SAMƏD (Ehtiyacların qarşılığın verən, iztirabları aradan qaldıran)

Allah, Saməddir (hər şey Ona möhtacdır; daimdir, heç bir şeyə ehtiyacı olmayandır). (İxlas Surəsi, 2)

Bütün kainatda gerçək güc sahibi olan yalnız Allahdır. İnsanın qarşılaşdığı hər cür çətinliyi, ehtiyacı qarşılamağa qadir olan da ancaq Odur.

İnsanlar bəzən özlərini yaradan Rəbbimizi unudub Ondan başqa vəlilər əldə edir, gücü, qüdrəti və köməyi onların yanında tapmağa çalışırlar. Halbuki bu insanlar aldanırlar, çünki yuxarıda da ifadə etdiyimiz kimi Allahdan başqa güc sahibi yoxdur. Allah diləmədikcə heç kimin bir başqasına faydası və ya zərəri toxuna bilməz. Quranda bu gerçəyə belə diqqət çəkilmişdir:

Möminləri qoyub kafirləri (özlərinə) dost tutanlar gücü və əzəməti onlardamı axtarırlar? Halbuki qüvvət və əzəmət tamamilə Allaha məxsusdur. (Nisa Surəsi, 139)

İnsan üçün hər cür çətinlikdən xilas olmağın yeganə yolu 'bütün güc və qüvvətin sahibi' olan Allaha sığınmaqdır. Çünki Rəbbimiz çətinlik və ehtiyac içində olub Özünə yönələn səmimi qullarından razı olur və onların üzərindəki çətinlikləri, sıxıntıları qaldırır.

Nəml Surəsində Allahın saleh qullarına köməyi belə xəbər verilmişdir:

Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz? (Nəml Surəsi, 62)

Yuxarıdakı ayədə insanların Allahın köməyinə qarşılıq nankorluq etdikləri, üzərlərində Allahın şəfqət və mərhəmətini görə bilmədikləri və ya unutduqları da bildirilmişdir. Halbuki Allah, "De ki: "Ondan və bütün sıxıntılardan sizi Allah xilas edir..." (Ənam Surəsi, 64) ayəsiylə xəbər verildiyi kimi hər cür çətinlikdən insanı qurtaran tək məbuddur. Bunun qarşılığında insanın vəzifəsi isə bu razılığı görmək, gördüyünün əhəmiyyətini düşünmək və bu düşüncələrin sonunda Allaha təslim olaraq şükr edən qul olmaqdır.
(məqalə harun yahya)