Narkoman ər arvadını oğlunun gözü qarşısında yandırıb
Rusiyanın Rostov vilayətində arvadının üzərinə benzin tökərək onu yandıran şəxs həbs olunub. Narkotik asılılıqdan əziyyət çəkən 28 yaşlı şəxs hadisəni beş yaşlı oğlunun gözləri qarşısında törədib.
Hadisə nəticəsində ağır yanıq xəsarətləri alan qadının həyatını isə xilas etmək mümkün olmayıb. Bədəninin 80 faizi yanan qadın xəstəxanaya gətirildikdən bir müddət sonra keçinib. Arvadını yandırarkən öz əlini də yandırmış təqsirləndirilən xəstəxanadan qaçmağa müvəffəq olub.
Bir müddət sonra yaxınlarının evindən tapılan şəxsin həyatını polis xilas edib. Qadının qohumlarının öldürülmək istədiyi kişi barəsində həbs qətimkan tədbiri seçilib.
Yer imleri