MÖVLA (Dost, sahib, möminlərin dostu olan, onlara xeyr yolları açan və onları müvəffəq edən)

Xeyr, sizin mövlanız Allahdır. O, kömək edənlərin ən xeyirlisidir. (Ali-İmran Surəsi, 150)

Mömin hər kəsin və hər şeyin yaranmasını Allaha borclu olduğunu bilir. Özü də daxil olmaqla bütün varlıqları Allah yaradır və dilədiyi anda yox edib ortadan qaldıra bilər. Çünki var olan hər şeyin gerçək sahibi Allahdır. Buna görə də möminin yeganə dostu Allahdır. Onu vəkil etdiyi üçün həyatı boyu hər cür çətinlik və kədərdən də uzaqdır. Hər şeydən əvvəl Rəbbimizin -ən böyük dostunun- köməyi və dəstəyi onunladır. Allah da vəlisi olduğu qulunun üzərinə "güvən duyğusu və dinclik" (Tövbə Surəsi, 26) endirmişdir.

Möminin bu dincliyi hər namazda, hər saleh əməldə, Allah rizası üçün etdiyi kiçik-böyük hər işdə Rəbbimizin özünü gördüyünü və bunların qarşılığını qat-qat çox verəcəyini bilməsindən doğur. Yenə Allahın özünü görünməyən ordularla və mələklərlə dəstəklədiyini, "qarşısından və arxasından izləyənləri" olduğunu və bunların "Allahın əmriylə onu qoruduğunu" (Rəd Surəsi, 11),

Onun yolunda edilən mübarizədə qalib gələnlərin, cənnətlə müjdələnənlərin həmişə möminlər olduğunu bilməsindən qaynaqlanan güvən duyğusudur. İman edən insan mövlamız olan Allahın heç kimi gücü çatdığından çox yükləməyəcəyini də bilir.

Qədərə və hər işi idarə edənin Allah olduğuna dəqiq şəkildə iman edir və beləliklə də tək Allaha təvəkkül edir. Möminlərin yaşadıqları bu ruh halına Quranda bu ifadəylə diqqət çəkilmişdir:

De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Mövlamızdır. Qoy möminlər Allaha təvəkkül etsinlər!” (Tövbə Surəsi, 51)

Şübhəsiz, Allahın dostluğu insanların dostluğuna bənzəməz. O kimi dost etmişsə, həmin adamı dünyada və axirətdə ən üstün nemətə qovuşdurmuşdur. Hər şeyi yaradan Rəbbimizin yaratdığını dost etməsi isə çox böyük lütfdür. Ayələrdə belə buyrulur:
Allah yolunda lazımınca cihad edin. O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı. Peyğəmbər sizə, siz də insanlara şahid olasınız deyə, Allah həm əvvəl (nazil etdiyi kitablarda), həm də bu (Kitabda) sizi müsəlman adlandırdı. Elə isə namaz qılın, zəkat verin və Allaha möhkəm sarılın. O sizin Mövlanızdır. O nə gözəl Mövla, nə gözəl Yardımçıdır! (Həcc Surəsi, 78)

"... Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Mövlamızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!” (Bəqərə Surəsi, 286)

Sonra onlar Allaha – özlərinin həqiqi Himayədarına qaytarılacaqlar. Hökm yalnız Ona məxsusdur və O, ən tez haqq-hesab çəkəndir. (Ənam Surəsi, 62)

Əgər onlar üz döndərsələr, bilin ki, Allah sizin Mövlanızdır. O, nə gözəl Mövla, nə gözəl Yardımçıdır! (Ənfal Surəsi, 40)
(məqalə harun yahya)