Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

QƏflƏtdƏ olanların xüsusiyyƏtlƏri

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jul 2011
    Mesajlar
    1.499

    QƏflƏtdƏ olanların xüsusiyyƏtlƏri

    QƏFLƏTDƏ OLANLARIN XÜSUSİYYƏTLƏRİ



    Qəflət içində Allahın və axirətin varlığını düşünməyən insan dünyada müəyyən istək və ehtiraslara yönəlmişdir: ovsunlanmış kimi bunların arxasınca qaçır. Dünyada mal-mülk, mövqe sahibi olmaq kimi məqsədlərə çatmaq üçün səy göstərir. Daim qazandığı, ya da qazanacağı pulla nə edəcəyini düşünür, bunların xəyallarını qurur və bunlardan bəhs edir. Bunlarla o qədər məşğul olur ki, Allahın əmr və qadağalarını düşünmədiyindən unudur. Allahın elm və qüdrətini qavraya bilmədiyi üçün də Onun əmr və qadağalarını yerinə yetirmir. Rəbbimizin qoyduğu sərhədləri aşarkən heç bir qorxu hissi keçirmir.

    Allahın xatırlanması axirətə inanmayanların vicdanlarının səsini yüksəldir və onlara qəflət içində olduqlarını xatırladır. Onlar isə Allaha qarşı məsul olduqlarını xatırlamaq və bu məsuliyyətlərini yerinə yetirmək nəfslərinə zidd olduğundan içində olduqları qəflətə möhkəm-möhkəm sarılırlar. Bu səbəblə, Allah xatırlandığı zaman daxilən böyük bir narahatlıq hissi keçirirlər. Quranda "Allah tək olaraq xatırlandığı zaman Axirətə inanmayanların qəlbini nifrət bürüyür. Ondan qeyriləri yad edildiyi zaman isə onlar sevinirlər." (Zumər surəsi, 45) ayəsi ilə bu insanların vəziyyəti xəbər verilir.
    (sitat harun yahya qəflət)

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.