Mükəmməl Yaradılış



Ətrafımızda və yaşadığımız kainatda yaradılış gerçəyinə aid saysız-hesabsız dəlillər vardır. Bir ağcaqanaddakı heyranedici sistem, bir tovuzquşunun qanadlarındakı möhtəşəm sənət, göz kimi mürəkkəb və mükəmməl orqan və daha milyonlarla varlıqları iman gətirmiş insanlar üçün Allahın varlığının və Onun üstün elminin və ağlının dəlilləridir. Yaradılış gerçəyini qəbul edən bir elm adamı da təbiəti bu düşüncə ilə tədqiq edərək, apardığı hər müşahidədən, keçirdiyi hər təcrübədən böyük zövq alacaq, yeni araşdırmalar üçün həvəsləndirici güc alacaqdır.

Təkamül kimi bir xurafata inanmaq və bunu elmi əsasları olmadan müdafiə etməyə çalışmaq elm adamlarına psixoloji cəhətdən sıxıntı verir. Kainatdakı ahəng və ya canlılardakı nizam onlar üçün böyük bir sıxıntı mənbəyidir. Darvinin aşağıdakı sözü həqiqətən, bütün təkamülçülərin ruhi vəziyyətini izah edir:

«Göz haqqında düşünmək çox vaxt məni nəzəriyyəmdən soyutdu. Amma özümü yavaş-yavaş bu problemə alışdırdım. İndilərdə də təbiətdəki bəzi aydın quruluşlar məni çox narahat edir. Məsələn, bir tovuzquşunun tüklərini görmək məni az qala dəli edir».



Tovuzquşunun tükləri də, təbiətdəki bütün digər saysız-hesabsız yaradılış dəlilləri də təkamülçüləri daima narahat edirlər. Gördükləri açıq-aydın dəlillərə şəkildə göz yuman bu adamlarda, təbii ki, həqiqətlərə qarşı laqeydlik və bununla bağlı mühakimə pozğunluğu yaranır. Xristianlara səslənərək “əgər bir heykəlin sizlərə əl etdiyini görsəniz belə, bir möcüzə ilə qarşılaşdığınızı sanmayın…çox kiçik bir təsadüfdür, amma bəlkə də heykəlin sağ qolundakı atomların hamısı təsadüfən bir anda eyni tərəfə doğru hərəkət etmə meylində ola bilərlər,”-deyəcək qədər irəli gedən təkamülçü Riçard Doukins bu mühakimə pozğunluğunun tipik nümunəsidir.

Elmin inkişaf edə bilməsi üçün bu XIX əsrə aid bu qalıqlar bir kənara qoyulması və müasir düşüncəli və gördüyü həqiqəti qəbul etməkdən çəkinməyən elm adamları lazımdır.
(məqalə harun yahya)