2 sonuçtan 1 ile 2 arası

Petkim” ARDNŞ-yə rəsmən satıldı

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jul 2007
    Yer
    İstanbul
    Mesajlar
    157

    Petkim” ARDNŞ-yə rəsmən satıldı

    “Petkim” ARDNŞ-yə rəsmən satıldı


    Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycan səfəri başa çatdıqdan bir gün sonra Türkiyə Üst Rəqabət Qurumu “Petkim”in ARDNŞ-yə satılmasını təsdiqlədi.

    Qardaş ölkənin ən böyük sənaye müəssisələrindən olan “Petkim”in ARDNŞ-yə verilməsi Türkiyənin Azərbaycanla iqtisadi sahədə strateji əməkdaşlıqda maraqlı olmasının sübutu kimi qiymətləndirilir.
    Türkiyənin neft-kimya sektorunun ən iri istehsalçısı olan və qardaş ölkənin iqtisadiyyatının strateji obyektlərindən hesab edilən “Petkim” Holdinqin səhmlərinin dövlətə məxsus hissəsinin özəlləşdirilməsi ilə bağlı son qərar verilib. Türkiyənin Üst Rəqabət Qurumu bu məsələ ilə bağlı Özəlləşdirmə İdarəsinin təklifini təsdiqləyərək, “Petkim”in ARDNŞ-nin əsas ortağı olduğu “SOCAR&Turcas/İnjas” şirkətlər alyansına satılmasına qərar verib. Qeyd edək ki, “Petkim”in dövlətə məxsus səhmlərinin 51 faizinin özəlləşdirilməsi ilə bağlı tender bu ilin iyul ayının 5-də keçirilmişdi. 18 şirkətin iştirak etdiyi müsabiqədə 2,05 milyard dollar təkliflə Qazaxıstanın “TransCentralAsia” Neftkimya Holdinqi qalib olmuşdu. Hərracda ikinci böyük məbləği (2,04 milyard dollar) isə ARNDŞ-nin törəmə qurumu olan “SOCAR&Turcas/İnjas” alyansı təklif etmişdi.
    Tenderin birinci qalibinin - “TransCentralAsia”nın maliyyə dayağı olan “Troyka Dialoq” investisiya şirkətinin əsas səhmdarının erməni əsilli Ruben Vardanyan olması Türkiyə tərəfinin öz qərarını dəyişdirməsinə səbəb olub. Qərarın dəyişdirilməsinin digər əsas səbəbinin isə oktyabr ayının 10-da ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində ermənilərin uydurma iddialarının qəbul edilməsi olduğu bildirilir. Məhz bu qərar qəbul edildikdən sonra Türkiyə tərəfi adıçəkilən tenderin nəticələrinə yenidən baxıb. Bəzi siyasi müşahidəçilər Türkiyənin qərarının Azərbaycan tərəfinə edilən böyük jest olduğunu düşünürlər.
    ARDNŞ-nin vitse-prezidenti Davud Məmmədovun APA-ya bildirdiyinə görə, hazırda Türkiyədə neft-kimya məhsullarına tələbatın 75 faizi idxal hesabına ödənilir. Neft-kimya sənayesi ən perspektivli sahələrdəndir: “Son bir neçə ildə Türkiyədə benzinin və neft məhsullarının qiymət artımı 2-3 faiz, neft-kimya məhsullarının qiymət artımı isə 12-13 faiz təşkil edib”.
    D. Məmmədov deyib ki, ARDNŞ-nin “Petkim”ə yatıracağı investisiyalar 5-6 ilə tam ödəniləcək. Müəssisənin inkişaf proqramına uyğun olaraq, işlər üç etapda - təcili, orta və uzunmüddətli mərhələdə həyata keçiriləcək. Müəssisənin inkişafi üçün beynəlxalq maliyyə qurumlarından vəsaitlərin cəlb edilməsi nəzərdə tutulur: “Petkim” alınandan sonra zavodun yaxınlığında müəssisəni xammalla təmin etmək üçün yeni bir zavodun tikintisi planlaşdırılır. Əgər işlər bizim planlar üzrə gedərsə, “Petkim”in Türkiyə bazarındakı payi 40 faizi üstələyəcək”.
    Qeyd edək ki, ARDNŞ “Petkim”in müasirləşdirilməsi üçün ilkin mərhələdə 2 milyard dollar investisiya qoymağı planlaşdırır.
    Ayaqqabım olmadıgından şikayet eleyirdim..
    Yolda gederken ayaqsız insan gordum..
    MEVLANA

  2. #2
    Junior Member
    Üyelik tarihi
    Sep 2007
    Yer
    ESKİŞEHİR
    Mesajlar
    8
    YABANCIYA ERMENİSTAN'AQ GİDECEĞİNE AKILLIK YAPIP ENGELLEDİK KARDEŞ ÜLKEYE GİTMİŞ HA BİZDE HA SİZDE NE FARK EDER Kİ DEVLET BAŞLARIMIZA AMA DİĞER HATALARI HALA DURUYOR MESELA SINIRÖTESİ İÇİN AYRICA VATAN HAİNLERİNİNİ MECLİSTE KENDİLERİNİ TEMSİL OLAĞINI SAĞLAMA GİBİ Bİ İŞLME YAPILMALI ARTIK ŞU DTP DENENE PARTİSİNE.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.