Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Qurana görƏ ideal müsƏlman qadın xarakteri necƏ olmalıdır?

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jul 2011
    Mesajlar
    1.499

    Qurana görƏ ideal müsƏlman qadın xarakteri necƏ olmalıdır?

    QURANA GÖRƏ İDEAL MÜSƏLMAN QADIN XARAKTERİ NECƏ OLMALIDIR?



    İmanlı qadının necə xeyirli olmasına Allah Quranın " Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin. Əlbəttə, iman gətirmiş bir kəniz, sizi heyran edən müşrik bir qadından daha xeyirlidir. Müşrik kişilər iman gətirməyincə (mömin qadınları) onlara ərə verməyin. Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir. Onlar Oda çağırırlar. Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa dəvət edir. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar." (Bəqərə Surəsi, 221) ayəsiylə diqqət çəkir. İnsanın şəxsiyyətini gözəlləşdirib üstünləşdirən, xarakterini sağlamlaşdıran, əxlaqını gözəlləşdirən, davranışlarını təsirli edən o adamın imanı, Allah qorxusu və təqvasıdır. İnsanın sahib olduğu bütün xüsusiyyətlərə məna qazandıran, imanıdır. Bu Allahın, Quran ilə bildirdiyi əhəmiyyətli bir sirr, insanların diqqətlə düşünüb öyüd almalarını tələb edən əhəmiyyətli məlumatdır.

    Quran əxlaqı, bütün insanlara olduğu kimi, qadınlara da ən güclü, ən möhkəm və ən gözəl şəxsiyyəti qazandırır. Allahın, "... Doğrusu, Biz onlara şan və şərəfli Zikr gətirdik..." (Mu'minun Surəsi, 71) ayəsiylə bildirdiyi kimi, Quran əxlaqı insanlara 'şan və şərəf' qazandırır. Bu səbəbdən bu əxlaqı yaşayan qadın, hörmət ediləcək, şərəfli və təmkinli xarakterə sahib olar.

    Əvvəlki hissələrdə diqqət çəkildiyi kimi, Allah Quranda qadın və kişi üçün ayrı xarakterlər bildirməmiş, bütün insanları Müsəlman xarakterinə tabe olmağa çağırmışdır. Müsəlman, Allahdan qorxan, hər işində Allahın razılığını axtaran, dünya həyatının müvəqqəti, ölümün isə yaxın olduğunu bilib, axirəti hədəfləyən insandır. Qadın və ya kişi olsun, bütün Müsəlmanlar Quran əxlaqını ən gözəl şəkildə yaşamağa cəhd göstərirlər. Bu əxlaqı yaşayan qadınlar isə, cahil cəmiyyətlərdə qadın və ya kişi xarakterində olan bütün zəifliklərdən, komplekslərdən və davranış pozğunluqlarından xilas olmuş, bunların yerinə imanın gətirdiyi güclü bir xarakterə sahib olmuşlar. İman sahibi insanlar, yaşadıqları cəmiyyətdən, ailələrindən ya da dostlarından aldıqları təlqinlər hər nə olursa olsun, bunları bir kənara buraxar və Quranda ifadə edilən Müsəlman xarakterini yaşayarlar. Mömin qadın da xarakterini Allahın bəyəndiyi və məmnun olacağı əxlaqı nümunə götürərək, Qurana görə təyin edər.

    Hz. Məryəm, bu şəxsiyyəti yaşayan qadınların ən gözəl nümunələrindəndir. Əvvəlki hissələrdə daha ətraflı olaraq toxunulduğu kimi, Hz. Məryəm cahiliyyə əxlaqını yaşayan cəmiyyət içərisində çox çətin imtahanla qarşı-qarşıya qaldığı və bütün bunlara tək başına etiraz etmək məcburiyyətində olduğu halda, çox güclü və iradəli xarakter göstərmişdir. İslam əxlaqının, Allaha könüldən iman etməyin dərin təvəkkül və təslimiyyətin özünə verdiyi güc ilə hər işində daim qalib gəlmişdir. Qarşılaşdığı bütün çətinliklərə baxmayaraq qürurlu və təmkininli davranmış, bu xüsusiyyətləriylə insanlara nümunə olmuşdur.

    İman edən bütün qadınlar Hz. Məryəmin bu gözəl əxlaqını və üstün şəxsiyyətini özlərinə nümunə götürməli və Quranda bildirilən ideal Müsəlman xarakterinə yiyələnmək üçün səmimi olaraq səy göstərməlidirlər.

    Qarşıdakı sətirlərdə Allahın Quranda bildirdiyi 'ideal Müsəlman qadın xarakterinin ən fundamental xüsusiyyətlərinə toxunaraq, bu xarakterin cahil inancların şəkilləndirdiyi qadın xarakterindən nə qədər fərqli və güclü bir şəxsiyyətə sahib olduğunu bildirəcəyik.
    (məqalə harun yahya)

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.