QADİR (İstədiyini istədiyi kimi etməyə gücü çatan)

Yer üzünü qupquru görməyin də Onun dəlillərindəndir. Biz yerin üzərinə su endirdikdə o, hərəkətə gəlib qabarır. Şübhəsiz ki, onu dirildən, ölüləri də hökmən dirildəcəkdir. Həqiqətən, O, hər şeyə qadirdir. (Fussilət Surəsi, 39)

Quranın bir çox ayəsində bildirildiyi kimi reallaşan hər hadisə Allahın elmi daxilindədir və Onun "Ol" deməsiylə yaranır. Yer üzündə hər bir yarpağın budaqdan qopub düşməyi Onun icazəsiylədir, yenə heç bir dişi Onun icazəsi olmadan hamilə qala bilməz və heç bir canlı Ondan xəbərsiz doğula bilməz. Kainatda reallaşan hər hadisə ancaq Onun diləməsiylə baş verir.

O, iman etməyən bir qövmün yerinə dərhal yenisini gətirməyə qadirdir. Dilədiyinə tayı-bərabəri olmayan bir mülk verər, dilədiyindən bütün mülkünü çəkib alar. İman etməyən qövmə, əzab heç gözləmədikləri bir anda və heç gözləmədikləri bir şəkildə gələr. Allah diləsə yer üzünün bütün bərəkətini çəkib alar, onu qurudar və üzərində həyata dair heç bir iz buraxmaz. Göylərdə və yerdə Allahı aciz buraxacaq heç bir qüvvət yoxdur. O, istədiyini istədiyi şəkildə etməyə gücü çatandır. Allahın sonsuz güc və qüdrəti ayələrdə belə bildirilir:

Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Onlar ki bunlardan daha qüvvətli idilər. Göylərdə və yerdə Allahdan qaçıb xilas ola biləcək heç bir şey yoxdur. Həqiqətən, O, Biləndir və (hər şeyə) Qadirdir. (Fatir Surəsi, 44)

And içirəm məşriqlərin və məğriblərin Rəbbinə! Biz doğrudan da, (elə bir) qüdrətə malikik ki, – (onları) daha yaxşıları ilə əvəz edə bilərik. (Bunda) qarşımıza çıxa bilən tapılmaz. (Məaric Surəsi, 40-41)
(məqalə harun yahya)