HAFİD (Yuxarıdan aşağıya endirən, alçaldan)

O alçaldacaq, ucaldacaqdır. (Vaqiə Surəsi, 3)

Hər insan müəyyən bir zəka səviyyəsi, görmə, düşünmə və düşündüklərindən nəticə çıxarma qabiliyyətinə malikdir. Məsələn: insane öz bədəninin quruluşundakı qüsursuzluğa baxdıqda detallı bir dizayn görür. Bu dizaynın detallarındakı ağıl əlamətlərini düşündükdə, bütün bunları planlayan, hazırlayan və var edənin olduğunu dərk edə bilər.

Ancaq, şübhəsiz, bu sayılanlar sahib olduqları qabiliyyətləri istifadə edən insanlar üçün etibarlıdır. Bir də qarşılaşdıqları hadisələr üzərində heç düşünməyən insanlar vardır ki, bunlar yer üzündəki insanların əksəriyyətini təşkil edirlər. Daha əvvəl də ifadə etdiyimiz kimi bu insanlar dünyaya gəlir, böyüyür, hər kəs kimi normal bir həyat keçirir və ölürlər. Halbuki, Allah Quranda düşünüb nəticə çıxaranları tərifləmiş, digərlərini isə alçaldacağını bildirmişdir. Ayələrdə belə buyrulur:

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür (və deyirlər “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! Ey Rəbbimiz! Sən Oda saldığın kəsi rüsvay edərsən. Zalımların köməkçiləri olmaz. (Ali-İmran Surəsi, 191-192)

Düşünüb nəticə çıxaranlar Allahın ucaltdığı insanlardır. Bu insanlar Allaha qul olmaq üçün əmrləri tam olaraq yerinə yetirir və bu xüsusiyyətləriylə digərlərindən tamamilə fərqlənirlər. Digər qrup (düşünməyən insanlar) isə insani qabiliyyətlərə sahib olmalarına baxmayaraq bunları istifadə etmir və sadə həyat yaşayırlar. Heyvan kimi fiziki ehtiyaclarını təmin edəcəkləri həyatı seçirlər. Bu insanlar da Allahın yaratdığı, ancaq vicdanlarını istifadə etmədikləri, düşünmədikləri və adi ömürü seçdikləri üçün alçaltdığı şəxslərdir. Bu şəxslərlə əlaqədar Quranda belə bir nümunə verilir:

Kafirlərin məsəli çığırtı və bağırtıdan başqa bir şey anlamayanları (heyvanları) haylayanın (çobanın) məsəlinə bənzəyir. Onlar kar, lal və kordurlar, (haqqı) anlamazlar. (Bəqərə Surəsi, 171)
(məqalə harun yahya)