Nəticə

Burada çox az hissəsinə yer verilən, dünyanın müxtəlif yerlərində davam edən bu mərhəmətsiz tətbiqlər vicdan sahibi hər insanı hərəkətə keçirəcək ölçülərdir. Ancaq buna baxmayaraq bəzi insanlar, belə bir vəziyyət qarşısında da laqeyd qala bilməkdə, yaşananların özlərini birinci dərəcədən maraqlandırmadığını düşünərək məsuliyyətsiz davrana bilməkdədirlər. Bunun səbəbi bu kəslərin Allahın razılığını lazımı səviyyədə istəmələri, yenə nəfislərini məmnun etmə arxasına düşmələridir. Bu düşüncəylə hərəkət edən bir adam yalnız özünə istiqamətli hadisələrlə maraqlanar. Əgər yaşananlar, bu adamın yaxınında reallaşsa bəlkə daha həssas bir rəftar göstərəcək. Amma yenə də bütün qayğısı öz mənfəətləri çərçivəsində məhdud qalacaq. Məsələn ticarət etdiyi ölkədə vətəndaş müharibəsi çıxdığını öyrəndiyində əsl qayğısı oradan qazanacağı pulun aqibətinin nə olacağıdır. O ölkədə qətl edilən insanları, zülmə düşərək öldürülən uşaqları, insanların yaşadıqları qorxu və çətinlikləri isə lazımı kimi düşünməyəcək.

Cahiliyyə cəmiyyətlərində “mənə toxunmayan ilan min il yaşasın” sözüylə ifadə edilən yanlış əxlaq anlayışı, bu kimi insanların rəftarlarını istiqamətləndirən ana məntiqdir. Halbuki belə bir vəziyyətdə, vicdanı laqeydləşən bu adamın, yalnız bir neçə dəqiqə üçün belə olsa özünü bu insanların yerinə qoyması vicdanını açması üçün kifayətdir. Günahsız insanların mərhəmətsizcə qətl edildikləri, aclıqdan və dözülməz bir yoxsulluqdan ötəri yazıq insanların çətinliklə ayaqda dayana bildikləri bir mühitdə özü də həyat mübarizəsi verir olsa, eyni məsuliyyətsizliyi və eqoizmi göstərə bilməyəcəyi açıqdır.

Halbuki, dünyanın dörd bir tərəfində yaşanan bu problemlərin əsl səbəbinin insanların Quran əxlaqına uyğun bir həyat yaşamamalarından qaynaqlandığını bilən bir mömin, bu əxlaqın insanlara təbliğ edilməsini öz vicdanı məsuliyyəti hesab etməlidir.

Burada vurğulanması lazım olan bir başqa əhəmiyyətli xüsus isə dünyadakı bu köklü problemlərin Peyğəmbərimiz (s.ə.s.)in hədislərində bildirilən “axır zaman” adı verilən qiyamət əvvəli dövrə də işarə etməsidir. Axır zaman Quran əxlaqının lazımı kimi yaşanmadığı, insanların bir qisminin din əxlaqının əhəmiyyətindən xəbərsiz, qafil bir həyat yaşadıqları bir dövrdür. Belə bir dövrdə hər Müsəlman üçün fədakarca bir əxlaq göstərmək, malıyla və canıyla özünü ortaya qoymaq çox daha əhəmiyyət qazanar. Peyğəmbərimiz (s.ə.s.) bu hədislərdə, axır zamanda fitnələrin çoxalacağını, Müsəlmanların təzyiq və zülm görəcəyini, qırğınların yaşanacağını, günahsız insanların öldürüləcəyini, kasıblığın və aclığın artacağını bildirməkdədir. Bu hədislərdən bəziləri belədir:

“Axır zamanda ümmətimin başına sultanlarından şiddətli bəlalar gələr, belə ki yer Müsəlmanlara dar gələr.” 32

“Qiyamətin dərhal yaxınında anarxiya və qarışıqlıq günləri vardır.” 33

“Dünya hərc mərc içində olduğunda, fitnələr zühur etdiyində, yollar kəsildiyində, bəziləri bəzilərinə hücum etdiyində” 34

“...məşhur qırğınların baş verəcəyi böyük bir fitnə görüləcək.” 35

“Bu hadisələr meydana gəlmədikcə qiyamət qopmayacaq: Ölümlər və qırğınlar məşhur hala gələcək.” 36

“Məğribdə (qərbdə) qarışıqlıqlar, fitnələr və qorxu olacaq... Fitnələr çoxalacaq.” 37

“Kasıblar çoxalacaq.” 38

“Aclıq və həyat bahalığı çox yayılacaq.” 39

“Günahsız insanlar qətl oluncaya qədər... və qırğınlara yerdə və göydəkilər, artıq dözüm edə bilməz bir hala gəldiyində...” 40

“Qiyamət yaxınlaşdığı zaman və möminlərin ürəyi; ölüm, aclıq, fitnələr, sünnələrin itməsi, bidətlərin ortaya çıxması, əmri bil maruf və nəhyi xatırladan münkər (yaxşılığı əmr edib pislikdən daşınmağa çağırma) imkanlarının itməsi kimi səbəblərlə zəiflədiyi zaman...” 41

Peyğəmbər əfəndimiz (s.ə.s.)ın xəbər verdiyi hu hadisələrin sıx şəkildə yaşandığı bir dövrdə, möminin üzərinə düşən məsuliyyət də eyni şəkildə böyük əhəmiyyət qazanmaqdadır. Anarxiyanın, qarışıqlığın və zülmün sona çatdırılması üçün insanları təşviq etmək, onlara doğru yolu göstərmək, yetimlərə, yoxsullara, yolda qalmışa, aclıq və səfalət içərisindəki möhtac insanlara, kimsəsiz uşaqlara, yaşlılara kömək etmək möminlərin məsuliyyətidir. Allahın razılığını qazanmağı hədəfləyən bir kimsə, yalnız öz əxlaqını gözəlləşdirməklə ya da öz çətinliklərinə həll tapmaqla kifayətlənməməli, eyni zamanda ətrafında olan ehtiyac içərisindəki kəslərin problemlərinin həllini də boynuna götürməlidir. Əlbəttə ki bu vəziyyət, insanların sevdikləri şeylərdən infaq etmələrini, öz imkanlarından, rahatlarından fədakarlıqda olmalarını tələb edə bilər. Amma Allahın razılığını qazanacağını ümid etmək, səmimi bir möminin bütün bu məsuliyyətləri ən yaxşı şəkildə boynuna götürməsi və fədakarlığa talib olması üçün kafi olmalıdır.

Bunu da ifadə etmək lazımdır ki, Peyğəmbər Əfəndimiz (s.ə.s.) hədislərində bu çətinliklərin Hz. Mehdi (r.ə.)ın zühuruyla birlikdə ortadan qalxacağını, Hz. Mehdi (r.ə.) vəsiləsiylə bütün dünyaya İslam əxlaqının hakim olacağını müjdələmişdir. Bütün İslam aləmi Peyğəmbərimiz (s.ə.s.)ın bu müjdəsinin reallaşmasını həyəcan və şövqlə gözləməkdədir. Hz. Mehdi (r.ə.) gəldiyində, bütün Müsəlmanlar Hz. Mehdi (r.ə.) liderliyində birləşəcək, dünyaya barış, sevgi və dinclik hakim olacaq. Hz. Mehdi (r.ə.) İslam əxlaqını sevgiylə hakim edəcək, Onun dövründə heç kimin burnu qanamayacaq, heç kim yuxusundan da oyandırılmayacaq. Silahlanma dayanacaq, o dövrə qədər silahlanma üçün xərclənən bütün pullar insanların rahatlığı və dincliyi üçün xərclənəcək. Gözəl bir bolluq və bərəkət olacaq, insanlar kömək edəcək tək bir kasıb ailə belə tapa bilməyəcəklər. Fikir azadlığının, inanca hörmətlinin və demokratiyanın tam olaraq yaşandığı bu dövrdə mədəni olaraq da böyük atılımalar ediləcək, dünya heç olmadığı qədər gözəlləşəcək.

Hz. Mehdi (r.ə.)ın ortaya çıxışını gözlədiyimiz bu dövrdə isə, möminlərin məsuliyyəti bu mübarək şəxsə ən gözəl şəkildə mühit hazırlamaq, bunun üçün canla başla fikri mübarizə içində olmaqdır. “(Ey müsəlmanlar!) Sizə nə olub ki, Allah yolunda (hicrət etməyib, yaxud əsir kimi Məkkədə qalıb): “Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən (Məkkədən) kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!” – deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?” (Nisa Surəsi, 75) ayəsiylə möminləri ehtiyac içindəki insanlara dəstək olmaqla öhdəçilikli etmişdir. Əlbəttə ki dünyanın müxtəlif yerlərində, insanların yaşadıqları bu problemləri həllə qovuşdurmaq üçün müxtəlif təşkilatlar çalışmaqdadır. Ancaq bu qurluşlar nə qədər müsbət işlərdə olsalar da, problemlərə həqiqi mənada həll gətirə bilməməkdə, səthi həlllərlə məhdud qalmaqdadırlar.

Halbuki bütün insanlığı maraqlandıran bu kimi vəziyyətlərdə gündəlik, həftəlik ya da aylıq həllər deyil, qatı və qalıcı həllərə ehtiyac vardır. Ən qəti həll isə, bütün insanlar arasında gözəl əxlaqın hakim olmasıdır. Quran əxlaqı insanlara vicdanlı davranmağı, xoşgörülü və sülhsevər olmağı, uzlaşmağı əmr edər. İnsanlar arasında ədalətlə hökm etməyi, haqqdan yana olmağı, insanların haqqlarına haqqsızlıqla əl uzatmamağı tələb edir. Günahsız insanların, yaşlıların, qadınların, uşaqların, yolda qalmışların, ehtiyac içində olanların haqqlarını qorumağı əmr edər. Bu səbəbdən Quran əxlaqı dünyadakı bütün ədalətsizliklərin, terrorun, qarışıqlığın, qırğınların, yaşanan səfalətin qəti həllidir.

Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Və ya gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafatlarını verəcəyik!) (Nəhl Surəsi, 97) ayəsiylə bizlərə bu sirri vermişdir. Gözəl bir həyat, həqiqi huzur, təhlükəsizlik və barış ancaq İslam əxlaqının tam mənsıyla yaşanmasıyla mümkün ola bilər. Bu səbəbdən insanların böyük əksəriyyətinin bu həqiqətləri qavradığı bir dünyada ağrılar, çətinliklər, qırğınlar, bəlalar, ədalətsizliklər yox olacaq, bunların yerinə barış, dinclik, zənginlik, fərahlıq, bolluq bərəkət məskun olacaq.

Gözəl əxlaqın hakimi olmasıyla birlikdə, insanlar arasında ədalət, xoşgörüş, fədakarlıq, şəfqət, mərhəmət kimi xüsusiyyətlər yayılacaq; kimsə kimsənin haqqını yeməyəcək, özü ehtiyac içində belə olsa yeməyini yoxsula yedirəcək, köməyə möhtac insanların problemlərini öz problemiymiş kimi sahiblənəcək və əlindən gələn bütün imkanları başqalarının rahatı üçün səfərbər edəcək. Vicdanlı insanların sayı artıqca barış və dinclik dolu bir dünyaya bir addım daha yaxınlaşmış olacaq.

Quranın “İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bəzi günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar.” (Rum Surəsi, 41) ayəsiylə bildirdiyi kimi, dünyadakı bütün pisliklərin ortaya çıxmasına insanların öz müdafiə etdikləri zalım sistemlər səbəb olmuşdur. Bu səbəblə bütün bunları yaxşılıqlara çevirmək də yenə insanın məsuliyyətindədir. Quranda əmr edilən əxlaqi xüsusiyyətlər yaşandığı təqdirdə dünyadakı hər cür fəsad asanlıqla ortadan qaldırıla biləcək. Allah, Quran ayələriylə belə bir vəziyyət qarşısında “içində olduqları rifahın arxasına düşən” insanların zülm edənlər olduqlarını bildirmiş, fəzilət və vicdan sahibi insanlara fədakarlığı, məsuliyyəti boynuna götürməyi və bu istiqamətdə səy göstərməyi əmr etmişdir:

Barı, sizdən əvvəlki nəsillərin ağıl və fəzilət (hünər) sahibləri yer üzündə fitnə-fəsad törətməyi qadağan edəydilər! Onların xilas etdiyimiz az bir qismi istisnadır. (Onlar keçmiş peyğəmbərlərin əshabələridir ki, insanlara yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edərdilər.) Zalımlar isə onlara verilmiş nemətə (dünyanın ləzzətinə) uydular və günahkar oldular. (Hud Surəsi, 116)

Allah, öz rifahlarının arxasına düşən insanları göstərdikləri bu əxlaq səbəbiylə xəbərdar etməkdədir. Vicdan və fəzilət sahibi Allahdan qorxan kəslərin, insanların yaşadıqları bu çətinlikləri görüb daha sonra göz ardı etmələri yalnız öz dərdlərinin arxasına düşmələri, kiçik dünya mənfəətləri uğruna Quran əxlaqının gərəyi olan bu məsuliyyətlərini bir kənara buraxa bilmələri mümkün deyil. Allah, nə etməsi lazım olduğunu çox yaxşı bildiyi halda, çətin gördüyü və başqalarına buraxdığı üçün məsuliyyətdən qaçan bir kimsəni etdiklərindən ötəri axirətdə məsul tuta bilər.

Belə bir vəziyyətdə adamın yalnız özündən deyil, digər Müsəlmanları da birlik olub, gözəl əxlaqın bütün dünyaya yayılması, zülmlərin və qarışıqlığın sona çatması üçün səy göstərməyə çağırması, onları da təşviq edib hərəkətə keçirməsi lazımdır. Allah bu mövzunu “(Ya Rəsulum!) Allah yolunda vuruş (cihad et). Sən yalnız özünə cavabdehsən, lakin möminləri də (cihada) təşviq et! Ola bilsin ki, Allah kafirlərin gücünü qırmış (sizi kafirlərin qəzəbindən saxlamış) olsun. Allahın qəzəbi (qəhri) də, əzabı da çox şiddətlidir!” (Nisa Surəsi, 84) ayəsiylə insanlara bildirmişdir.
(məqalə harun yahya)