8 sonuçtan 1 ile 8 arası

BAŞ ÖRTÜSÜ

  1. #1
    Junior Member
    Üyelik tarihi
    May 2007
    Yer
    kocaeli
    Mesajlar
    4

    BAŞ ÖRTÜSÜ

    SIRMA RENGİNDE PİSLİK DÜNYANIN SÜSÜ, PÜSÜ
    BENDE TEK AZİZ EŞYA ANNEMİN BAŞ ÖRTÜSÜ
    N.F.K


    SİZCE NEDEN BAZI İNSANLAR İSLAMİ ÖRTÜNMEYE VE ÖRTÜNENLERE DÜŞMANDIR?

  2. #2
    Senior Member adem52 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2007
    Yer
    ordu fatsa istanbul türkiye
    Mesajlar
    667
    o insanların yaşamlarına dikkat et kimler neden karşı çıkarlar müslüman olmadıklarını ve başka amaçlara hiz met ettiklerini göreceksin
    herzaman doğruyu söyle ne dediğini hatırlamak zorunda kalmassın

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Sep 2007
    Mesajlar
    342
    MÜSƏLMAN AİLƏSİNİN XÜSUSİYYƏTLƏRİ


    Hər il bu günlərdə gənc oğlan və qızların dəyərli təmənnalarını gerçəkləşdirən toylar çox yaşanır. İçərisində şərəfli bir sığınacaq, könül sükunətliyi və səadət tapacaqları müsəlman ailəsi qurarlar. Bu yuvanın kölgəsində və qanadları altında ciddi bir atalıq və şəfqətli bir analıq ilə bənzərsiz bir nəsil yetişir. Bəs bu yuvanın xüsusiyyətləri nədir? Üsulu nədir? Xöşbəxtliyi necə gerçəkləşir Allah Təala belə buyurur :
    Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və məhəbbət yaradması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!
    (ər-Rum30/21)

    Ailə, qiymətini ancaq itirənin, qorxunc bir yalnızlıq içində və ya zindan qaranlığında yaşayanın, yollarda və çollərdə azanın bilə biləcəyi bir nemətdir.
    Allah Təala belə buyurur :
    Allah evlərinizi sizə məskən (yaşayıb dincəlmə yeri) etdi.
    (ən-Nəhl 16/80)

    İbn Kəsir rəhiməhullah belə deyir : Allah Təbarəkə və Təalə qullarına olan nemətinin əksik olmadığını zikr edir. Onlar üçün sükunət yeri olan yuvalar yaradmışdır. Onlara sığınırlar, onlarda gizlənirlər və onlardan digər yönlərdən də faydalanırlar.
    Müsəlman ailəsi, arvad və ərin birlikdə daşıdığı bir əmanətdir. Onlar, bu binanın təməli və dayağıdır. Ailə, onlarla yolunu təyin edər. Onlar; sözdə və davranışda Allahın yolunda doğru gedincə, gizli və aşkar hallarında təqvaya bürünüb gözəl əxlaq və təmiz bir keçmiş ilə bəzənincə, ailə nur və fəzilət qaynağı olur. İnsanların dünyasını aydınladır. Saleh bir nəsil qurmaq; şərəfli bir toplum, uca bir ümmət üçün başlanğıc olur.

    Ey ər-arvad!.. Ailəniz, bu dinin qalalarından bir qaladır. Sizdən hər biriniz düşmənlərin girməməsi üçün bir açıq yeri bağlayır. İkiniz də bu qalanın gözətçilərisiniz. İdarəni əlində saxlayan ərdir və itaət edilməsi vacibdir. Rəsulallah (s.ə.s) belə buyurur : Hamınız bir çobansınız və hamınız idarəsi altındakından cavabdehsiniz. Sonra belə buyurur : Qadın ərinin evində çobandır və idarəsi altındakından cavabdehdir. Bu hədisi, Buxari rəvayət edir.

    Rəsulallahın (s.ə.s) ailəsi və möminlərin anaları olan həyat yoldaşları yer üzərindəki bütün ailələrə ən gözəl misaldır. Rahat və sükunət üzərində bina edilmiş, davamlı zikr və Quran tilavəti üzərində qurulmuş, bir peyğəmbər ailəsidir. Rəsulallah (s.ə.s) həyat yoldaşlarını misal bir həyat üçün hazırladıqdan sonra heç bir təzyiq etmədən onları seçimdə sərbəst buraxırdı. Peyğəmbər (s.ə.s) həyat yoldaşlarının dünya həyatı və bəzənmələri ilə Allah və Rəsulu, axirət yurdu arasında seçim etmələrini istəyən ayə nazil olmuşdur: Ya Peyğəmbər! (Artıq xərclik və pal-paltar istəyən) zövcələrinə belə de: Əgər siz dünya həyatını və onun dəb-dəbəsini istəyirsinizsə gəlin sizə talaq haqqınızı verim və (sonra da) gözəl bir tərzdə (Allahın buyurduğu qayda üzrə) boşayım! Yox əgər Allahı, Onun Rəsulunu və axirət yurdunu istəyirsinizsə, (bilin ki,) Allah içərinizdən yaxşı işlər görənlər üçün böyük bir mükafat (Cənnət) hazırlamışdır. (Peyğəmbərin (s.ə.s) xanımları dünya nemətlərindən vaz keçib axirət yurtdunu daha üstün tuturdular). (əl-Əhzab 33/28-29)

    Buna görə Aişə (r.a) və digər bütün həyat yoldaşları belə deyir: Allah və Rəsulunu, axirət yurdunu seçirik. Bunun izahı İslam kasıblığa dəvət edir deyil! Cənnət də həyatın təmiz tərəflərindən faydalanmağın qarşısını almaz. Əksinə Rəsulallahın (s.ə.s) ailəsi, İslamın yetişdirdiyi ən gözəl misaldır.

    İslamın ilk nəslinin qurduğu ailə, sözdə və davranışda İslamı üsul etmişdir. Həyatını imanın nuru ilə aydınlatmış və Quranın əxlaqı ilə bəzəmişdir. Aralarından, tarixin ən parlaq səhifələrinə bənzərsiz misallar çıxmışdır.Müsəlman ailəsi o zamanda cəsur qəhrəmanlığa, dəyərli alimlər, zahid əhli olan abidlər, səmimi komandanlar, xeyirli övladlar və ibadət əhli qadınlar yetişdirmişdir. İman və hidayət təməlləri üzərində qurulunca və Quran nuru ilə aydınlanınca müsəlman ailələri bax belə olur.
    Allahdan haqqı ilə qorxan tamiz bir ailə yuvası,fitrəti azmalardan qoruyur. Rəsulallah (s.ə.s) belə buyurur : Hər doğulan mütləq fitrətlə doğular. Sonra onun atası onu yəhudiləşdirir, xristianlaşdırır və ya məcusiləşdirir.

    Bu hədisi, Buxari rəvayət edir. İbni Qeyyim (r) belə deyir : Uşaqların çoxunun qorunması ataları tərəfindən, onları başlı-başına buraxmaları və dinin fərzlərini və sünnətlərini öyrətmələrini tərk etmələrinə görə olmuşdur. Balacalığından onları itirirlər. Onlar da böyüyəndə nə özlərini, nə də atalarını faydalandırırlar.

    Ailə başçısının uşaqlarını bir araya toplaması və onlara bir qədər Quran oxuması nə gözəl şeydir!.. Onlara peyğəmbərlərin hekayələrini anladması davranışlarına uca ədəb qaydaları yerləşdirir.

    Müsəlman ailəsinin ən qabaqcıl vəzifələrindən biri uşaqların tərbiyəsidir. Güclü və saleh bir nəsil yaradmalıdır. Ana-atanın gözəl misal göstərməsi olmadan nəsihətin bir təsiri, tərbiyənin dəyəri yoxdur. İbadətdə və əxlaqda misal olmaq... Sözlərdə və davranışlarda misal olmaq... Görünüşdə misal olmaq... Allah Təala belə buyurur :
    Və o kəslər ki : Ey Rəbbimiz bizə zövcələrimizdən və uşaqlarımızdan (Sənə itaət etməklə bizi sevindirib) gözümüzün işığı (bəbəyi) olacaq övladlar ehsan buyur və bizi müttəqilərə (rəhbər) et! - deyərlər. (əl-Furqan 25/74)

    İbrahimin (ə.s) duasını düşün! Allah Təala belə buyurur :
    Ey Rəbbim! Məni də, nəslimdən olanları da (vaxtlı-vaxtında, lazımınca) namaz qılan et. Ey Rəbbim! Duamı qəbul buyur! (İbrahim 14/40)

    Əhlinə (əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaz) səbrlə davam et (yaxud məişət çətinliklərinə döz). Biz səndən ruzi istəmirik (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinin-müttəqilərindir! (Ta-Ha 20/132)

    Sakit və doğru yolda olan ailənin yoxluğundan azmalar başlayır və uyuşdurucu istifadəsi genişlənir. Uşaqların və yetkinlərin arasında günah işləmə səviyyəsi yüksəlir. Daha sonra intihar səviyyəsinin artdığını eşidirik. Könüllərə iman yerləşdirməyən və Quran yolunu da doğru gedməyən bir ailə yuvası psixoloji, fikri və əxlaqi pozğunluq yaşayan ünsürlər meydana çıxır. Bəzi uşaqlarda gördüyümüz ana-ataya pislik etmə, gənclər arasında zərərli əlaqələr, cavabdehlikdən qaçmaq, Allahdan üz çevirmək və bu gün ümmətin övladlarından bir qrupu oğurluq edən, ölkələrə və dəyərlərə qarşı çıxmaq hadisəsi qətiyyətlə tərbiyəni saymayan və gözəl misal olmayan bir ailənin nəticəsidir.

    İslamın qaydalarını parça-parça edən, xoşuna gələnini alan və istəmədiyini tərk edən bir ailə, alçaq insan misalları pozğun insanıyyət inşa edir. Bunlar ümmətin üstünlük və liderlik mövzusunun yüksəlməsinə faydalı ola bilməz.
    Müsəlman ailəsinin əsl xüsusiyyətlərindən biri də; hər anlaşılmazlıqda, nə qəər balaca olursan olsun hər hadisədə, işini Allaha və Rəsuluna götürməsidir. Ailədəki hər kəs, Allahın hökmünə razı olur və təslim olur. Allah və Peyğəmbəri bir işi hökm ediyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (ayrı cür hərəkət etmək) yaraşmaz. Allah və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, haqq yolundan açıq-aydın azmışdır! (əl-Əhzab 33/36)

    Müsəlman ailəsinin həyatı və xöşbəxtliyi, sakitliyi və rahatlığı Allahı zikr etməkdədir. Əbu Musa (r.a) Rəsulallahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: İçərisində Allahın zikr edildiyi ev ilə içərisində Allahın zikr edilmədiyi evin misalı, ölü ilə dirinin misalıdır. Bu hədisi, Muslim rəvayət edir. İbn Ömər (r.a) Peyğəmbərin (s.ə.s) belə buyurduğunu rəvayət edər: Namazlarınızdan bir qismini evlərinizdə qılın. Evlərinizi qəbrlərə çevirməyin. Bu hədisi Buxari, Muslim rəvayət edər. Əbu Hureyrə (r.a) Peyğəmbərin (s.ə.s) belə buyurduğunu rəvayət edər : Evlərinizi qəbrlərə çevirməyin. Şübhəsiz şeytan, içərisində Bəqərə surəsi oxunan evdən qaçar. Bu hədisi, Muslim rəvayət edir. Rəsulallah (s.ə.s) belə buyurur : Evlərinizdə namaz qılın. Çünki fərz namazları xaric, insanın qıldığı ən xeyirli namaz evindəkidir. Bu hədisi Buxari, Muslim Zeyd bin Sabit (r.a) kanalıyla rəvayət edər.

    Bu hədislər, müsəlmanların evlərinin dirilməsinə, tövhid kəliməsi ilə (Lə iləhə illəllah - Allahdan başqa ilah yoxdur), təsbihlə (Sübhanallah), təkbirlə (Allahu Əkbər) və buna bənzər zikr növləri ilə Allahı zikr edərək onları nurlandırmağa, çoxlu nafilə namazı qılaraq onları canlandırmağa işarət edər. Evlər namazdan və zikrdən uzaq olarsa yüksək saraylar belə olsa qəbrlərə və viranələrə dönər. Allahın zikri edilməyən və Quran oxunmayan evlər şeytanların otlağıdır. O evlərdə oturanların bədənləri diri olsa da qəlbləri ölüdür.

    Müsəlman ailəsinin bir xüsusiyyəti də, fərdlərin ibadət və itaətdə yardımlaşmasıdır. Ərinin zəif imanını zövcəsi gücləndirir. Qadının davranış pozğunluğunu əri düzəldir. Bir-birini tamamlayırlar və bir-birini dəstəkləyirlər. Bir-birinə kömək və yardım edirlər. Aişə (r.a) belə deyir : Rəsulallah (s.ə.s) gecənin bir qismində namaz qılırdı, gecə namazına qalxınca: Qalx və vitr qıl ey Aişə buyururdu. Bu hədisi, Muslim rəvayət edər.
    Rəsulallah (s.ə.s) belə buyurur : Gecənin bir qismi qalxıb namaz qılan, zövcəsini oyandıran, və o da namaz qılan, rədd edərsə üzünə su səpən adama Allah rəhmət eləsin!.. Gecənin bir qismində qalxıb namaz qılan, ərini oyandıran, və o da namaz qılan, rədd edərsə üzünə su səpən qadına Allah rəhmət etsin!.. Bu hədisi, Əbu Davud rəvayət edər. Bu iki hədis, kişi və qadının hər birinin digərini islah etməkdə və Allaha ibadətə təşviq etmədə rolu olduğuna işarət edər. Bu belədir; çünki aralarında əlaqə əslində iman əlaqəsidir. Bu əlaqədə əllər, Allaha itaət üçün bir-birini sıxar. Bir əl yorulursa, digəri ona kömək edər.

    Müsəlman ailəsi elm və əməl üzərində qurulur. Doğru yola yönləndirən və Cəhənnəmə götürən yolları göstərən; təharət ədəbini, namaz əhkamını, izn istəmə qaydalarını, halal və haramı açıqlayan bir bilgi üzərində qurulur. Ailə fərdləri dini hökmlər haqqında bilgisiz olmaz. Zaman zaman elm məclislərində şəriət elmini alarlar.
    Allah Təala belə buyurur : Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı oddan qoruyun. (ət-Təhrim 66/6)

    Bu ayə ailə fərdlərini öyrətməkdə, onlara yaxşılığı əmr edib pislikdən çəkindirməkdə əsldir. Təsir alimləri belə deyir : Ailəsinin elmləndirilməsi müsəlmanın üzərində bir haqqdır. Əli (r.a) belə buyurur : Onları öyrədin və elmləndirin! Kurtubi (r) belə deyir : Uşaqlarımıza və ailələrimizə dini və xeyri, vacib ədəb qaydalarını öyrətməmiz lazımdır.

    Müsəlman ailə yuvasnın bir xüsusiyyəti də həyadır. Həya ilə ailə; varlığını, sui-qəsd oxlarından və ölkələri tərk edilmiş ərazilərə çevirən pis ünsürlərdən qoruyur. Həya pərdəsinin yırtılması açıq-saçıq filmlərə və musiqilərə, ya da örtünməni tərk etməklə və din düşmənlərinə bənzəməklə nəfsinin çirklənməsi, təqva ilə qurulmuş bir ailəyə yaraşmaz! Bütün bunlar, müsəlman ailəsinin mənliyini qurd kimi gəmirir. Pislik, təmir edilmiş yeri xarabaya çevirir.

    Müsəlman ailəsinin bir xüsusiyyəti də, sirlərinin qorunmuş və ailə daxili anlaşılmazlıqların gizlənmiş olmasıdır. Ailə içərisində yaşananlar yayılmaz və araşdırılmaz. Rəsulallah (s.ə.s) belə buyurur : Qiyamət günü Allah qatında vəziyyət baxımından insanların ən pislərindən biri, zövcəsinə yaxınlaşan və (zövcəsi) da ona yaxınlaşan, sonra onun sirrini yayan adamdır. Bu hədisi, Muslim Əbu Səid əl-Xurdri (r.a) kanalıyla rəvayət edir.

    Müsəlman ailə, toplumla əlaqəsini iman əsası üzərində qurar. Doğruluq sahibi insanların ziyarəti ilə nuru artar. Mömin misk daşıyan insan kimidir. Ya sənə ondan verir, ya ondan satın alırsan, ya da onun yanında gözəl bir iy taparsan. Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə (yaxud məscidimə) mömin kimi daxil olan kimsəni və (Qiyamət gününə qədər olacaq) bütün mömin kişiləri və qadınları bağışla. Zalimlərin isə ancaq həlakını artır. (Nuh 71/28)

    Dinindən razı olunmayan kimsə müsəlman ailəyə soxulmamalıdır. Pislik edənin içəri girməsi pisdir. Şübhəli insanın içəri soxulması, ürəklərin bir parçası olan uşaqlar üçün təhlükədir. Evlərdə əxlaqlar onlarla pozulmuş və sehr onlarla yayılmışdır. Oğurluq hadisələri ortaya çıxmışdır. Sevinclər üzüntüyə dönmüşdür. Daha da sonra onlar xöşbəxt ailənin yıxılmasına səbəb olur.

    Müsəlman ailəsinin əlaqəsi ev işlərində və ailə daxili vəzifələrdə köməkləşmə anlayışını canlandıraraq dərinləşir və güclənir. Bu mövzuda Rəsulallah (s.ə.s) bizim üçün ən gözəl misaldır. Aişə (r.a) Rəsulallahın (s.ə.s) evində nə etdiyi soruşulunca belə cavab verir : Bəşərdən bir bəşər idi; paltarını təmizləyir, qoyununu sağar, öz işini görürdü. Bu hədisi İmam Əhməd rəvayət edir. Bir rəvayətdə də belə deyir: Ailəsinin köməyində olurdu. Namaz vaxtı gəlincə namaza çıxardı. Bu hədisi, Buxari rəvayət edir.

    Bizlərdən birindən dünyadan bir şey istəmək lazım olduğu soruşulsa ən böyük istəyi və arzusu ailəsinin hər tərəfini əhatə edən bir xöşbəxtliyin kölgəsində yaşamaq olur.

    Müsəlman ailəsində bu xöşbəxtlik, görkəmli evlərin, lüks əşyaların və bahalı paltarların olması ilə həyata keçməz!.. Bu bir xəta xöşbəxtlik anlayışıdır!.. Xöşbəxtlik ancaq ər-arvaddan hər birinin Allahdan haqqı ilə qorxması ilə, gizli və aşkar halında Onu yada salması ilə həyata keçər.

    Ər-arvaddan hər birinin evliliyə, evlilk vəziyyətlərini səmimiyyətlə və gözəl bir şəkildə yerinə yetirməklərində, onları Allaha yaxınlaşdıran bir ibadət gözü ilə baxması ilə həyata keçir. Bax bu anlayış kölgəsində xöşbəxt bir müsəlman ailəsi qurulur. Bu yuva namaz və Quran ilə məmur olur. Sevgi və anlayış onu kölgələyir. Saleh nəsillər yetişir və ana-atanın üzünü aydınladır. Dünyada və axirətdə onlar üçün xeyr qaynağı olur. Allah Təala belə buyurur : Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Və ya gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafat verəcəyik!)
    (ən-Nəhl16/97)
    Allahın salamı və xeyir-duası üzərinizə olsun!
    "Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
    Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Sep 2007
    Mesajlar
    342
    XEYİR ƏMƏLLƏRİ HARADAN GÖTÜRÜRÜK?


    Peyğəmbərin (s.a.s) səhabələri həmişə Ondan (s.a.s) əməllərin ən xeyirlisini, ən fəzilətlisini və ən əhəmiyyətlisini soruşardılar ki, düzgün əməllərlə Allahu Təalaya yaxınlaşsınlar və Allahın rizasını qazansınlar.
    Müsəlman şəxs daim xeyir əməllərə can atır, həmişə savab qazanmaq üçün yaxşı əməllər görmək istəyir. Saleh əməllər və işlər çoxdur, lakin İslam ümmətinin həmişə axtardığı əməl daha çox savabı və ən böyük mükafatı olan əməl olub. Halbuki, İslam ümmətinin bu günə kimə ən çox ehtiyac duyduğu, xeyir əməllərin düzgün seçimi olubdur.

    Xeyir işlər nə qədər çox olsa da, bir iş görməzdən əvvəl həmin işin nə qədər əhəmiyyətli olduğunu dərindən düşünmək lazımdır. Bir xeyir əməlin savabı o biri xeyir əməldən yüksək ola bilər, ancaq müəyyən zamanda və məkanda savabı az olan əməl o birisindən daha əhəmiyyətli ola bilər. Əslində xeyir əməllərin mükafatını və savabını bizlər yalnız Qurani Kərim və Peyğəmbərimizin (s.a.s) hədisləri vasitəsilə bilirik. Xeyir əməlləri ümmətinə öyrədən haqq Peyğəmbər Muhəmmədin (s.a.s) hədislərinə nəzər yetirsək görərik ki, O (s.a.s) əməlləri rütbələrinə, savablarına və yaxud əhəmiyyətinə görə müxtəlif şəkildə düzüb. Məsələn bir hədisdə rəvayət olunur ki; Peyğəmbərimiz (s.a.s) belə buyurmuşdur; "İmanın yetmiş və bir neçə şöbələri (dərəcələri) var. (Bunların) Ən yüksəyi (üstünü) Lə İləhə İlləl-lah (Allahdan başqa İlahın olmadığına inanmaq), ən aşağı (təbəqədə) olanı, yolda (insanlara) əziyyət verən bir şeyi uzaqlaşdırmaqdır" Bunun kimi bir çox hədislərə rast gəlmək olar və müxtəlif cür xeyir əməllərin müxtəlif formada izah olunduğunu görərik. Allahu Təala da Qurani Kərimdə bəzi əməlləri bəzilərindən üstün tutmuşdur. Məsələn Tövbə surəsində Allahu Təala buyurur ki; (Məgər siz hacılara su verməyi və Məscidülhəramı tə'mir etməyi Allaha və qiyamət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eynimi tutursunuz? Onlar Allah yanında eyni olmazlar. Allah zalım tayfanı doğru yola yönəltməz! İman gətirib hicrət edənləri, Allah yolunda malları və canları ilə vuruşanları Allah yanında ən yüksək dərəcələr gözləyir. Onlar nicat tapanlardır (xeyrə qovuşanlardır) (Ət-Tövbə 19-21)

    Peyğəmbərin (s.a.s) səhabələri həmişə Ondan (s.a.s) əməllərin ən xeyirlisini, ən fəzilətlisini və ən əhəmiyyətlisini soruşardılar ki, düzgün əməllərlə Allahu Təalaya yaxınlaşsınlar və Allahın rizasını qazansınlar. Xeyir əməllərin ən önəmlisini və əhəmiyyətlisini seçdikdə, əlbəttə şəriətin hökmlərinə, qanun və meyarlarına riayət etmək lazımdır. Həmçinin hər bir işi səviyyəsinə və rütbəsinə görə ədalətlə görmək lazımdır. Ona görə də əhəmiyyətsiz işi əhəmiyyətli işdən əvvəl, əhəmiyyətli işi daha önəmli işdən əvvəl, bəyənilən işi daha xeyirli işdən əvvəl görmək olmaz. Böyük iş alçaldılmamalı, kiçik iş böyüdülməməlidir. Öndə dayanması gərək olanı arxaya, arxada duranı isə səbəbsiz önə gətirmək olmaz. (Göyü O, ucaltdı, tərəzini (ədalət tərəzisini) O qoydu! Ona görə ki, çəkidə həddi aşmayasınız (insafı əldən verməyəsiniz).

    Tərəzini düz tutun, çəkini əskiltməyin! (Çəkidə insaflı olun, tərəzini korlamayın!) (Ər-Rəhman, 7-9)
    Təəssüf ki, ümmətimizin və cəmiyyətimizin bu günki halı çox bərbaddır. Millətə, cəmiyyətə və xalqa lazım olan ən önəmli şeylər unudulur, millətə lazım olmayan və hətta onları uçuruma aparan işlər ön planda durur.

    Qəzet və jurnallarda, televiziya və radioda elmə və maarifləndirməyə daha çox əhəmiyyət verməkdənsə, biz idman və incəsənətə daha çox rast gəlirik. Səhərdən axşama kimi eşitdiyimiz, gördüyümüz və oxuduqlarımız yalnız kino ulduzları, futbolçular, yeni starlar və sairə kimi ən mənəviyyatsız insanlar haqqındadır. Hətta idmana və incəsənətə gəldikdə belə, ən əhəmiyyətsizi önə çəkib, insanlara daha çox fayda verən şeyləri ləğv ediblər. Məsələn insanlara həyatlarında daha çox fayda verən idman növünə deyil, daha çox pul gətirən və millətlər arasında rəqabət yaradan futbol, tenis və sairə kimi idman növlərinə üstünlük verirlər. Hansısa müğənni və ya sənətkar öləndə yer-göy titrəyir, səsi-sədası uzun müddət kəsilmir. Ancaq böyük alim, şair və ya yazıçı vəfat etdikdə, bunu qısa formada xəbər kimi camaata çatdırmaqdan başqa heç nə etmirlər. Mahnıya, çalğıya, rəqsə və idmana böyük məbləğdə pullar sərf edildiyi halda, elmə, təhsilə, sağlamlığa və cəmiyyətin rifahına heç kim pul xərcləmək istəmir.
    "Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
    Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"

  5. #5
    Junior Member
    Üyelik tarihi
    Jan 2008
    Yer
    konya / türkiye
    Mesajlar
    12
    Türkiye'de baş örtüsü serbest olmalı özgürlükleri sınırlıyor. özgür kişi istediğini giyebilmeli.

  6. #6
    Junior Member
    Üyelik tarihi
    Feb 2008
    Yer
    ankara/türkiye
    Mesajlar
    3
    merhabalar arkadaşlar,ben Türkiye'de yaşıyorum, kendi ülkemizde malesef böyle onur kırıcı bir baskıyla karşı karşıyayız,bu durum çok anlamsız ve bizleri çok üzüyor, belki birgün bizde ülkemizde özgür oluruz kimbilir...

  7. #7
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946
    Beli başörtüsü azad olmalı... elave olaraq, 'başqa' inançdan ya da rengden olduğuna göre çetinlik yaşayan insanlar da heyatlarını azad yaşamalı, heç ne onu qorxuzmamalı, özünü gizletmek zorunda olmamalı, özünü güvende hiss elemeli... Hamı inancına, rengine, cinsine baxılmadan azad yaşamalı! Heç kim tehkir edilmemeli...
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

  8. #8
    Junior Member
    Üyelik tarihi
    Jul 2008
    Yer
    NAXCIVAN
    Mesajlar
    13
    HICABLI XANIMLARA HORMETIM SONSUZDUR AMMA BAXIRSAN KI, SIRF DIQQET CEKMEK UCUN VE DE DEB UCUN HICABDAN ISTIFADE EDIRLER.ELE MEHZ BUNUN NETICESIDIR KI, SAXTA HICABLILAR GERCEKDEN DINIMIZE GORE BAGLANANLARINDA ADINI BATIRIR.
    OLUM MENIM ELIMDE DEYIL,HAQQIN ELINDEDIR,ODUR KI OLSEM BAGISHLA.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.