Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Ən nüfuzlu saytların reytinq siyahısı açıqlandı

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Ən nüfuzlu saytların reytinq siyahısı açıqlandı

    “Wikipedia” onlayn-ensiklopediyanın ingilisdilli versiyası (en.wikipedia.org) “ReadWriteWeb” nəşriyyatı tərəfindən tərtib olunmuş dünyanın ən nüfuzlu saytları reytinqində ikinci ildir ki birinci yerdədir. Lent.az-ın Rabitə və İnformasiya Texnologiya Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, reytinq saytları onların bloq və sosial medialarda adlarının çəkilməsi üzrə siyahıya alan “URLFAN” servisinin təqdim etdiyi məlumatlar əsasında hazırlanır. Servis “ReadWriteWeb” tərəfindən işlənib hazırlanıb.

    Cədvəlin ikinci pilləsində “YouTube” video-servisi, üçüncü pilləsində isə “Flickr foto-hostinq” servisi yer alıb. Reytinq cədvəlində ilk dəfədən siyahının yeddinci yerinə yüksələ bilən “Facebook” sosial şəbəkəsi də təqdim olunub.

    İl ərzində ən böyük yüksəliş “Twitter” mikrobloqqinq servisinə məxsusdur. Servis 9-cu mövqedən 4-cü yerədək yüksələ bilib.

    Siyahıda ilk 10 yer isə bu cür bölünüb:

    en.wikipedia.org
    youtube.com
    flickr.com
    twitter.com
    google.com
    myspace.com
    facebook.com
    imdb.com
    nytimes.com
    apple.com


    Qeyd edək ki, “URLFAN” servisi altı milyon bloqun 300 milyarddan çox ismarıcları əsasında təxminən 4 milyondan artıq saytın populyarlığını qiymətləndirir.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.