QISA MÜDDƏTLİ VƏ MÜVƏQQƏTİ SEVGİLƏR



Qurana əsaslanmayan sevgilər qısa müddətdə bitir. Tərəflərdən biri qarşısındakından ümid etdiyi mənfəətləri əldə edə bilməyəcəyini gördüyündə əvvəl duyduğu həyəcan dərhal bezginliyə çevrilir. Eyni şəkildə, bir acizliyini gördüyündə, ya da bir xəstəliyinə şahid olduğunda o adam onun üçün artıq dözülən bir insana çevrilir. Xüsusilə də, bu adamın görünüşündə bir dəyişiklik olsa, məsələn, bir qəza nəticəsində üzündə izlər qalsa, bu, o insan üçün sevginin sonu deməkdir. Buna bir çox insan ətrafında baş verən hadisələrdə və ya mətbuatda izləyə biləcəyi xəbərlərdə rast gələ bilər. Çox yaxşı olan bir evlilik kimi göstərilən əlaqələrin bitmə səbəbləri xəstəlik, acizlik və ya iflasdır. Yoldaşı çox gözəl və ya zəngin olsa da, onun xəstəliklə əlaqədar acizliyini gördüyü üçün aralarındakı sevginin bitdiyini söyləyən və bu səbəblə bir-birlərindən ayrılan bir çox cütlük vardır.

Eyni şəkildə, zəngin və varlı günlərində çox yaxşı razılaşdıqlarını düşünən bəzi insanlar mal varlıqlarını itirdikləri zaman özlərinə göstərilən sevgi və yaxınlığın da bir anda sona çatdığını görürlər.

Halbuki həqiqi sevgi gün keçdikcə artar, əsla azalmaz. Qarşısındakı adama əxlaqı üçün dəyər verən bir insan bu əxlaqın incəliklərini gördükcə ona olan sevgisini daha da artırar. Bu insanın bir qəza nəticəsində şikəst qalması, bütün sərvətini itirməsi, bədənini yaraların örtməsi və ya buna bənzər bir çətinliyə düşməsi sevgisinə heç bir şəkildə təsir etməz. Hətta bu çətinliklər qarşı tərəfin təvazökarlığını artıra biləcəyi və o adamı daha gözəl əxlaqlı bir insan edəcəyi üçün sevgisi daha da güclənə bilər. Bu cür hadisələrin sevgiyə təsir etməməsinin səbəbi həmin adamın duyduğu həqiqi sevginin Quran əxlaqına əsaslanmasıdır. Bir insanın Allahdan qorxub-çəkinməsi, hər an Onun razılığını axtarması və Quran əxlaqını ən gözəl şəkildə yaşaması sevgini meydana gətirən əsl səbəblərdir. Bu səbəblə Quran əxlaqını yaşayan insanlar arasındakı sevgi bu cür hadisələrdən heç bir şəkildə təsirlənməz, hətta daha da güclənərək artar.

... Siz puç dünya malını istəyirsiniz, Allah isə axirəti qazanmağınızı istəyir. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Ənfal Surəsi, 67)
(məqalə harun yahya)