Dünyanın ən kiçik kompüteri

“İBM” təxminən bir duz dənəsi böyüklükdə olan dünyanın ən kiçik kompüterini yaradıb.
Kompüter kiçik olmasına baxmayaraq, bitkoin istehsal edə biləcək gücdədir.
Dünya nəhəngi “İMB Think 2018” çərçivəsində dünyanın ən kiçik kompüterini yaratdıqlarını açıqlayıb.
Şəkillərlə cihazı təqdim edən şirkət kompüterin bir duz dənəsi qədər kiçik olduğunu qeyd edib.
Onu dəqiq seçmək üçün mikroskop altında baxmaq lazımdır.