DÜŞÜNMƏDİYİ ÜÇÜN "AĞLIMA GƏLMƏDİ, BİLMİRDİM" DEYƏ BİLƏCƏYİNİ ZƏNN EDƏNLƏR



İnsanın həyatı boyunca yaşadığı hər anı filmin kadrlarına bənzətsək, bir həyatın trilyonlarla kadrdan meydana gəldiyini düşünə bilərik. Bu trilyonlarla kadrdan hər biri insan üçün verilmiş fürsət deməkdir. İnsanın həyatındakı hər an, gerçəkləri düşünməsi, doğruları görə bilməsi üçün hesab günündən əvvəl özünə verilmiş nemətdir. Bu neməti xeyrə istifadə edənlər, düşünərək dünya həyatının əsl mahiyyətini qavraya bilən insanlardır. Düşünməyənlər və həyatlarını qəflət içində davam etdirənlər isə, bu fürsəti qiymətləndirə bilməzlər.

Şübhəsiz düşünmək anlayışından hər kəs fərqli məna çıxara bilər. Bəzilərinin "düşünmək"dən anladığı, gələcəyi düşünməkdir. Gələcəyə dair planlar qurmaq, sərmayə qoymaq düşünməyin göstəricisidir onlar üçün... Bəziləri isə düşünməyi keçmişin hesabatını aparmaq olaraq görür. Dayanmadan keçmişdə etdiklərini, qazandıqlarını və ya itirdiklərini düşünür. Bəziləri isə "yalnız bu günü düşünmənin, sabahı heç düşünməmənin" faydalı olduğuna inanır. Bu, onun dünyagörüşüdür. Gündəlik yaşayır; müəyyən bir məqsədi və izlədiyi yolu da yoxdur. Səhər qalxdığında naharda nə yeyəcəyini düşünür, işə gedərkən hansı vasitəyə minəcəyini düşünür, günorta yeməyinə kimlərlə gedəcəyini düşünür, axşam gələcək qonağa nə yemək bişirəcəyini düşünür, hansı şirkətin səhmlərini almasının qazanclı olacağını düşünür, ertəsi günkü futbol matçına bilet tapıb tapa bilməyəcəyini düşünür, məktəbdəki əylənləcəyə kiminlə gedəcəyini düşünür… Qısacası insanların çoxunun zehni davamlı gündəlik, sadə və səthi düşüncələrlə doludur.

Budur, yer üzündəki yüz milyonlarla insan bu və buna bənzər düşüncələrlə ömrünü keçirir. Və görünən odur ki, insanlar bu tərz mövzular xaricindəki dərin mövzular üzərində düşünməyə çox yanaşmırlar. Ancaq burada "düşünmək"dən nəzərdə tutulan insanın həyatının məqsədini, ətrafındakı yaradılış dəlillərini, Allahın kainatda təcəlli edən möhtəşəm sənətini, ölümü, axirəti, hesab gününü düşünməkdir. Budur insanların əksəriyyətinin əskik olduğu cəhəti də budur.

İnsanlar düşünün; illərlə təhsil alıb, bioloq, mühəndis, həkimi, professor olur, amma həyatında bir dəfə belə heç yox ikən necə var olduğunu, bunun da mütləq bir məqsədlə olduğunu düşünməzlər. Tezis hazırlayar, elmi iş müdafiə edər, assistent olar, müəllim olar, insanlara şəfa verən həkim olar, vəkil olarlar, amma nə üçün və necə yaradıldıqlarını, yaradılışlarını Allaha borclu olduqlarını heç düşünməzlər. Kitablar yazar, televiziyalarda iclaslara gedər, hər mövzuda düşünüb fikir bildirər, amma bir dəfə olsun ölümü və sonrasında Allaha verəcəkləri hesabı ağıllarına gətirməzlər. Budur belə insanlar böyük bir ziyan içindədirlər. Çünki hər insan, tez, ya da gec ölümlə qarşılaşacaq və Allaha olan qulluğundan sorğuya çəkiləcək. "Düşünməmiş" olmaq heç kimə bir fayda verməyəcək.

Hər insan Allahın varlığını, yaradılış məqsədini, necə qulluq etməsi lazım olduğunu düşünüb anlaya biləcək bir şüura və vicdana malikdir. Necə ki, özləri üçün ən həyati mövzuları düşünməyən bu insanlar, özlərinə sərfəli olan bir mövzunu çox yaxşı düşünə bilirlər. Məsələn, ticari bir işdən söz gedirsə pullarını necə qiymətləndirəcəklərini çox yaxşı bilirlər; bu haqda hər mərhələni düşünürlər. İşlərində çox çətin problemlərin öhdəsindən gələ bilirlər; hər detal üçün ayrı bir tədbir düşünə bilirlər. Sahib olmaq istədikləri bir şey olduğunda, bunun üçün çoxlu planlar qurub, bunları mərhələ mərhələ tətbiq edə bilirlər. Qısacası insanlar dünyaya aid mənfəətləri olan mövzuları çox yaxşı düşünə bilirlər.

Buna görə də axirətdə "düşünə bilmədim", "ağlıma gəlmədi" kimi bəhanələr -Allahın diləməsi xaricində- qəbul görməyəcək.
Hər yeni doğan insan, Allahın yaratdığı dünyaya addımını təyin edir. Dünya üzərində, gözünü hara çevirsə çevirsin möhtəşəm bir yaradılış, qüsursuz bir dizayn və ən incə detalına qədər planlanmış sistemlərlə qarşılaşır. Qarşılaşdıqları üzərində düşünən insan, bütün bunların yaradılmış olduğunu rahatlıqla qavraya bilər. Amma gündəlik həyatın və dünyəvi ehtirasların içində boğulmuş olan bir adam, bu gördüklərinə "təsadüf" deyib keçər. Halbuki bu insana sadə bir rəsm əsəri göstərsəniz və "bu təsadüfən öz-özünə çəkilmiş ola bilərmi?" desəniz, "əlbəttə xeyr, bunu çəkən bir sənətçi mütləq vardır" deyər. Amma eyni insan, ətrafındakı fövqəladə sənəti kimin, niyə yaratdığını düşünməkdən qaçınar.

Eyni şəkildə, insanlar dünyadakı həyatlarının keçici olduğunu və əsl həyatın ölümün ardından başlayacaq olan axirət həyatı olduğunu da düşünməkdən qaçınırlar. Hər gün bir çox adamın ölümünə şahid olurlar, amma öz ölümlərini ağıllarına gətirməzlər. Heç ölməyəcəkmiş kimi dünyaya aid əhatəli planlar qurarkən; ölümdən sonrası üçün bir hazırlıq etməzlər.
Bax bu insanlar, özlərini bilə-bilə zərərə salmış olurlar. Çünki insanın yaradılış məqsədini, Allahın bütün kainatda təcəlli edən sənətini, ölümü, axirəti, hesab gününü düşünməsi son dərəcə asandır. İnsanların zənn etdikləri kimi bütün bu saydıqlarımızı "düşünmək" qarışıq, ya da çətin bir iş deyil. Bunun üçün uzun araşdırmalar aparmağa, çox güclü bir təhsil almağa, qarışıq məlumatlar öyrənməyə də ehtiyac yoxdur.

Məsələn, hər gün gördüyü atmosferin insanın nəfəs ala biləcəyi şəkildə yaradılmış olması, hər gün səmada gördüyü quşun uçmaq üçün ehtiyac duyduğu ən uyğun qanad quruluşu, ətrafında gördüyü rəngarəng dünya, vicdanlı hər insanı Allahın möhtəşəm yaradışını düşünməyə sövq edər. Yenə eyni şəkildə, hər gün ətrafında yüzlərlə insan ölərkən adamın bir gün özünün də öləcəyini düşünə bilməməsi qeyri-mümkündür. Əgər insan vicdanının səsinə qulaqlarını qapamaz, özünü boş işlərlə əyləndirməz və dünyəvi meyarlarla aldatmazsa, bu düşüncələr qaçınılmaz olaraq zehinində meydana gələcək.
Ancaq insanın, gerçəklər üzərində dərin düşünmək və qəflətə qapılmamaq üçün səy göstərməsi mütləqdir. Unudulmamalıdır ki, hər insanın şeytan kimi bir düşməni vardır. Şeytan insanların düşünmələrini və beləliklə gerçəkləri dərk edib Allaha yönəlmələrini istəmədiyi üçün mütləq buna mane olmaq istəyəcək. Bunun üçün də insana hiyləgərcə təlqinlər etməyə başlayacaq. Bu mövzuda insanların ən çox təsirləndikləri təlqinlərindən, "düşünməyincə məsuliyyətlərindən azad olacaqları yalanı" gəlir. Bu təlqinə qulaq asan insanlar, özlərindən soruşduqda, "ağılıma gəlmədi, bilmirdim, heç kim mənə söyləmədi" deyərək xilas olacaqlarını zənn edərlər, amma özlərini aldadarlar.

Halbuki insanlar öz özlərinə bu oyunu oynayarkən, özlərinə şah damarından daha yaxın olan Allah, etdikləri hər şeydən, görməzlikdən və anlamazlıqdan gəldikləri hər düşüncədən xəbərdardır. Bu səbəblə Allaha qarşı olan məsuliyyətlərini görməkdən qaçan insan, əslində öz qurduğu tələyə özü düşür; düşünməməklə yalnız və yalnız özünü aldatmış olur. Axirətə getdiyində isə qaçdığı gerçəkləri yaşayaraq görər və Allahın hüzurunda hesab verərkən "bilmirdim, ağlıma gəlmədi, düşünə bilmədim" kimi səmimiyyətsiz bəhanələrin heç bir faydası olmadığını açıq-aydın anlayar.

Elə bir gün ki, zalımlara üzrxahlıqları heç bir fayda verməyəcəkdir. (O gün) onları lənət və axirət yurdunun pis əzabı gözləyir. (Mömin Surəsi, 52) Başqa ayələrdə də bu gerçək xəbər verilmişdir:

O gün zalımlara üzrləri heç bir fayda verməz və onların tövbə etmələri (Allah rizasını diləmələri) də istənilməz! (Rum Surəsi, 57)
(sitat harun yahya nə üçün özünü aldadırsan)