CAHİLİYYƏ CƏMİYYƏTİNDƏ EVDAR QADIN ŞƏXSİYYƏTİ



Tərbiyə tərzinə, yaşadıqları mühitə, əxlaq xüsusiyyətlərinə və sahib olduqları imkanlara baxmayaraq, cahiliyyədəki evdar qadınların şəxsiyyət formalarını bir başlıqda qruplaşdırmaq mümkündür.

Cahiliyyə qadınları cəmiyyətin özlərinə təlqin etdiyi xarakterin təsiri altındadırlar. Uşaqlıqdan etibarən bəlkə də minlərlə evdar qadın görmüş və onların bütün davranışlarını və hərəkətlərini istər istəməz şüuraltında mühafizə etmişlər. Özləri eyni şərtlərlə qarşı-qarşıya qaldıqlarında isə, bu təcrübələrini fərqində olmadan həyata keçirir və şəxsiyyətlərini formalaşdırmasına icazə verirlər.

Bu səbəblə də cahiliyyədəki evdar qadın xarakterlərinin böyük əksəriyyəti ortaq xüsusuyyətə malik olur. Hamısı da əvvəlki müşahidələrini və təcrübələrini həyatlarına keçirirlər. Hətta universitetdə oxuyan, çoxlu dostu olan və klassik gənc qız xarakterinə malik bir adam belə evləndiyi gündən etibarən tam fərqli xarakterə yiyələnə bilir. Belə ki, əvvəllər son dərəcə aktiv, gəzməyi sevən biri ikən birdən-birə "evinin qadını" olmağı seçərək, köhnə dostlarının tanıya bilməyəcəyi şəxsiyyətə çevrilir.

Onlara bu şəxsiyyəti qazandıran əsas faktor isə cahiliyyənin evlilik sistemindəki yalnışlardır.. Qarşıdakı sətirlərdə ətraflı olaraq araşdıracağımız bu şəxsiyyətin formalaşmasında, yaşanılan evliliyin "cahiliyyə evliliyi" və qarşı tərəfin də yenə cahiliyyə cəmiyyətinin mənsubu olmasının böyük təsiri vardır.

Bütün bunların təsiriylə, ortaya cahiliyyə sisteminin bütün yalnışlarını üzərində toplayan bir şəxsiyyət çıxır. Ancaq bunu da əlavə etmək lazımdır ki, cahiliyyə cəmiyyəti bu yalnışları yadırğamır və bunları mənfi xüsusiyyətlər olaraq qiymətləndirmir. Əksinə bunların bir çoxunun məqbul davranışlar olduğunu düşünər. Çünki bu kəslərə bu xarakterləri onsuz da içində olduqları cəmiyyət təyin etmişdir və öz uyğun hesab etdikləri modeli bəyənmələri və bunda heç bir yaln ışlıq görməmələri də çox təbiidir.
(məqalə harun yahya)