FƏDAKAR OLMAQ



Allaha və axirətə inanmayan bəzi insanlar dünya həyatını bir mübarizə yeri hesab edirlər. Belə insanların fikrinə görə, insan həyatda qala bilmək üçün mübarizə aparmalı və bu mübarizədə güclülər gücsüz olanları əzərək həyatlarına davam etməlidirlər.

Tamamilə azğın bir inancın məhsulu olan bu dünyagörüş insanların gözəl əxlaqdan tamamilə uzaqlaşmasına və yalnız öz mənfəətlərini qorumasına əsaslanan pis əxlaqı inkişaf etdirmələrinə səbəb olur. Bu dünyagörüşünün hakim olduğu cəmiyyətdə çətin vəziyyətə düşən zəif insana kömək etmək, başqası üçün fədakarca davranmaq və ya başqasının sağlamlığını, xoşbəxtliyini, rahatlığını özününkündən əvvəldə tutmaq kimi gözəl əxlaq xüsusiyyətləri lazımsız görürlür. Bu səbəbdən, hər hansı bir qarşılıq əldə edilmədiyi müddətdə heç kim bir-biri üçün fədakarlıq etmir.

Din əxlaqının yaşanmadığı cəmiyyətlərdə insanlar arasında bu dünyagörüşə daha çox rast gəlinir. Belə anlayışa sahib olan insanların isə bir-birlərinə həqiqi mənada sevgi duyması o qədər də mümkün olmur. Çünki insan öz rahatlığını hər kəsdən daha öndə görən eqoist bir adama qarşı ürəyində həqiqi və səmimi sevgi duya bilməz. Qarşısındakı insanda bir hadisədə belə eqoizmə rast gəlinməsi ona qarşı duyulan sevgiyə mənfi təsir edir. Məsələn, insanın yalnız öz rahatlığını düşünməsi, gözəl yeməyi, rahat yatağı özü üçün saxlayıb, ətrafındakıları düşünməməsi o adama qarşı duyulan sevgini zədələyir. Cahiliyyə cəmiyyətində insanlar bir-birlərinin bu tərz pis xüsusiyyətlərinə tez-tez şahid olurlar və bu da qəlblərində o adama qarşı mənfi dünyagörüşün meydana gəlməsinə səbəb olur.

Cahiliyyə əxlaqını yaşayan bəzi insanlar ən yaxın dostlarına belə fədakarlıq edəcək hər hansı bir iş təklifi edə bilməzlər. Məsələn, uşağı xəstələnən bir nəfər iş yoldaşlarından özünün yerinə onun işlərini idarə etmələrini istəyə bilməz. Ana və ya ataya kömək etmək belə bəzən uşaqlar arasında problem olur, hətta buna görə aralarında küskünlük də baş verir. Halbuki soruşulduğunda hər kəs ana-atasını çox sevdiyini söyləyir. Amma fədakarlıq lazım olduqda əgər ciddi mənfəətləri yoxdursa, bəzi insanlar bundan qaçınırlar. Halbuki həqiqətən sevən insan sevdiyi şəxs üçün hər cür fədakarlığı nəzərə alır və bundan ötrü heç zaman şikayətlənmir, bezginlik duymur.

Möminlərin bir-birlərinə olan sevgi və düşkünlüklərinin ən nəzərə çarpan xüsusiyyətlərindən biri bir-birləri üçün sevə-sevə fədakarlıq etmələri, bir-birlərinin ehtiyaclarını öz nəfslərindən üstün tutmalarıdır. Allahın Quranda bu mövzuda verdiyi nümunələrdən biri Məkkədən Mədinəyə hicrət edən möminləri yerbəyer edən Mədinəli möminlərdir.

Quranda möminlərin bu gözəl əxlaqları belə bildirilmişdir:

Onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və iman gətirirmiş kimsələr öz yanlarına Mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar.

Nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə qovuşanlardır! (Həşr Surəsi, 9)

Ayədə həm Məkkəli, həm də Mədinəli möminlərin gözəl əxlaqlarından danışılır. Məkkəli möminlər mallarını, qohumlarını, əşyalarını, evlərini, bağ-bağçalarını, işlərini geridə buraxaraq Allahın dinini yaşamaq üçün yurdlarından çıxmış, Mədinəyə hicrət etmişlər. Allahın razılığını qazana bilmək üçün sahib olduqları hər şeyi geridə buraxmağı nəzərə almışlar. Bu, çox üstün bir əxlaqın və onların Allahı vəkil etmiş etibarlı insanlar olduqlarının bir göstəricisidir. Bu gözəl əxlaqları digər möminlərin onlara dərin sevgi, hörmət və mərhəmət duymalarına səbəb olmuşdur.

Sevdiyiniz şeylərdən sərf etməyincə savaba çatmazsınız. Şübhəsiz ki, Allah xərclədiyiniz hər bir şeyi biləndir! (Ali-İmran Surəsi, 92)

O müttəqilər ki, bolluqda da, qıtlıqda da xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər. (Al-i İmran Surəsi, 134)

Belə ki, Mədinəli möminlər bu etibarlı və sadiq mömin qardaşlarını ən gözəl şəkildə qarşılamış və ən gözəl şəkildə yerləşdirmişdilər. Öz ehtiyaclarını nəzərə almadan mömin qardaşlarına ikram etmiş, ən gözəl yeməklərini və geyimlərini onlar üçün ayırmışlar, onlara ən rahat sığınacaqları təqdim etmişlər. Bu fədakarlıqları isə Allaha və möminlərə olan güclü və səmimi sevgilərindən qaynaqlanmışdır. Bu gözəl əxlaqları onlara qarşı da sevgi duyulmasına səbəb olmuşdur. Allah onları Quranda sevgi və təriflə anmış, 1400 ildir Quranı oxuyan hər Müsəlmanın ürəyində onlar üçün bir sevgi yaratmışdır.

Möminlərin fədakarlıqlarının bir başqa nümunəsini Allah Quranda bu ayələri ilə bildirir:

Onlar öz iştahaları çəkdiyi halda yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən nə bir mükafat, nə də bir təşəkkür istəyirik. Həqiqətən, biz Rəbbimizdən, çox sərt, çətin gündən qorxuruq!” (İnsan Surəsi, 8-10)

Özü ehtiyac içində olduğu halda, yoxsula yeməyini təklif edən kimsəyə qarşı insanların ürəyində təbii olaraq sevgi və hörmət hissi meydana gəlir. Bu vəziyyəti belə bir misalla açıqlayaq: çox yorğun və aç olduğunuzu və yanınızda sizinlə eyni vəziyyətdə olan iki adamın da olduğunu düşünək. Önünüzdə isə yalnız bir adama çatacaq qədər yemək və yalnız bir adamın yatacağı yataq olsun. Yanınızdakılardan biri sizə ehtiyacınız olub-olmadığını belə soruşmadan böyük həvəslə yeməyi özü yeməyə başlasın və yataqda da özü yatmaq üçün israr etsin. Digəri isə aç olduğu halda önündəki yeməyi sizə təklif etsin və yataqda sizin yatmanız üçün israr etsin. Belə bir vəziyyətdə eqoist davranan adama qarşı daxilən bir soyuqluq, fədakar olana qarşı da sevgi meydana gəldiyini hiss edərsiniz. Allah insan ruhunu gözəl əxlaqdan xoşlanacaq, belə insanlara qarşı sevgi və məhəbbət duyulacaq şəkildə yaratmışdır.
(məqalə harun yahya)