FƏTTAH (Çox yaxşı hökm verən, açan, hökm edən)

Əgər o məmləkətlərin əhalisi iman gətirib çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq. Lakin onlar yalançı hesab etdilər, Biz də onları qazandıqlarına görə məhv etdik. (Əraf Surəsi, 96)

Fəttah, Allahın açan sifətidir. Allah insanları çətinliklərlə sınayır, ancaq heç kimə qaldıra biləcəyindən çoxunu yükləmir. Allah, səmimi qullarına çətinlik verdiyi zaman ondan çıxış yolunu da açır; mütləq çətinliyin yanında bir asanlıq da göstərər. Necə ki, Quranda Peyğəmbərimiz (səv)-in qarşılaşdığı çətinliklər nümunə verilərək bunların asanlıqla birlikdə verildiyi belə bildirilmişdir:

Məgər Biz sənin köksünü açıb genişlətmədikmi?! Ağır yükünü səndən götürmədikmi?! (Elə bir yük ki) sənin belini bükürdü. Sənin ad-sanını ucaltmadıqmı?! Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (İnşirah Surəsi, 1-6)

Quranda Allahın iman edənlərə verdiyi asanlıqlara daha bir çox nümunə verilmişdir. Hz. Musa da Allahın müxtəlif çətinliklərlə sınadığı elçilərdən biridir. Ancaq Allah Hz. Musanı köməyiylə dəstəkləmiş və işlərini asanlaşdırmışdır.

Hz. Musa Firona təbliğ etməyə gedərkən qardaşı Harunu özünə köməkçi etməsini Allahdan istəmiş, Allah da onun duasını qəbul edərək Hz. Harunu ona köməkçi etmişdir.

Quranda bir çox başqa hadisələrdə də göstərildiyi kimi Allah möminlərə həmişə kömək edib. Onların başına gələn və aşılması qeyri-mümkün kimi görünən çətinlikləri açıb qaldırıb. Ancaq bu vəziyyət inkarçılar üçün etibarlı deyil. Allah, onların ürəklərini daraldır, sıxır və bütün nemətlərin qapısını bağlayır. Rəbbimizin diləməsi ilə bağlanan bu qapıları sonsuza qədər aça biləcək heç bir güc yoxdur.

Allah inkarçılar üçün nemət qapılarını bağladığı kimi onların üzərinə əzab qapısı açar. İnkarçılara verilən bu əzab bir ayədə belə bildirilir:

Nəhayət, onların üzünə bir əzab qapısı açdığımız zaman dərhal ümidsizliyə qapıldılar. (Muminun Surəsi, 77)
(məqalə harun yahya)