Musəvi Mənbələrdə Hz. Mehdinin (ə.s.) Çıxış Əlamətləri



Ateizmin yayılması:

(Mehdinin) gələcəyi nəsildə… bütün dövlətlər Minim dinini (ateizmi) qəbul edəcək və verilən öyüdlərdən üz çevirəcək… (Talmud, Sanhedrin 11:97a)

Dindarların xor görülməsi:

Davud oğlunun (Hz. Mehdinin (ə.s.)) gəldiyi nəsildə… Allahdan qorxan insanlar xor görüləcək. (Talmud, Sanhedrin 97a)

Din əxlaqından uzaqlaşılması:

(Mehdinin) gələcəyi nəsildə… Haqqdan uzaqlaşcaqlar… (Talmud, Sanhedrin 97a)

Hökumətlərin din əxlaqından uzaqlaşması:

Məsihin (Hz. Mehdinin (ə.s.)) dövründən əvvəlki müddətdə… dövlət başçıları dalalətə düşəcək (dini inanclara qarşı çıxacaq) və onları qınayan kimsə olmayacaq… (Talmud, Sota 49b)

Qadın rəhbərlərin artması:

Uşaqlar onları əzir, qadınlar onu idarə edir… (Yeşaya, 3:12)

Yoxsulluğun artması:

Davud oğlu (Hz. Mehdi (ə.s.))… ciblərdə son qəpik qurtarana qədər gəlməyəcək… (Talmud, Sanhedrin 97a)

Haqsız qazancın artması:

Davud oğlunun (Hz. Mehdinin (ə.s.)) gələcəyi nəsildə… soyğunçular və soyğunçuların soyğunçuları olacaq… (Talmud, Kethuboth 112b)

Aclıq və qıtlıq olması:

Davud oğlunun (Hz. Mehdinin (ə.s.)) gələcəyi yeddi illik müddətin sonunda… aclıq oxları göndəriləcək… böyük qıtlıq olacaq və bundan kişilər, qadınlar, uşaqlar, dindar və müqəddəs adamlar öləcək… (Talmud, Sanhedrin 97a)

Torpaqların bərəkətinin azalması:

Tarlalar xarab oldu, torpaq yararsızdır. Çünki taxıl məhv oldu… Arpa, buğda üçün fəryad edin… çünki tarlaların məhsulu məhv oldu. Üzümlüklər qurudu, əncir ağacları soldu, nar, xurma, alma- bütün meyvə ağacları qurudu… (Yoel, 1:10-12)

Sıxıntı və çətinlik dövrünün olması:

… ən igid əsgər belə acı fəryad edəcək… Əzab və sıxıntı, bəla və fəlakət, zülmət gün olacaq, buludlu,qaranlıq gün. (Sefanya, 1:14-15)

Bəlaların ard-arda gəlməsi:

Davud oğlunun (Hz. Mehdinin (ə.s.)) gəldiyi nəsildə… daima yeni bəlalar gələcək və şeytani qərarlar qüvvəyə minəcək, hər yeni pislik digəri bitmədən sürətlə gələcək… (Talmud, Sanhedrin 97a)

Davud oğlunun (Hz. Mehdinin (ə.s.)) gələcəyi nəsildə… imtahan ardınca imtahan olacaq… (Talmud, Kethuboth 112b)

Ümidsizliyin hakim olması:

Yenidən xilas olacaqlarına dair ümidlərini itirmədikcə (Hz. Mehdi (ə.s.)) gəlməyəcək… (Talmud, Sanhedrin 97a)

Fahişəliyin yayılması:

Davud oğlunun (Hz. Mehdinin (ə.s.)) gələcəyi nəsildə alimlərin toplanma məclisləri qeyri-qanuni evlərə çevriləcək… (Talmud, Sanhedrin 97a)

İnsanlarda utanma hissinin azalması:

Məsihin (Hz. Mehdinin (ə.s.)) gələcəyi nəsildə… atası məzəmmət etdikdə oğlu utanmayacaq… (Talmud, Sanhedrin 97a)

Məsihin (Hz. Mehdinin (ə.s.)) dövründən əvvəlki müddətdə… oğul atasına söyəcək… oğul atasının qarşısında utanmayacaq… (Talmud, Sota 49b)

Əxlaqsızlığın artması:

Ravvin İohan dedi: “Davud oğu (Hz. Mehdi (ə.s.)) ancaq hamısı pis yolda olan nəsil gəldikdə çıxacaq.” (Talmud, Sanhedrin 98a)

Yalan və saxtakarlıqların artması:

… Yalanın arxasınca gedirlər… (Yeremya, 23:14)

İnsan insana, qonşu qonşuya haqsızlıq edəcək… (Yeşaya, 3:5)

Üsyankarların artması:

Məsihin (Hz. Mehdinin (ə.s.)) dövründən əvvəlki müddətdə… oğul atasına söyəcək, qız anasına, gəlin qaynanasına qarşı çıxacaq… (Talmud, Sota 49b)

Ailə əlaqələrinin zəifləməsi:

Məsihin (Hz. Mehdinin (ə.s.)) dövründən əvvəlki müddətdə… bir adamın ailəsi özünə düşmən olacaq… (Talmud, Sota 49b)

Münafiqlərin artması:

Davud oğlu (Hz. Mehdi (ə.s.)) (iman gətirənlərə) xəyanət edənlər artana qədər gəlməyəcək… (Talmud, Sanhedrin 97a)

Elm adamlarının sayının azalması:

Davud oğlunun (Hz. Mehdinin (ə.s.)) gəldiyi nəsildə alimlər sayca az olacaq… (Talmud, Sanhedrin 97a)

Müharibələrin artması:

Davud oğlunun (Hz. Mehdinin (ə.s.)) gələcəyi yeddi illik müddətin sonunda… yeddinci ildə müharibələr (olacaq), yeddi illik müddət bitdikdə Davud oğlu (Hz. Mehdi (ə.s.)) gələcək… (Talmud, Sanhedrin, 97a)

… Göylərdə və yerdə əlamətlər göstərəcəyəm, qan, atəş və tüstü. (Yoel, 2:30)

Orta Şərqdə qan tökülməsi:

… Məsih (Hz. Mehdi (ə.s.)) nə vaxt gələcək?.. Bizə bir əlamət de… Paneas* mağarasının suları qana dönəndə… (Talmud, Sanhedrin 98a)

* Paneas: İordaniya çayı yaxınlığında, Qüdsdən 200 km-lik məsafədə qədim şəhər adı.

Orta Şərqdə fəlakətin baş verməsi:

Məsihin (Hz. Mehdinin (ə.s.)) dövründən əvvəlki müddətdə… Cəlilədə fəlakət baş verəcək və Qavlan** bölgəsi dağılacaq… (Talmud, Sanhedrin 97a; Sota 49b)

* Cəlilə: İordaniya çayının qərbində, Fələstindəki Təbəriyyə gölünün şimalında yerləşən, dövrümüzdə İsrail ərazisindəki bölgə.

** Qavlan: Dövrümüzdəki Qolan təpələrinin bir qismini əhatə edən, şimal-qərbi İordaniya və cənub-qərbi Suriya arasındakı bölgə.


İnsanların bədbəxt olması:

… sevincdən əsər-əlamət qalmadı, dünyanın fərəhi yox oldu. (Yeşaya, 24:11)

Zəlzələlərin olması:

… dünyanın təməlləri sarsılacaq… sarsıldıqca sarsılacaq. Dünya silkələnəcək, daxma kimi yırğalanacaq… (Yeşaya, 24:18-20)

Bir yerdə sel, başqa yerdə quraqlıq olması:

Davud oğlunun (Hz. Mehdinin (ə.s.)) gələcəyi yeddi illik müddətin sonunda, birinci ildə bu əlamət baş verəcək: bir şəhərin üzərinə yağış yağdırarkən digərinin üzərinə yağış yağdırmayacağam… (Talmud, Sanhedrin 97a)

İraq torpaqlarındakı müharibəyə uzaq ölkələrdən gəlmələri:

… Yeşayanın Babillə* bağlı xəbəri… nəqliyyat vasitələrilə uzaq ölkədən, dünyanın başqa tərəfindən bütün ölkəni yerlə bir etmək üçün gəlir. (Yeşaya, 13:1, 5)

* Babil: dövrümüzdə İraqın paytaxtı Bağdad yaxınlığında yerləşən qədim şəhər adı.


Yəcuc və Məcucun axırzamanda üzə çıxması (I və II Dünya Müharibələri)

(Dünyadakı zamanın) … bir qismi Yəcuc və Məcuc ilə müharibə edərək (keçəcək) və yerdə qalan (dövr) Məsih (Hz. Mehdi (ə.s.)) dövrü olacaq. Uca və Müqəddəs olan (Allah) dünyasını yeddi min il sonra yeniləyəcək. (Talmud, Sanhedrin 97b)

Çox dövlətli cəmiyyət olmaları:

… bir çox ölkədən ibarət, hamısı ata minmiş böyük cəmiyyət… (Hezekiel, 38:15)
(məqalə harun yahya)