Microsoft şirkəti internet şəbəkəsində nə vaxtsa adları çəkilən bütün insanlar barədə məlumatları toplayıb sistemləşdirmək niyyətindədir."Microsoft" bu məqsədlə xüsusi "EntityCube" servisi yaradıb.Digər oxşar servislərdən fərqli olaraq,"Microsoft"-un bu yeniliyi sosial şəbəkənin bir növü kimi internetdən məlumatlar toplamaq və bu məlumatları növlərə ayırmaq imkanına malikdir. "EntityCube"-da adı çəkilən istənilən insanın "qeydiyyat vərəqəsi" onun barəsində qısa dosye və Qlobal Şəbəkədə bu insan barədə çoxlu sayda keçidlər saxlanacaq.Bütün toplanılmış məlumatlar münasibətlər, tərcümeyi-hal, xəbərlər, sosial şəbəkələr, sitatlar, tarixlər və s. olmaqla bir neçə kateqoriyaya bölünür.İnternet istifadəçiləri, və Şəbəkədə materiallarında nə vaxtsa adları çəkilən insanlar barədə məlumat axtarışı açıq mənbələr, yəni xəbərlər, sosial şəbəkələr, tematik, bioqrafik və elmi resurslardan alınacaq.
Servisin yaradıcıları əmindirlər ki, "EntityCube" konkret insan haqqında məlumat axtarışı zamanı xeyli vaxta qənaət etməyə imkan verəcək.