Doğru Yola Yönəlmənin Sirləri



Kimlərin doğru yolda olduqları Allahın Quranda bildirdiyi sirlərdəndir. İslamda nəzərdə tutulan gözəl əxlaqa əməl edərək Allahın yoluna gələnlər cənnətlə mükafatlanan qullardır.

Hər bir insanın özünə görə doğruları və səhvləri olur. Hər bir doğrunun təsbit edilmə qaynağı isə fərqlidir. Bəziləri oxuduğu kitabı, bəzisi ətrafında gördüyü insanı, bəzisi hər hansı bir siyasətçini, bəziləri də hər hansı bir filosofu özünə rəhbər edir.

Halbuki, Allahın insanlar üçün təyin etdiyi ən doğru və insanı qurtuluşa aparacaq yeganə yol İslamın gətirdiyi gözəl əxlaqdır.

Möminlər Allahın razılığını, rəhmətini və cənnətini qazanmaq üçün səy göstərirlər. Quranda bildirilən gözəl əxlaqa tabe olmamaq isə insanları dünyada və axirətdə sonsuza qədər davam edəcək ümidsizliyə, bədbəxtçiliyə və əzaba aparır.

Doğru məlumatlarla iman etmək

Allahın razılığını, rəhmətini və cənnətini arzulayan insanlardan olmaq, Allaha və Quranda vədd etdiklərinə iman etməklə mümkündür. Belə bir insan göylərin, yerin və ikisi arasındakıların tək sahibi və yaradıcısının Allah olduğunu və dünyada var olma məqsədinin Allaha qulluq etmək olduğunu bilir. Əgər bu insan həyatı boyunca Allahın razılığını axtarıb Ona iman etsə Allah onu doğru yola yönəldər. Əlbəttə ki, burada nəzərdə tutulan imandır.

Bəzi insanlar, hər nə qədər iman etdiklərini söyləsələr də, imanlarında şübhə və ya zəiflik olur. Belə insanlar, inkarçılarla birlikdə olduqlarında onların təsirinə düşüb asanlıqla zəiflik göstərə bilir, hətta bəzən Allaha və Allahın dininə qarşı ola bilirlər. Halbuki, Allah Quranda doğru yola yönəltdiyi qullarının imanının qəti və şübhəsiz olduğunu insanlara bildirmişdir:

Və elm verilən kəslər də bilsinlər ki, haqq (Quran) sənin Rəbbindəndir. Artıq ona inansınlar və ürəkləri ondan arxayın olsun. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər! (Həcc Surəsi, 54)

Tam təslim olmaqla Allaha yönəlmək



İman edənlərin tam təslim olaraq Allaha yönəlmələri, Allaha ürəkdən bağlanmaları da doğru yola yönəldilmənin sirridir. Allaha iman edən və axirətdən qorxan möminin dünyaya aid hər hansı bir ehtirası yoxdur. Möminin məqsədi Allahı razı etməkdir. Bu səbəbdən hər davranışında Allaha yönələr, Allahın onu hər an sınadığını bilərək, hər hadisədə Allahın onun üçün müəyyən etdiyi qədərə razı olar. Aləmlərin Rəbbi olan Uca Allah, Özünə təslim olanları doğru yola çatdıracağını bu şəkildə bildirmişdir:

Sizə Allahın hökmləri oxunduğu və Onun Peyğəmbəri aranızda olduğu halda, siz necə kafir ola bilərsiniz? Allah (Onun dininə) sığınan şəxs, şübhəsiz ki, doğru yola yönəlmişdir. (Ali İmran Surəsi, 101)


Verilən öyüdləri yerinə yetirmək

Allahın doğru yola yönəltmək istədiyi qullarına bir başqa əmri isə bu şəkildədir:

Əgər onlar verilən nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu onlar üçün daha xeyirli və daha düzgün olardı. O zaman Biz də onlara Öz tərəfimizdən böyük mükafat verərdik və onları düz yola yönəldərdik. (Nisa Surəsi, 66-68)

Allahdan qorxan möminlər həmişə səhvlərini təkrarlamamaq və Allahın ən çox razı olacağı əxlaqa çatmaq üçün çalışırlar.

İnsanlar səhvlərini təkrarlamamaq və doğru yola çatmaq üçün təvazökar olmalıdırlar. Təvazökar və səhvlərini düzəltmək istəyən insan Allahın əmrlərini tam olaraq yerinə yetirər. Bundan əlavə saleh möminlər bir-birlərinə yaxşılığı əmr edər, pislikdən çəkindirərlər. Bu səbəbdən, mömin hər hansı bir səhvinin mömin qardaşı tərəfindən ona deyilməsindən məmnun olmalı, bunun öz axirəti üçün böyük nemət olduğunu bilməlidir. Allah, şeytana tabe olmayan, özünü Qurana və gözəl əxlaqa çağıran şəxslərə tabe olan qullarına belə müjdə verir:

Tağuta (şeytana, bütlərə) ibadət etməkdən çəkinib tövbə edərək Allaha tərəf qayıdanları müjdə gözləyir. Elə isə qullarıma müjdə ver. O kəslər ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır! ( Zümər Surəsi, 17-18)
(məqalə harun yahya)