DARR (Zərər verən şeylər yaradan)

“Mən heç Ondan qeyri tanrılarmı qəbul edərəm?! Əgər Rəhman mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər” (Yasin Surəsi, 23)

Anidən gələn ölüm, gözlənilməyən xəstəlik, bütün məhsulları yox edən qasırğa, evləri yerlə bir edən zəlzələ, gələcək qorxusu, yol qəzası, stress, mal itkisi, qısqanclıq, qocalma...

Şübhəsiz bütün bunlar axirətin varlığından qafil olan və gerçək həyatlarının dünyadakı həyat olduğunu zənn edən insanlar üçün əzab, qorxu və ümidsizlik verən hadisələrdir. Əlbəttə, hər insan özünə və ya yaxınlarına zərər verən bu cür hadisələrdən biriylə və ya bunların bənzəriylə hər an qarşılaşa bilər.

Bu qarşılaşma böyük ehtimalla adamın heç gözləmədiyi bir anda reallaşar. Bir anda bütün bədəninə yayılan xərçəngə tutulduğunu öyrənə bilər, bir səhər bir yaxınının ölüm xəbəri gələ bilər, həyatı boyunca yığdığı pulunun oğurlandığını eşidə bilər və ya aynaya baxdığında heç gözləmədiyi şəkildə qocaldığını görər.

Yaxşı, insanlara qarşı bu qədər mərhəmətli olan Allahın, dünya həyatında belə hadisələr yaratmasının hikmətləri nələrdir?
Bunun ən əhəmiyyətli səbəblərindən biri Allahın insanı çətinlik və sıxıntıyla tərbiyələndirməsidir. Xəstəliyindən ötəri çətinliklə nəfəs alan insan qürurlanaraq digər insanları alçalda bilməz. Eyni zamanda yeriyə bilməzkən təkrar yeriyə bilən, bütün malını-mülkünü itirmişkən bunlara təkrar qovuşan bir insan, şübhəsiz bunların dəyərini çox daha yaxşı qavrayar. Beləliklə, həm çətinliyi, həm də asanlığı yaradaraq dünyada imtahan mühitini yaradan Allah, qarşılıqsız verdiyi nemətlərin daha yaxşı təqdir edilməsini təmin edər.

Ancaq burada əhəmiyyətli olan bir cəhət var. Əgər bu tərz hadisələrlə qarşılaşan adam imanlıdırsa və axirətin gerçək həyatı olacağını bilirsə, onsuz da qəmgin olmaz. Başına gələn hər cür çətinliyin Allahdan olduğunu bilər və bunlara səbr edər, o çətinliklərdən özünü qurtarmağa qadir olanın da yalnız Allah olduğunu bildiyi üçün Ona dua edər, Ondan kömək diləyər. Beləliklə, Allah Özünə inanan qullarını da öyrədər, yaxınlaşmalarını təmin edər və axirətdəki dərəcələrini yüksəldər.

Allaha və axirət gününə inanmayan insanlar üçün isə vəziyyət fərqlidir. Allah "Darr" sifətini əsl mənada cəhənnəmdə onlara göstərəcək. Şübhəsiz, dünyada kədərləndikləri hər şey cəhənnəmdə qarşılaşacaqları ilə müqayisə ediləndə çox yüngül qalar, çünki buradakıların hamısı müvəqqətidir.

Cəhənnəmdə isə insanların yanan dəriləri ağrını təkrar-təkrar hiss etsin deyə yeniləriylə dəyişdiriləcək. İnkar edənlərə boğazları parçalayan darı tikanı, bağırsaqları parçalayan qaynar sudan başqa heç nə verilməyəcək. Ölüm gələr, lakin ölüməzlər, ardından daha çətin əzabla qarşılaşarlar. Orada dəmirdən qamçılar, oddan yataqlar olacaq, inkarçı insan cəhənnəmin ən dar və qaranlıq yerinə atılacaq. Cəhənnəmdə sümükləri çatladan inildəmələr eşidiləcək.

İnkarçılar, cəhənnəm gözətçilərinə “Rəbbinizə söyləyin, bizi buradan çıxarsın” deyə yalvararlar. Əzabın yüngülləşdirilməsini istəyərlər. Allah onları cürbəcür əzaba uğradarkən bir tərəfdən də onlara cənnətdəkilərin necə bir bolluq və nemət içində olduqlarını seyr etdirər. Onlar özlərinə kömək edəcək heç kimi tapa bilməzlər və (Allahın diləməsi xaricində) sonsuza qədər də alçaldılmışlar olaraq onun içində buraxılarlar. Allah beləliklə, gerçək çətinliyi və əzabı inkar edənlərə cəhənnəmdə daddırar. Allah bir ayədə belə buyurur:

Həqiqətən, əgər onlardan: “Göyləri və yeri kim yaratmışdır?!” – deyə soruşsan, mütləq: “Allah!” – deyə cavab verəcəklər. De: “Elə isə bir söyləyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan qeyri ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi?! Yaxud: “Əgər Allah mənə bir mərhəmət əta etmək istəsə, onlar Onun mərhəmətinə mane ola bilərlərmi?!” De: “Mənə təkcə Allah kifayət edər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edərlər!” (Zumər Surəsi, 38)
(məqalə harun yahya)