"ELM ADAMLARI DİNİ İNKAR EDİRDİ,ONLARA İNANDIM" DEYƏRƏK ÖZÜNÜ ALDADANLAR



İnsanların dini inkar etmək üçün qarşıya qoyduqları bəhanələrdən biri də, Allahı və axirət gününü inkar etmə yanılmasına düşən elm adamlarının varlığıdır.

Xüsusilə yaşadığımız dövr, elmin ciddi şəkildə irəlilədiyi, elmi baxımdan tarix boyunca yaşanmamış bir çox təcrübənin və inkişafın yaşandığı bir əsrdir. Elm və texnologiyanın təmin etdiyi imkanlarla kainatdakı nizam və dizayn görülməkdə, Allahın yaratdığı sistemlərin qüsursuzluğu aydın olmaqda, canlıların sahib olduğu bir çox yaradılış gerçəyi daha yaxından tanınmaqda, Quranın möcüzələri tək-tək kəşf edilməkdədir.

Ancaq bir də elmi öz dünyəvi mənfəətləri üçün istifadə edən, inkarçı zehniyyətlərini onunla dəstəkləməyə çalışan kəslər vardır. Bu kəslər "elm adamı" sifətiylə ortaya çıxır, ancaq elmlərini gerçəkləri araşdırıb tapmaq üçün deyil, öz ideologiyalarını bəsləmək üçün istifadə edirlər. Bu kəslər kainatdakı və canlılardakı qüsursuz yaradılışı və möcüzəvi xüsusiyyətləri görməməzlikdən gələrək, hər şeyin təsadüflər nəticəsində özbaşına var olduğu kimi gerçək olmayan bir iddia ilə ortaya çıxırlar. Bu insanların məqsədi, Allahın varlığını inkar etmək və cəmiyyətlərə də inkar etdirməkdir. Bu yolla heç kimə qarşı məsuliyyət hiss etməyən, başıboş fərdlərdən ibarət olan, hər cür əxlaqsızlığın geniş şəkildə yaşandığı cəmiyyətlər meydana gətirmək istəyirlər.

İnsanların çoxu da, elm adamı görünüşüylə öz fikirlərini yaymağa çalışan bu kəslərdən təsirlənir. Bütün elm adamları hər şeyi bilən, hər mövzuda ən doğru diaqnozu qoya bilən, ən ağıllı və zəkalı kəslər olaraq qəbul edilirlər. Halbuki bu səhv anlayışdır. Əlbəttə elmi doğru məqsədlə istifadə edən, bir çox mövzuda məlumatından istifadə edilə biləcək, qiymətli elm adamları vardır. Amma elmi əhatəsində, bu təsnif etmənin xaricində, dünyəvi mənfəətləri üçün gerçəkləri gizləyən, insanları səhv yola sürükləyən kəslər də mövcuddur. Buna görə bütün insanlar kimi elm adamları da sahib olduqları məlumatların, onlara verilən adların çoxluğuna görə deyil, sahib olduqları məlumatları yaradılış məqsədlərinə uyğun istifadə edib, etmədiklərinə, Allahın razı olacağı şəkildə yaşayıb yaşamadıqlarına görə qiymətləndirilməlidirlər. Allaha iman edən insan üçün doğru olan budur.

Daha əvvəl də ifadə etdiyimiz kimi, Allah Quranda insanların çoxluğa uymalarının özlərinə zərər gətirəcəyinə, bu çoxluğun inkarda mübahisəsinə diqqət çəkmişdir. Bu halda insanın, başqalarının sözlərini heç araşdırmadan, detallarını öyrənmədən qəbul etməsi deyil, öz ağlı və vicdanı ilə qiymətləndirməsi və buradan doğru nəticə çıxarması lazımdır. Allah bir ayəsində, Bilmədiyin bir şeyin ardınca getmə. Çünki qulaq, göz və ürək bunların hamısı sorğu-sual olunacaqdır.(İsra Surəsi, 36) deyə əmr etməkdədir. Buna görə də, insanın özünə deyilən hər şeyi birbaşa qəbul edərək ardına düşməsi özünü aldatmasından başqa bir şey deyildir.

İnsan Allahın özünə əmr etdiyi şəkildə haqqa tabe olmaqla və insanlara da haqqı tövsiyə etməklə cavabdehdir. Həqiqət belə olduğu halda, bəhanələr irəli sürməsi, özünü və ətrafındakıları aldadacaq bəhanələrlə ortaya çıxması axirətdə heç bir fayda təmin etməyəcək. Allah insanları inkara dəvət edən və onlara bu haqda vədlər verən kəslərin hər zaman olacağını Quranda xəbər vermişdir. Allah bu kəslərin də, onlara tabe olanların da müsibətlərlə qarşılaşacaqlarını belə xatırlatmışdır:

İnkar edənlər, iman edənlərə dedilər: "Siz bizim yolumuza (dinimizə) tabe olun, günahlarınızı biz boynumuza götürərik". Halbuki, onların heç bir günahını öz boyunlarına götürməzlər.Həqiqətən onlar yalançıdırlar. Şübhəsiz ki, onlar həm öz günahlarına, həm də öz günahları ilə yanaşı daha neçə-neçə günahlarla yüklənəcəklər.Qiyamət günü onlar uydurduqları yalana görə mütləq sorğu-sual olunacaqlar. (Ənkəbut Surəsi, 12-13)
(sitat harun yahya nə üçün özünü aldadırsan)