DAFİĞ (Bəlaları def edən, çevirən)

Nəhayət, onlar Allahın izni ilə Calutu və qoşununu məğlub etdilər. Davud Calutu öldürdü. Allah Davuda həm hökmranlıq, həm də hikmət verdi və ona istədiyini öyrətdi. Əgər Allah insanların bir qismini, digər bir qismi ilə dəf etməsə idi, yer üzü fitnə-fəsada uğrayardı. Lakin Allah bütün aləmlərə qarşı lütfkardır. (Bəqərə Surəsi, 251)

Möminləri maddi-mənəvi hər cür təhlükədən qoruyan Allah, onlara kafirlərə, münafiqlərə, müşriklərə qarşı da böyük bir qüvvət, məğlub edilməz bir güc verər. İnkar edənlər hazırladıqları hiyləgər tələlərin, təşkil etdikləri sui-qəsd və hücumların hələ planlarını qurarkən, Allah onlar üçün bir nizam qurar. Beləliklə, vermək istədikləri zərəri möminlərdən dəf edərək tələlərini öz başlarına keçirər.

Digər tərəfdən Allah inkarçıları öz aralarında da ayrılığa salaraq, bir-birləriylə mübarizə etdirər və bu şəkildə gücdən salar. Yenə Müsəlmanlara kin saxlayanları onlardan uzaq saxlayar, öz canlarının dərdinə düşəcək bəlalar göndərər. Bu ilahi kömək Quranda belə bildirilmişdir:

O kəslər ki, haqsız yerə, ancaq “Rəbbimiz Allahdır” - dediklərinə görə yurdlarından çıxarıldılar. Əgər Allah insanların bir qismini digər qismi ilə dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan soməələr, kilsələr, məbədlər və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər…(Həcc Surəsi, 40)

Bununla yanaşı bir çox çətinliyi, xəstəliyi, vəsvəsəni, şeytanın şərini və bəlasını da möminlərin üzərindən def edən və daha bilmədikləri nə qədər müsibəti onlardan geri çevirən yalnız Allahdır. Şübhəsiz, bunların hər biri Allahın möminlərə gizli və açıq şəkildə göstərdiyi köməkləridir. O, qullarına qarşı çox şəfqətli, Özünə sığınanlara, Özündən kömək istəyənlərə qarşı da əsirgəyənlərin ən xeyirlisidir.
(məqalə harun yahya)