QURAN ƏXLAQINDA FƏDAKARLIĞIN ƏHƏMİYYƏTİ



NƏTİCƏ

Kitabın başından bu yana izah edildiyi kimi fədakarlıq, imanı qavrayan hər insanın üzərində əhəmiyyətli bir vicdanı məsuliyyətdir. Bu fədakarlıq anlayışı, adamın sahib olduğu maddi və mənəvi hər şeyi Allahın ən razı olacağı şəkildə sərf etməsini; həyatı boyunca qarşılaşdığı hər mövzuda ağılını, vicdanını və iradəsini ən son sərhədinə qədər istifadə etməsini tələb etməkdədir. Bir ömür boyunca xeyrlərdə yarışacaq, gözəl əxlaqda təqva sahiblərinə öndər olacaq, hər nə çətinliklə qarşılaşsa qarşılaşsın heç bir yorqunluğa qapılmadan insanları yaxşılığa çağırmağa və pislikdən çəkindirməyə davam edəcək.

Allah, iman sahiblərini yalnız öz əxlaqlarını gözəlləşdirməklə məsul tutmamış, eyni zamanda onlara bütün insanların məsuliyyətini də yükləmişdir. Allahdan qorxan vicdan sahibi bütün Müsəlmanlar, bu məsuliyyəti ən gözəl şəkildə yerinə gətirə bilmək üçün fədakarca bir əxlaq göstərməklə və səmimi bir səy göstərməklə öhdəçiliklidirlər. Bunun üçünsə, "Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!” (Səff Surəsi, 4) ayəsiylə bildirildiyi kimi, bir-birlərinə dəstək olmalı, hər cür çətinliyə qarşı birlik içərisində hərəkət etməlidirlər. Allah, Quranın "Kafirlər də bir-birinin dostlarıdır (köməkçiləridir). Əgər siz bunları (yuxarıda sizə buyurulanları) etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar (islam zəifləyər, küfr isə artıb qüvvətlənər)." (Ənfal Surəsi, 73) ayəsiylə, möminlərin bir-birlərinə dəstək olub kömək etməmələri vəziyyətində dünyada "böyük bir təxribatçılıq" meydana gələcəyini bildirmişdir. Zülm görən, ədalətsiz tətbiqlər altında əzilən insanların, yazıq qadınların, kimsəsiz uşaqların, baxıma möhtac kəslərin çətinliklərinin aradan qaldırılmasına ancaq bu şəkildə köməkçi oluna bilinəcək. Gözəl əxlaqın bütün insanlar arasında tətbiq edilməsi isə, həm bütün dünyada barış və dincliyin yaşanmasını təmin edəcək, həm də buna vəsilə olan möminlərə Allah Qatında çox böyük bir savab qazandıracaq.

Allah, Quranın "(Ey insanlar!) Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi yerlə göyün genişliyi qədər olan, Allaha və Onun peyğəmbərlərinə iman gətirənlərdən ötrü hazırlanmış Cənnətə nail olmaq üçün (yaxşı əməllər etməkdə) bir-birinizi ötüb keçməyə çalışın. Bu, Allahın dilədiyi kimsəyə əta etdiyi lütfdür (mərhəmətdir). Allah çox böyük lütf (mərhəmət) sahibidir! (Hədid Surəsi, 21) ayəsiylə insanlara cənnət üçün qərarlı bir hazırlıq və yarış içində olmalarını bildirmişdir. Allahın rəhmətini və cənnətini ümid edə biləcək kəslər həyatları boyunca hər cür fədakarlığı edərək, ixlasla Rəbbimizin razılığını axtaran, bu uğurda ən çoxunu edə bilmək üçün rəhmanı bir yarış içərisinə girənlər olacaq.

Quran əxlaqını və vicdanı məsuliyyətlərini bilərək, dünya həyatında bu həqiqətləri gözardı edən bir insan, axirətdə çox böyük və kompensasiyası mümkün olmayan bir peşmanlıq yaşaya biləcəyini unutmamalıdır. Həyatını eqoistcə ehtiraslarının arxasına düşərək sona çatdıran kəslər, axirət ilə qarşılaşdıqlarında dünyaya bir dəfə daha geri dönüb mallarıyla və canlarıyla Allah üçün fədakarlıqda olmaq istəyəcək; qazanc sanaraq fədakarlıqdan qaçındıqları, yığıb yığdıqları hər şeyi cəhənnəm əzabından xilas ola bilmək üçün fidyə vermək istəyəcəklər:

Əgər yer üzündə olanların hamısı, üstəlik bir o qədər kafirlərin əlində olsaydı və onlar bunu qiyamət gününün əzabından qurtarmaq üçün fidyə versəydilər, yenə də onlardan (fidyə) qəbul olunmazdı. Onları şiddətli bir əzab gözləyir! (Maidə Surəsi, 36)

Onlar bir-birinə göstəriləcəklər (lakin bir-birini tanısalar da, özlərini tanımamazlığa vurub bir-birindən qaçacaqlar). O günün əzabından qurtarmaq üçün günahkar istərdi ki, fəda etsin (fidyə versin) öz oğullarını; Övrətini və qardaşını; (Çətin günlərdə) ona sığınacaq verən əşirətini (qohum-əqrəbasını); Və yer üzündə olanların hamısını – təki özünü (Allahın əzabından) qurtarsın! Xeyr (bu mümkün deyildir). Həqiqətən, o (Cəhənnəm) alovlu atəşdir. (Məaric Surəsi, 11-15)
Bu kəslər peşmanlıqlarını isə belə dilə gətirəcəklər:

Və Cəhənnəmin (məhşər meydanına) gətiriləcəyi gün – məhz o gün insan (öz günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?! O: “Kaş ki, mən əvvəlcədən (axirət) həyatım üçün (yaxşı əməllər) edəydim!” – deyəcəkdir. (Fəcr Surəsi, 23-24)
Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: “Kaş əməl dəftərim mənə verilməyəydi! Hesabımın nə olduğunu bilməyəydim! Kaş o (ölüm) qəti (əbədi) olaydı! (Bir daha dirilib bu əzabı görməyəydim!) Mal-dövlətim mənə heç bir fayda vermədi (Allahın əzabını məndən dəf edə bilmədi). Mülküm (səltənətim) də məhv olub getdi!” (Haqqə surəsi, 25-29)

(Ya Rəsulum!) Gətirilib od üstündə saxlandıqları zaman sən onların: “Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq!” – demələrini görəydin! (Ən'am Surəsi, 27)

Hər insanın dünya həyatında özünə verilən müddət içərisində bu həqiqətləri düşünməsi və sonsuz həyatını təhlükəyə atacaq hər cür əxlaqsızlıqdan çəkinməsi lazımdır. Dünyada cənnət əxlaqını yaşamadığı təqdirdə, adam axirətdə qarşısına yalnız sonsuz əzablarla dolu cəhənnəmin çıxmasından qorxmalıdır. Halbuki belə bir sondan xilas olub, cənnət nemətlərini qazana bilmək son dərəcə asandır. Quranda bunun asanlığı və Rəbbimizin qulları üçün ən gözəl olanı istədiyi "Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə (dirsəklərdən və ya dirsəklərə qədər) əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı və hər iki bəndə (oynağa) qədər ayaqlarınızı məsh edin (və ya: başınızı məsh edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun). Əgər cünub (murdar) olmusunuzsa, qüsl edin (bədəninizi başdan ayağa qədər yuyub təmizləyin). Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün (paklığı niyyət edib əllərinizi bir dəfə torpağa sürtərək üzünüzü, bir dəfə də torpağa sürtərək əllərinizi məsh edin). Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq (artırmaq) istər ki, bəlkə, şükür edəsiniz!” (Maidə Surəsi, 6) ayəsiylə bildirilmişdir. Həyatlarının hər anını Allahın razılığını qazanmaq üçün keçirən möminlər üçün dünyada və axirətdə gözəl bir həyat, Allahın sevgisi, dostluğu və köməyi vardır. Allah Quranda "bütün xeyrlərin" bu kəslər üçün olduğunu bildirmiş və onları içində müddətsiz qalacaqları bənzərsiz gözəllikdəki cənnətlərlə müjdələmişdir:

Lakin Peyğəmbər və onunla birlikdə olan möminlər malları və canları ilə cihad etdilər (vuruşdular). Bütün nemətlər məhz onlarındır, nicat tapanlar da məhz onlardır! Allah onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)! (Tövbə Surəsi, 88-89
(məqalə harun yahya)