NarMobile pulsuz elektron poçt və SMS göndermeyin yolları.

Elektron poçtdan SMS
Bu xidmət avtomatik olaraq Nar Mobile şəbəkəsinin bütün abunəçilərinə təmin olunmur

Əldə etdikləriniz.
İndi siz sadə və asan surətdə elektron poçtunuzdan NAR Mobile abunəçilərinə SMS göndərə bilərsiniz.

Bunun üçün elektron poçt ünvanını aşağıdakı kimi daxil etmək lazımdır:
99470{abunəçinin nömrəsi}@sms.narmobile.az

Məsələn: 99470ХХХХХХХ@sms.narmobile.az, burada ХХХХХХX Nar Mobile abunəçisinin nömrəsidir.

Bu xidmət vasitəsi ilə qoşmaların göndərilməsi mümkün deyil.

Mesajın həcmi və xüsusi işarələr
Elektron məktubun həcmi 1000 işarədən artıq olmamalıdır və göndərənin ünvanı və mesajın mövzusu (parametrlər müvafiq olduqda) bu miqdara əlavə olunur. Elektron məktubun həcmi böyük olduğu zaman yalnız ilk 1000 işarə adresata çatdırılacaqdır.

SMS formasına çevrilmiş elektron məktubun həcmi adi SMS-in həcmindən böyük olduğu zaman o, adresata bir neçə qısa mesaj formasında çatdırılacaq. Sonra, modelindən asılı olaraq mobil telefon daxil olan mesajları bir mesaj şəklində birləşdirəcək və ya onları müxtəlif mətn mesajları formasında telefonun yaddaşında saxlayacaq.

Mesajı qəbul edən nə görəcək
Elektron poçtdan daxil olan mesaj aşağıdakı formada qəbul olunacaq:
Kimdən: 715
Mesajın mətni: istifadəçi adı@domen.az *mövzu*sizin mesaj,
Və ya: istifadəçi adı@domen.az *sizin mesaj, (elektron məktubda mövzu göstərilmədiyi zaman)


Çatdırılma haqqında bildiriş
Elektron poçtdan SMS xidmətindən istifadə edən zaman SMS-in çatdırılması haqqında bildiriş xidməti əlverişli deyil.

Elektron poçta SMS
Bu xidmət avtomatik olaraq Nar Mobile şəbəkəsinin bütün abunəçilərinə təmin olunmur

Əldə etdikləriniz.
Siz təcili olaraq elektron poçta məktub göndərməlisiniz amma internetə girişi olan kompüter tapa bilmirsiniz? Bunu Nar Mobile vasitəsi ilə etmək çox asandır – indi siz bunu adi SMS vasitəsi ilə yerinə yetirə bilərsiniz. Elektron poçta məktub göndərmək üçün mobil telefonun menyusunda yeni mesaj seçin və yazın:

{elektron poçt ünvanı}{boşluq}*{mövzu}*{boşluq}{mesaj}

Kimə: bölməsində 715 göstərin.
Məsələn: istifadəç[email protected] *mövzu* mesaj
Mövzunu göstərilməsinə ehtiyac olmadığı zaman siz mesajın mətnini elektron poçt ünvanından sonra daxil edə bilərsiniz.
Və ya: istifadəç[email protected] mesaj

Diqqət! Elektron poçt ünvanını yazarkən orfoqrafiyaya xüsusi diqqət yetirin və həmişə elektron poçt ünvanı və\və ya mövzu arasında boşluq buraxın.

Mesajın həcmi və xüsusi işarələr
Elektron poçta göndərilən mesajın həcmi mobil telefonun modelindən asılıdır və birləşdirilmiş halda cəmi 1000 işarədən artıq olmamalıdır. Göndərənin ünvanı və mesajın mövzusu (parametrlər müvafiq olduqda) bu miqdara əlavə olunur. SMS-in həcmi böyük olduğu zaman yalnız ilk 1000 işarə adresata çatdırılacaqdır.

Göndərilən SMS-in həcmi adi SMS-in həcmindən böyük olduğu zaman o, adresata bir neçə qısa mesaj formasında çatdırılacaq. Sonra o, bir elektron məktub şəklində birləşdirəcək və adresata çatdırılacaq.

Mesajı qəbul edən nə görəcək
SMS vasitəsi ilə daxil olan elektron məktub aşağıdakı formada qəbul olunacaq:

Kimdən: 99470XХХХХХХ@sms.narmobile.az
Mövzu: SMS-in mövzusu (göstərilmədiyi halda boş olacaq),
Mesajın mətni: Göndərilən mesaj

Çatdırılma haqqında bildiriş
Elektron poçta SMS xidmətindən istifadə edən zaman SMS-in çatdırılması haqqında bildiriş xidməti əlverişli deyil.
Xidmətin aktivləşdirilməsi/ləğv edilməsi
Elektron poçta SMS və Elektron poçtdan SMS xidmətləri aşağıdakı üsullardan birindən istifadə olunmaqla aktivləşdirilə/ləğv edilə bilər:

Nar Mobile İnteraktiv Bələdçi – 777 nömrəsinə zəng edin, diqqətlə qulaq asın və verilən təlimatlara əməl edin;
Nar Menyu Bələdçisi - SİM kartda olan Nar Mobile menyusuna daxil olun və tələb olunan addımı seçin;
Nar Mobile İnternet Bələdçisi - İnternet Bələdçi bölməsinə daxil olun, qeydiyyatdan keçin və bu xidməti aktivləşdirin/ləğv edin;
Nar Mobile Mərkəzləri - Bizim mərkəzlərdən birinə müraciət edin. Nar Mobile Mərkəzləri haqqında məlumat Nar Mobile Mərkəzləri bölməsində əldə oluna bilər.
Tarif
Aktivləşdirmə üçün ödəniş tələb olunmur.
Abunə haqqı 5 AZN-dir. Bu ödəniş cari ayda olan günlərin sayına müvafiq olaraq bölünür. Alınmış məbləğ gündəlik əsaslarda hesabınızdan tutulur.
Xidmət ayın əvvəlində deyil sonra aktivləşdirilən zaman abunə haqqı yalnız cari ayın qalan günləri üçün tutulacaq.
Əgər siz bu xidməti bir gündə bir dəfədən artıq aktiv və ləğv etsəniz o zaman hər dəfə xidməti aktivləşdirdikdə sizdən bir gün üçün abunə haqqı tutulacaq. Elektron poçta SMS-lərin göndərilməsi üçün qiymət 1 SMS qiymətinə bərabərdir.

* Elektron poçtdan SMS və Elektron poçta SMS bir xidmətin tərkib hissələridir.