QURAN ƏXLAQINDA FƏDAKARLIĞIN ƏHƏMİYYƏTİ



Bir kimsənin imanının, Allaha olan bağlılığının, sevgisinin və qorxusunun dərəcəsini ancaq Allah belə bilər. Quranda bu həqiqət “Bilin ki, (kafirlər və münafiqlər) Allahdan gizlənmək (küfrlərini, ikiüzlülüklərini Peyğəmbərdən və möminlərdən gizlətmək) məqsədilə ikiqat olarlar (sinələrini bükərlər). Xəbərdar olun ki, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıqları və aşkar etdikləri hər şeyi (bütün gizli və aşkar əməllərini) bilir. Allah ürəklərdə olanları biləndir.” (Hud Surəsi, 5) ayəsiylə bildirmişdir. İnsanlar isə bir adamın imanı və Allah qorxusu haqqında ancaq xaricdən gördükləri bəzi əlamətlərə görə bir qənaətə çata bilərlər. Bu əlamətlərin nələr olduğunu da Allah Quran ayələriylə bildirmişdir. Quranda bildirilən ibadətləri əskiksiz olaraq yerinə yetirmək, Allahın çəkilməsini bildirdiyi rəftarlardan çəkinib, Onun razı olacağı əxlaqı, gücünün çatdığının ən çoxuyla yaşamağa çalışmaq, adamın ixlasının və təqvasının əhəmiyyətli göstəricilərindəndir.

Allah Quranın bir çox ayəsində, iman etdikləri söylədikləri halda ürəklərində həqiqi imanı yaşamayan səmimiyyətsiz insanlar haqqında məlumat vermişdir. Bu kəslər, müəyyən mövzularda möminlərin rəftarlarına bənzər davranışlarda ola bilərlər.

Quranda ifadə edilən bəzi ibadətləri edə bilər, Allahın çəkinilməsini bildirdiyi mövzuların bəzilərinə diqqət yetirərək möminlərə bənzər bir həyat tərzi sürə bilərlər. Ancaq bir də bəzi mömin xüsusiyyətləri vardır ki, bunlar bir insanın həqiqətən səmimi olaraq iman edib etmədiyini ortaya qoyar və bunların təqlidi olaraq yaşanması o qədər də mümkün deyil. Qəti bir dözümlə və heç bir şərt qoşmadan yaşanılan fədakarlıq bu əxlaq xüsusiyyətlərindən biridir. Bir çox mövzuda möminləri təqlid edəbilən, ancaq səmimi imanı gərəyi kimi yaşamayan bu insanlar, yalnız Allahın razılığını, sevgisini və axirəti hədəfləyərək fədakarlıqda olmaları lazım olduğunda buna güc çatdıra bilməzlər. Bəzən insanlara nümayiş edə bilmək, bəzən həqiqi əxlaq anlayışlarını gizləyə bilmək bəzən də müxtəlif mənfəətlər əldə edə bilmək üçün fədakarlıq görnüşündə müxtəlif cəhdlərdə ola bilərlər. Ancaq qarşılığında heç bir mənfəət əldə edə bilməyəcəklərindən əmin olduqlarında bu mövzudakı istəksizlikləri ciddi şəkildə diqqət çəkər. Xüsusilə də öz bucaqlarından bir mənfəət itkisi söz mövzusu olduğunda, maddi ya da mənəvi baxımdan bir zərərə çatacaqlarını düşündüklərində, yalnız imanın qazandıra bildiyi bu gücü özlərində tapa bilməməkdə və beləcə səmimiyyətsizlikləri ortaya çıxmaqdadır.

İman edənlər üçün isə, Allah üçün fədakarlıq göstərə biləcəkləri bir vəziyyətlə qarşılaşmaq, imanlarını və səmimiyyətlərini göstərə biləcəkləri çox qiymətli fürsətlərdir. Onlar, insanın nəfsiylə zidd düşən, çətinlik ya da çətinliyə girməsini, səbir göstərməsini, səy göstərib mənfəətlərindən güzəşt verməsini tələb edən mühitlərin, Allahın xüsusi olaraq yaratdığı hikmətli hadisələr olduğunu bilərlər. Dünya həyatının Allahın məmnuniyyətini qazana bilmələri üçün yaradılmış qısa və keçici bir imtahan mühiti olduğunun şüuruyla hərəkət edər, bu səbəblə əsl olaraq Allahın razılığını və axirət qazancını istəyərlər. Allah Quranda dünya həyatı ilə əlaqədar həqiqəti belə bildirməkdədir:

Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər! (Əgər bilsəydilər, axirəti dünyaya dəyişməzdilər). (Ənkəbut Surəsi, 64)

Allah istədiyi bəndənin ruzisi bol da edər, azaldar da. (Məkkəlilər) dünya həyatı (bol ruzi) ilə sevindilər. Halbuki dünya həyatı (neməti) axirət həyatı (neməti) ilə müqayisədə çox cüzi (əhəmiyyətsiz) bir şeydir (dünya neməti müvəqqəti, axirət neməti isə əbədidir). (Rad Surəsi, 26)

Sizə verilən hər hansı bir şey fani dünya malıdır. Allah yanında olan (axirət mükafatları) isə daha yaxşı və daha baqidir. O kəslər üçün ki, iman gətirib öz Rəbbinə təvəkkül edərlər; (Şura Surəsi, 36)

Allah dünya həyatında insanları müxtəlif hadisələrlə sınamaqdadır. Beləcə Allahın razılığnı, rəhmətini və cənnətini üstün tutanlarla nəfislərinə yenilənlər ortaya çıxmaqdadır. Bunu üçün “Hər nəfs ölümü dadıcıdır. Biz sizi, şərlə də, xeyrlə də sınayırıq və siz Bizə çevriləcəksiniz.” (Ənbiya Surəsi, 35) ayəsiylə bildirdiyi kimi, Allah insanı bəzən müxtəlif nemətlərlə, bəzən də müxtəlif çətinliklərlə sınamaqdadır. Allah Quranda dünya həyatının yaradılış məqsədini bu şəkildə xəbər verməkdədir:

Ərşi su üzərində ikən hansınızın daha gözəl əməl (itaət) sahibi olacağını sınayıb bilmək üçün göyləri və yeri altı gündə yaradan Odur. (Ya Peyğəmbərim!) Əgər desən ki: “Siz öləndən sonra, həqiqətən, dirildiləcəksiniz!”, kafir olanlar: “Bu, açıq-aşkar sehrdən (yalandan) başqa bir şey deyildir!” – deyə cavab verərlər. (Hud Surəsi, 7)

Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır. (Mülk Surəsi, 2)

Allahın yaratdığı bu imtahan mühitində məqbul olan, insanın gücünün çatdığı ən son nöqtəyə qədər səmimiyyətlə səy göstərməsi və Allahın razı olacağı əxlaqı yaşaya bilmək üçün hər cür fədakarlığı gözə almalıdır. Quranda əsl böyük fəzlin (lütf, fədakarlıq) “xeyrlərdə yarışıb önə keçmək” olduğu belə bildirilmişdir:

Sonra Kitabı bəndələrimizdən seçdiklərimizə (Muhəmməd ümmətinə) miras verdik. Onlardan kimisi özünə zülm edər (pis əməlləri yaxşı əməllərdən çox olar), kimisi mötədil (pis əməlləri ilə yaxşı əməlləri bərabər) olar, kimisi də Allahın izni ilə yaxşı işlərdə (başqalarını ötüb) irəli keçər (yaxşı əməlləri pis əməllərindən çox olar). Bu (Kitaba varis olmaq) böyük lütfdür! (Fatır Surəsi, 32)

(Ya Rəsulum!) Biz (Quranı) sənə haqq olaraq, özündən əvvəlki kitabı (bütün ilahi kitabları) təsdiq edən və onu qoruyan (və ya onların doğruluğuna şahid) olaraq endirdik. Sən onların arasında Allahın nazil etdiyi (Quran) ilə hökm et. Sənə gələn haqdan ayrılıb onların nəfslərinin istədiyinə uyma. Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istədiyi, sizi (eyni şəriətə tabe) vahid bir ümmət edərdi. Lakin bu (müxtəliflik) Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür. Elə isə yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın (bir-birinizlə yarışın). Hamınızın axır dönüşü Allahadır. (Allah) aranızda ixtilaf doğuran məsələlər barəsində sizə xəbər verəcəkdir! (Maidə Surəsi, 48)

Allahın razılığını qazana bilmək üçün xeyrlərdə yarışan bir insan, imtahan verərək qarşısına çıxan bütün hadisələrdə böyük bir şövq, iradə və fədakarlıq ruhu içərisində hərəkət edər. Bu səmimi və ixlaslı rəftar, iman edən adamın, bərabərində daha bir çox gözəl əxlaq xüsusiyyəti qazanmasını təmin edər. Fədakar olan bir insan eyni zamanda təvəkküllü, təslimiyyətli, cəsarətli, səbirli, mərhəmətli, köməksevər, xoşgörülü, incə düşüncəli və şükr edici bir əxlaqa sahib olar. Bu adam, dünya həyatından ya da nəfsinin istəklərindən yana bir ehtiras və ehtiras içərisində olmadığını, yalnız Allahın razılığını, rəhmətini və cənnətini hədəflədiyini açıqca ortaya qoymuşdur. Allaha dərin bir sevgi və hörmət dolu bir qorxu ilə bağlı olduğunu, bu sevgisindən ötəri öz mənfəətlərindən heç düşünmədən imtina edə bildiyini göstərmişdir.

Böyük İslam alimlərindən İmam Qazali, Allahın razılığı, sevgisi və sonsuz cənnəti yanında dünya həyatının nə qədər dəyərsiz qaldığını və Allahın razılığını seçən bir adamın nə qədər böyük mükafatlara layiq görüləcəyini belə bir örnəklə izah etmişdir:

Bir kimsənin çox qiymətli bir ləl-cəvahiratı olduğunu düşünək. Bunu yüklü bir əvəz qarşılığında satması mümkün ikən aparıb bir neçə qəpiyə satsa; bu davranış o adam üçün böyük bir zərər və böyük bir aldanma olmazmı? Eyni zamanda bu davranış əməyinin aşağılığına, görüşünün zəifliyinə və ağlının qıt olduğuna dəlalət etməzmi?

Bir qulun aləmlərin Rəbbindən alacağı razılıq, mükafat, tərif və savab ilə kifayətlənməyərək bunun yanında insanlardan əldə edəcəyi tərif və dünyalıqlar, milyonlarla hətta dünya və içindəkilərdən daha çoxuna nisbətlə bir qəpik qədər belə dəyər ifadə etməz. O halda, bu dəyərsiz dünyalıqlar qarşılığında Allah Təalanın Uca və qiymətli nemətlərini itirmək açıq-aşikar bir aldanış deyilmi?

Əgər bu dəyərsiz dünyalıqlar sənə mütləq lazımlı isə, sən yenə də axirətə yönəl; görəcəksən ki dünya da arxasından gələcəkdir. Sən yalnız Rəbbinin razılığını tələb et, o da iki dünyanın da sahibi olan Uca Şəxsdir.

Rəsulullah (s.ə.s.) də belə buyurur. “Şübhəsiz ki Allah Təala axirətə aid bir əməl qarşılığında dünyalıq verər; lakin dünyalıq bir əməl qarşılığında axirəti verməz!” (Suyuti, Münavi)

Elə isə əməlləri xalis niyyətlə sırf Allah rızası üçün edən və əməyini axirəti qazanamaq üçün sərf edən kimsə həm dünyasını və həm də axirətini xoş etmiş olar. Əgər dünyaya yönəlsə axirətini itirdiyi kimi, bəlkə də arzu etdiyi dünyalıqlara da nail ola bilməz. Nail olsa belə dünyalıqlar əlində baqi qalmaz. Sonunda həm dünyada həm də axirətdə hüsrana çatanlardan olar. 1
(məqalə harun yahya)