MƏLİK (Bütün kainatın sahibi və mütləq surətdə hökmdarı)

De ki: İnsanların Rəbbinə sığınaram. İnsanların malikinə, insanların (gerçək) ilahına; (Nas Surəsi, 1-3)

Allahın 'Məlik' sifəti Onun var olan hər şeyin sahibi olduğu mənasını verir. Bizim gördüyümüz və görə bilmədiyimiz varlıqların hər birinin yaşadığı aləmlərin Yaradıcısı və tək sahibi Allahdır. Yaşadığımız kainatın əzəli və əbədi hökmdarı da Odur. Bütün ulduzlar, insanlar, heyvanlar və bitkilər, görə bilmədiyimiz aləmlərdə yaşayan cinlər, şeytanlar, mələklər və daha bilmədiyimiz bir çox varlıq Allahın əmrinə tabedir. Aləmlərin mülkünü əlində saxlayan və buralarda hökm sürən fövqəladə nizamın həyat tapmasını təmin edən yalnız aləmlərin Rəbbi olan Allahdır.

Sonsuz qüdrət sahibi olan Yaradıcımıza tabe olduğunu bilən insanın özünü başıboş görməsi mümkün deyil. Allah hər şeydən xəbərdar, hər şeyə güc çatdıran, hər şeyi görən və eşidəndir. Bunu bilən insan özünü Yaradana qarşı məsul olduğunu da bilməlidir. Necə ki, möminlərin içində olduqları bu nizamın bir sahibinin olduğunu bilmələri, onları təbii olaraq etdikləri hər işdə hər şeyə və hər kəsə hakim olan, hər dilədiyini yerinə yetirən Allaha yönəldir. Bu mövzu ilə əlaqədar olaraq Quranda xəbər verilən ayələrdən bir neçəsi belədir:

Haqq Hökmdar olan Allah ucadır! Onun (ayələrinin) vəhyi sənə tamamlanmayınca Quranı oxumağa tələsmə və: “Ey Rəbbim! Elmimi artır!”– de. (Taha Surəsi, 114)

Haqq Hökmdar Allah (hər şeydən) ucadır! Ondan başqa heç bir ilah yoxdur. O, şanlı Ərşin Rəbbidir. (Muminun Surəsi, 116)

O, Özündən başqa heç bir məbud olmayan, Hökmran, Müqəddəs, Pak, (haqqı) təsdiq edən, (hər şeyi) müşahidə edən, Qüdrətli, Qadir, Məğrur Allahdır. Allah onların Ona şərik qoşduqlarından ucadır. (Həşr Surəsi, 23)
(məqalə harun yahya)