MUCİB (Özünə yalvaranların istəklərini verən, qarşılıq verən)

Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm... (Bəqərə Surəsi, 186)

Dua, Allah ilə qulu arasında xüsusi əlaqədir. Qul bütün çətinliklərini və istəklərini Allaha açır, Ona yalvarır, Allah qulunun istəyini eşidir və ona qarşılıq verir.

Allah insana şah damarından daha yaxın olan, hər şeyi bilən, eşidəndir. İnsanın içindən keçirdiyi bir düşüncə belə Allahdan gizli qalmaz. O halda səmimi olaraq Allahdan nəsə istəmək üçün insanın yalnız düşünməsi belə kifayətdir. Budur, Allahın razılığı bu qədər yaxındır.

Mömin dua etdiyi zaman Allahın özünü eşitdiyindən və duasına mütləq qarşılıq verəcəyindən əmindir. Çünki bütün hadisələrin ancaq Onun diləməsi ilə olduğunun fərqindədir. Allahın duaya verəcəyi qarşılığa şübhə ilə yaxınlaşmaq isə Allahın gücünü və qüdrətini təqdir edə bilməməkdir. Allah üçün hər hansı bir adamın çağırışına cavab vermək, duasına cavab vermək çox asandır.

Amma "duaya qarşılıq" bir şeyin eynilə reallaşması mənasını vermir. Allah bir ayədə bu mövzuyla əlaqədar olaraq belə xəbər verir:

İnsan (özünə) xeyir dilədiyi kimi, şər də diləyir. Doğrusu, insan tələsəndir. (İsra Surəsi, 11)

İnsan üçün nəyin şər, nəyin xeyir olduğunu isə ən yaxşı Allah bilir. Çünki hər şeyi təqdir edən Odur. Hər işində olduğu kimi dualara qarşılıq verməsində də bir çox hikmət gizlidir.

Bu gerçək Bəqərə Surəsində belə bir örnəklə xəbər verilir:

Sizin xoşunuza gəlməsə də, cihad sizə vacib edildi. Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz. (Bəqərə Surəsi, 216)

Gizli, açıq hər çağırışa daim qarşılıq verməsi Allahın şanından, Ucalığındandır. Allah dua mahiyyətində ağıldan keçən bir düşüncəni belə əsla qarşılıqsız buraxmaz, cavabsız qoymaz. Allahdan başqa duaları eşidən və onlara qarşılıq verən yoxdur. Allah Özündən başqa heç kimin duaya qarşılıq verə bilməyəcəyini, insanlara kömək edə bilməyəcəyini belə bildirmişdir:

Allahdan savayı çağırdıqlarınız da sizin kimi qullardır. Əgər doğru deyirsinizsə, çağırın onları, sizə cavab versinlər. (Əraf Surəsi, 194)
(məqalə harun yahya)