Film Içərişəhərdə fəaliyət göstərən "Əl tikmələri" muzeyindən bəhs edir. Muzey Elmira Abbaslının təşəbbüsü ilə yaradılıb. Və muzeydə yerləşən bütün eksponatlar onun əl işləridi. Elmira xanım həyatının böyük bir hissəsini dekorativ tətbiqi sənətə bağlayıb. Keçmişdə hər bir evdə işlədilən əşyaların, bəzəklərin, milli geyimlərin muzeydə özünəməxsus yeri var. Muzeydə hər bir əşya xüsusi zövq və dəqiqliklə seçilir. Hər bir eksponat Elmira xanımın daxili aləmini əks etdirir. Muzeydə olan sakitlik insanı sanki nağıllar aləminə aparır. Öz tarixini, öz nağılını danışır. Adətən biz bunu tarixi kitablarda oxuyuruq. Lakin bu muzeydə eksponatların hər biri bir tarixdi. Muzeydə nümayiş etdirilən hər bir əşya tamaşaçını Azərbaycan xalqının keçmişi ilə tanış edir. Ona görə də muzeyi ziyarət edənlərin böyük hissəsini xarici vətəndaşlar təşkil edir. Elmira xanımın bu sənətə gəlməsində nənəsinin böyük təsiri var. Nənəsinin hər dediyi kəlamların, nağılların, sakit söhbətlərin Elmira xanımın əl işlərində öz xüsusi rolu var.

Ssenari müəllifi və quruluşçu rejissor: Cabbarov Əli Isa
Quruluşçu operator: Vaqif Behbudov
Səs rejissoru: Firudin Hüseynov
Montaj: Rauf Sultanov
Redaktor: Sadıq Elcanlı
Direktor: Ruslan Seyidməmmədov

Film 1996-cı ildə "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində istehsal olunub.