəkinər
- Allahdan başqa heç bir şeydən qorxmaz.
- Allahdan gücü yetdiyi qədər çox qorxar.
- İmanı və Allah qorxusunu ürəyə yerləşdirənin Allah olduğunu bilər.
- Bu qorxunu yalnız çətinlik və çarəsizlik anlarında deyil, hər an yaşayar.
- Allahın qəlblərdə olanı və gizlinin gizlisini bilən olduğunu unutmaz.
- Kimsənin görmədiyi yerdə də Allahın görən olduğunu hər an xatırlayar.
- Hesab verəcəyini bilərək hərəkət edər.
- Haram və halallara diqqət edər.
- Etdiyi hər şeyin əsası bu qorxu üzərinə quruludur
.
- Edilən hər işdə Allaha yönələr.
- Tək cəzalandıranın Allah olduğunu bilər.
- Allahın mövqeyindən, təhdidindən və cəhənnəm əzabından qorxar.
- Daha əvvəl gəlib-keçənlərə Allahın verdiyi əzabları unutmaz.
- Hörmət dolu, içi titrəyən və şiddətli bir Allah qorxusuna malikdir.
(məqalə harun yahya)