3 sonuçtan 1 ile 3 arası

Azərbaycanda yeni beynəlxalq neft müqaviləsi imzalanıb

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Yer
    Baki
    Mesajlar
    357

    Azərbaycanda yeni beynəlxalq neft müqaviləsi imzalanıb

    Azərbaycanın quru sahəsində yerləşən “Balaxanı-Sabunçu-Ramana” və “Kürdəxanı” neft yataqları ilə bağlı ARDNŞ və Almaniyanın “UGE-Lanser PTİ. Ltd.” şirkəti arasında Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzalanıb.
    Yataqların daxil olduğu blokun bərpası, işlənməsi layihəsinin həyata keçirilməsi barədə sazişin imzalanması mərasimi bu gün Bakıda keçirilib. Sənədi ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və “UGE-Lanser PTİ. Ltd.” şirkətinin baş meneceri Lother Tauşte imzalayıb. Tədbirdə çıxış edən ARDNŞ prezidenti R.Abdullayev bildirib ki, ümumi sahəsi 16,14 kv. km təşkil edən “Balaxnı-Sabunçu-Ramana” və “Kürdəxanı” neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazışdə «UGE-Lanser PTİ. Ltd.» şirkətinin iştirak payı 75%, ARDNŞ-in Ortaq Neft Şirkətinin payı isə 25% müəyyən edilib. Məsrəflərin əvəzinin ödənilməsindən sonra qalan mənfəət karbohidrogenlər ARDNŞ ilə podratçı arasında «R» faktoru mexanizminə əsasən bölüşdürülüb. Burada Azərbaycan tərəfinə düşən pay 55%-dən 92,5%-ə kimi artacaq.

    Sazişə əsasən, qeyd olunan neft yataqları blokunun işlənmə və hasilat dövrü 25 il müəyyən edilib. Həmin müddət başa çatdıqdan sonra işlənmə və hasilat dövrü, ARDNŞ təsdiq edərsə, daha 5 il uzadıla bilər.

    L.Tauşte isə rəhbərlik etdiyi şirkətin ARDNŞ-lə 5 ildir əməkdaşlıq etdiyini, Azərbaycanın neft-qaz sektorunda bir çox ekoloji layihələrin icrasında iştirak etdiklərini deyib.

    R.Abdullayev yataqların işlənilməsinə yatırılacaq investisiyalar və Azərbaycana ödəniləcək bonuslar barədə də məlumat verib. ARDNŞ prezidentinin sözlərinə görə, sazişin qüvvəyə minmə tarixində 2 mln. dollar bonus ödənişləri həyata keçiriləcək. Bundan sonra, 90 gün ərzində orta sutkalıq hasilatı 1,5 dəfə artırdıqda daha 2 mln. dollar bonus ödəniləcək. Yataqların işlənilməsinə nə qədər investisiya tələb olunmasına gəlincə, ARDNŞ prezidenti “təcrübəyə əsasən bu yataqlara bir neçə yüz milyon dollar investisiya tələb olunacaq”, - deyə vurğulanıb.

    1871-ci ildən işlənmədə olan “Balaxanı-Sabunçu-Ramana” yatağından indiyə qədər 9 549 quyu qazılıb, 271 mln. ton neft çıxarılıb. Blokun çıxarıla bilən qalıq neft ehtiyatı 7,3 mln. ton həcmində qiymətləndirilir. Ötən il yataqdan 208,2 min ton neft çıxarılıb. Hazırda “Balaxanıneft” NQÇİ-nin balansında olan yatağın istismar fondunda 1 124 quyu işlək, 328 fəaliyyətsiz quyu var.

    “Kürdəxanı” yatağı “Balaxanı-Sabunçu-Ramana” yatağından 8 km şimalda yeləşir. Yataqda geoloji axtarış və kəşfiyyat işləri 1914-1947-ci illərdə aparılıb. İşlənmənin əvvəlindən 1 yanvar 2010-cu ilə qədər yataqda 59 quyu qazılıb, 198 min ton neft çıxarılıb. Yatağın qalıq çıxarıla bilən neft ehtiyatı 205 min tondur. 2009-cu ildə bu yataqdan 0,730 min ton neft çıxarılıb.
    Zaman daralır......

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Azərbaycanda yeni beynəlxalq neft müqaviləsi imzalanıb

    Varlıları Təbrik edirəm büdcələri artacaq kasıb ele həmişə kasib qalacaq
    [

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Nov 2009
    Yer
    Naxçıvan
    Mesajlar
    546

    Re: Azərbaycanda yeni beynəlxalq neft müqaviləsi imzalanıb

    Men de bu tebriklere qoşuluram Emin
    Dısımda kahkaLardan bi Suuret... İcimde Kan agLayan bi VeLet

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.