ŞƏKUR (Öz razılığı üçün edilən yaxşı işlərə daha gözəliylə q
ŞƏKUR (Öz razılığı üçün edilən yaxşı işlərə daha gözəliylə qarşılıq verən)
Əgər Allaha gözəl bir borc versəniz (malınızı Onun yolunda xərcləsəniz), O bunu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah şükürün əvəzini verəndir, Həlimdir.(Təğabun Surəsi, 17)
Şübhəsiz, Allah yer üzündə insanlara saysız nemət vermiş və bunların qarşılığında da yalnız şükr etmələrini əmr etmişdir. Allah İbrahim Surəsinin 7-ci ayəsində şükrün əhəmiyyətinə belə diqqət çəkir: O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”.
Əlbəttə, Allahdan gələn bütün nemətlərə əvəz olaraq şükr etməyən insanın mükafatı axirətdə əskiksiz veriləcək. Bu, Allahın sonsuz ədalətinin təcəllisidir. Ancaq Allah qullarına qarşı çox şəfqətli və mərhəmətlidir. Allah başqa bir ayəsində belə hökm etmişdir:
Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər (qulun gördüyü iş) yaxşı əməl olarsa, (Allah) bunu artırar və Öz tərəfindən böyük mükafat verər. (Nisa Surəsi, 40)
Yuxarıdakı ayədə də göründüyü kimi Allah nankorluq edəni əzabla cəzalandıracaq, ancaq yaxşılıq edənlərin əcrini də qat-qat artıracaq. Kim Allah üçün xeyir iş görsə hesab günündə daha gözəliylə qarşılığını alacaq. Kim Allah üçün savab iş görsə hesab günündə daha yaxşısıyla qarşılaşacaq.
İman gətirib yaxşı işlər görən qullarına Allahın müjdə verdiyi (nemət) budur. De: “Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükrün əvəzini verəndir.(Şura Surəsi, 23)
(Allah) onlara mükafatlarını tam olaraq versin, üstəlik də onlara Öz lütfünü artırsın. Həqiqətən, O, Bağışlayandır, şükürün əvəzini verəndir. (Fatir Surəsi, 30)
Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun! Həqiqətən, Rəbbimiz Bağışlayandır, şükürün əvəzini verəndir.(Fatir Surəsi, 34)
(məqalə harun yahya)
Yer imleri