AySheGul:
Durdurun beni
Susturun beni (x2)

Uran:
Bu repin sözlərinə diqqətlə qulaq asın

Dayanacaqda dayandı avtobus, mindi bir qız sadə bir qız
Sifəti kosmetikasız
Dodaqları pomadasız
Əlində balaca çanta
Oturdu qıraqda, sakitcə, tək, yalnız

Arsız baxışları önündəki oğlanın
Mənasız söz atışları önündəki oğlanın
Onu heç cürə fikirlərindən ayırmır (yox)
O mənliyin sındırmır, (yox) mənəviyyat ipin qırmır

Gözləri verir daxili aləmindən
Balaca soraq, anlaşılmaz maraq
O içində ağlayaraq kədərin gizlədir
Amma qızarmış gözləri, yanaqları çox şeyi büruzə verir

Sanki qızın əvəzinə deyir, necə o için yeyir
Özün hiss edir tənha, geyiminə fikir verə bilmir
Çünki geyim indi çox baha
Rəfiqələri onu müasir hesab etmir daha

Köhnə ayaqqabılarının sökülmüş yerlərini örtür
Kurtkasının vaxtı keçib, dəri çox kələ kötür
Ötüb keçir yanından bahalı geyimli qızlar
Sadə qız susar, danışmaz, zərif qəlbi sızlar

Onun ailə vəziyyətini yoxdur bilən
Atasız böyüyən qız hərdən
Deyən-gülən tanışlarına qarışmaq istəyir
İrəli addımlamaq, öz bədbəxt taleyi ilə barışmaq istəyir

Sadə bir qız ürəyi saf təmiz
Həyatında yoxdur insafdan iz
Uşaq qəlblidir, ona toxunmayın!
O öz aləmindədir mane olmayın (x2)

Qayıdağın avtobusa. Qızın göz yaşlarının səbəbini axtaraq
Onun balaca əl çantasına baxaq
Daraq, qələm, dəftər, 2-3 min pul, vəsiqə
Gözləri dolmuş qız nə düşünür bu dəqiqə?

Əlində çantadan çıxardığı bir vərəqə
Bəlkə sevgi məktubudur? Uyğun deyil məntiqə
O baxır kağıza. Bəlkə nəsə xoş xəbərdir?
Bеlə təsir edir bu uşaq qəlbli sadə qıza

Əslindəsə əlində tutduğu kağız bir elandır
Bara “ofisiantka” lazım axşam 10-dan sonra. Yalandır!
Qız düşünür: Anası xəstə qadın təqaüdçü, evdə qalandır
Kasıbçılıq çox yamandır!

Getsinmi bu işə pula görə? Güzəran çətin
Ürəyində mübarizəsi gedir pozğunluqla mərifətin
Həkimin, dərmanın, geyimin, evin pulu, borclar
Qalar ailənin üzərində, vəziyyət daha pis olar

Hirsindən ağlayır qız, namus onu boğur
İşsizlik, zəmanə - qara fikirlər doğur
Avtobus durur. Qız düşür, evə tərəf dönür
Maşın uzaqlaşır. Sadə qız gözdən itib sönür

Sadə bir qız ürəyi saf təmiz
Həyatında yoxdur insafdan iz
Uşaq qəlblidir, ona toxunmayın!
O öz aləmindədir mane olmayın (x2)

AySheGul:
Bırakın içimdeki çocuk, çocuk kalsın
Bırakın sözlerim olduğu gibi aksın
Bırakın gözlerim görmek istediğini görsün